Uşaq ikən nənəmin başına onun kimi ağbirçək qadınların toplaşıb söhbət etməsinə qulaq asmağı çox sevərdim. Çox vaxt söhbətin məğzini, kimlərdən getməsini anlamasam da, bu məclislərin aramlığı möcüzəli bir ab-hava yaradır, məni sanki beşikdə yellədərək yuxuya verir, nağıllar aləminə aparırdı.
Əslində, onların dialoquna xəyalən uşaq təxəyyülü ilə qatılardım. Artığını etməyə, ağbirçəklərin hüzurunda bir söz deməyə sovet pionerinin tərbiyəsi yol vermirdi.
Nədənsə yaddaşımda bir söhbət, daha doğrusu onun bir parçası xüsusi iz buraxmışdı. Nənəm şirin və melodik səsi ilə danışırdı ki, bir kişi Məhəmməd peyğəmbərə (s) üçgünlük övladının tərbiyəsinə nə vaxt başlamasına dair sual verdikdə, Həzrət "artıq üç gün gecikmisən" deyə cavab verib.
O zaman "lap ağ eləyib ha!" (əstəğfürullah) düşüncəsi dərhal beynimdən keçmişdi. Uşaqlığın üstünlükləri olduğu kimi, nöqsanları da var. Səhvlər çox olsa da, onları adətən tez bağışlayırlar, "uşaqdır" deyirlər. İlan qabığından çıxan kimi uşaqlığımızı geridə qoysaq da, əfsuslar olsun ki, səhvlərdən sıgortalanmamışıq. Nə isə, mətləbdən uzaqlaşmayım. Sonralar embrional pedaqogika məfhumu ilə tanış olduqda "elmin şəhəri" olan peyğəmbərimizin sözlərinin nə qədər dərin məna kəsb etdiyini anladım. Embrional pedaqogika anlayışı keçən əsrin 80-ci illərində meydana gəlib və ana bətnində olan uşaqların tərbiyəsini öyrənən elmdir. Bir sözlə, embrional pedaqogika doğuşdan qabaq təlim və tərbiyədir. Peyğəmbərimizin 1400 il öncə söylədiyini qeyri-müsəlmanlar XX əsrdə anlasalar da, bunu artıq çox geniş surətdə tətbiq ediblər. Biz isə hələ mübahisə etməkdəyik: valideynin haqqı var qızına hicaba məhəbbət aşılasın, ya yox?
Bəzi "ağıllılar" deyirlər ki, qız yalnız yetkinlik yaşına çatdıqdan sonra bu məsələni özü üçün qətiləşdirməlidir. Maraqlıdır ki, valideyn uşağını üzgüçülük hovuzuna, baletə, hətta ağır atletikaya, ştanqa qaldırmağa göndərə bilər. Bu hərəkətlər heç bir etirazla qarşılanmayacaq. Amma elə ki, iş gəldi yetişdi hicaba… Bəs Həzrət Məhəmməd (s) nə deyir? Bunu artıq yuxarıda söylədik. Allahın kamil dinini bəşərə çatdıran şəxs vaxtı fövtə verməməyi tövsiyyə edib.
İndi kimlərinsə müsəlmanlara öyüd-nəsihət verməsinə nə ehtiyac? Kimsə özünü Peyğəmbərdən ağıllı sayırsa, onun kim olduğu aydın olur. Beləsinin ən azından ciddi tibbi müayinədən keçməyə böyük ehtiyacı var. Yox, əgər Peyğəmbərə (ə) meydan oxumaq fikrində deyilsə, onda hicablı qızların məktəblərə getməsinə qarşı da çıxmamalıdır. “Peyğəmbərə canım fəda olsun!” söyləyərək onun buyruqlarını inkar etməkmi olar? Əgər bu baş verirsə, beləsi ən azından iki, bilmirəm daha neçə üzlüdür. Kəsəsi, ikisindən birini seçməliyik. Ya Allahın Peyğəmbəri (ə), ya da özlərini peyğəmbər hesab edib bu iddiada olanlar. Üçüncü variant, sadəcə olaraq, yoxdur.
Salam aleykum.Evvela bu ozlerini peyqamberden aqilli sayanlar bilmelidir ki hicab konkret olaraq Allahin Peyqamber ve Quran vasitesi ile verdiyi emrdir,beleleri Xaliq Allahi yaranmishlarla sehf salmamalidirlar.Mence bele insanlar Islamnan qorxan ve islamin mukemmelliyi serf elemeyen insanlardir lakin teccublusu budur ki binlar Islami besheriyete endiren Allahdan qorxub cekinmek evezine islamdan ehtiyat edib ona qarshi qadaqa telqin edirler.Movzuya toxunduqunuz ucun teshekkur.
Müəllif: zeynep | 15 Noyabr, 2012 15:30| Ответ на #271
kim nə icad edib, necə tətbiq etməsindən asılı olmayaraq, Allahın qanunları basılmazdır! Qoy hər cür qadağalar qoysunlar, uşaqları elə tərbiyə etməliyik ki, Haqqı tanısınlar, bu qadağaları qoyanların da şər olduğunu bilsinlər. Sovet dönəmindəki qadağalar dini qarşısını ala bildimi? Allah öz dinini qoruyub bu günkü nəslə ötürdü. Həmd olsun Allaha!
Mən bu hədisi Peyğəmbərin(s) hamilə qadının gələcəkdə uşağını necə tərbiyə edəcəyi barədə sualına, həmin qadının neçə aylıq hamilə olduğunu soruşduqdan sonra artıq bir o qədər gecikdiyini söyləməsi kimi oxumuşam (Bu söhbət uşaqlıqdan guya Makarenkonun 6 aylıq uşağın anası ilə söhbəti kimi tanış idi mənə). Embrional pedaqogika anlayışına tam uyğun gələn bir variantdır. Peyğəmbərin(s) meracda olarkən Tövbə ağacının meyvəsindən yeməsi və zövcəsi Xədicənin bundan sonra xanım hamilə qalması haqda və bunun xanım Fatimeyi-Zəhranın(ə) pak olmasının dəlili olması haqda da oxumuşam. Demək,"pedaqogikamız" daha önə gedib çıxır. Bir sözlə, maya pak olmalıdır ki, tərbiyə də nəticə versin. o ki qaldı embrional pedaqogikanın geniş surətdə tətbiq edilməsinə, bax, elə bu şəkildə tətbiq edirlər də!
Elə özlərində də. İnsan haqları adı altında gənclik bütü yaradıblar, bütün "tərbiyə" uşağın sərbəst, azad (oxu: azğın) böyüməsinə yönəlib. Qocaları isə qocalar evinə də atmaq olar, onlar sıradan çıxmışlardır. Yəni həmin uşaq böyüyüb qocalanda hüquqları artıq bu cür qorunur.
zeynep niki sizin yeqin ki,Qurandan melumatiniz yoxdur,chunki,Quranda,Nur suresinde Hicab vacib buyrulub.Allah deyir vacibdir,vacibler tekce bunlarla da bitmir,Namaz,Oruc,Hecc,Xums,Zekat ve s...bunlarin hamisi vacib hökmlerdir.