POPULYARXƏBƏRLƏR

Yeni hacılara xahişnamə

Giriş əvəzi: 3-4 ilin söhbətidir. Torpaq sahəsi almaq arzusunda olan bir nəfəri bu işlə məşğul olan hacı ilə tanış etmişdilər. Xırdalanın ucqar yerində bir sahəni müştərisinə təqdim edərkən “Hacı, buranın qazı necə, var?” sualına alqı-satqı üzrə mütəxəssis “Bax, bu da qazın “turbası” deyərək, əli ilə sarı rəngə boyanmış borunu göstərdi.

Elə bu zaman yaxınlıqdakı evin qapısından çıxan ağsaqqala dəqiqləşmə üçün eyni sual ünvanlandı. “Ay Allah evinizi tiksin! Nə qaz? Qaz nə gəzir? Qışda “işıq pulunu” zorla çatdırırıq” cavabını verdi. Ətrafdakıların kinayəli baxışlarının nə məna kəsb etdiyini anlayan və daha sual gözləməyən hacı sifətində dərin təəccüb hissi yaradaraq dilləndi: “Mən məgər dedim burda qaz var? Dedim ki, bu qaz “turbasıdır”! Vəssalam”.

Növbəti Həcc mövsümü sona çatdı. Bu ilahi missiyanı başa vuran 2600 azərbaycanlı artıq vətənə dönüb. Hər birinə kiçik qardaş kimi “Allah qəbul etsin!” deyirəm. Və bir kiçik qardaş kimi də özümdə cürət tapıb məhz qardaşlarıma müraciət edirəm.

Əziz hacılar! Sizin hansı hisslər keçirdiyinizi anlamaq iqtidarında deyiləm. Çünki nə Kəbəni təvaf etmək, nə Məscidün-Nəbəvidə namaz qılmaq, nə də Peyğəmbərin (s) məzarını ziyarət etmək mənə nəsib olmayıb. Sözsüz ki, hardan qayıtdığınızı, Kimin qonağı olduğunuzu məndən yaxşı dərk edirsiniz. Amma yenə də, özümə borc bilirəm ki, deyim: lütfən, diqqətli olun! Bir neçə gün öncə Şeytanı daşladınız. Sözsüz ki, bu daşların, onların atıldığı ünvanın da rəmzi olduğunu bilirsiniz. Təbii ki, Şeytanın belini tam qırmadığınızı, mübarizənin davam etdiyini də anlayırsınız. Odur ki, hazır olun. Şeytan sizə rəmzi daş atmaqla kifayətlənməyəcək. O, artıq bütün ordusunu toplayaraq, üzərinizə nəhəng qaya parçaları yuvarlamaqdadır. Əvvəlki Həcc mövsümünün neçə-neçə iştirakçısı buna oxşar qayalar altında əzilib, xürt-xəşil olub – buna hamımız şahidik. Lütfən, siz belə acınacaqlı aqibət yaşamayın. Çünki siz Azərbaycan İslamının ön cərgəsisiniz, simasısınız. Çünki məhz sizə, sizin davranışlarınıza baxaraq İslam haqqında fikir yürüdülür, bəzən isə hətta “namaza başlayım, ya yox?” sualına cavab verilir. Çünki qeyri-hacıların bəzən buraxdıqları səhvlərin cəmiyyətdə doğurduğu rezonans sizin səhvlərinizlə müqayisədə heç nədir. Bir sözlə, siz artıq yalnız özünüzə deyil, faktiki olaraq Allahın dininə görə cavabdehsiniz.

Əziz hacılar! Heç birinizin imanını, təqvasını, inamını, ixlasını şübhə altına almaq fikrində deyiləm. Amma... Ola bilər ki, kimsə Səudiyyə Ərəbistanına qürbətən-ilallah yollanmayıb (razılaşaq ki, belə şeylər olur hərdən). Niyyət olub “qürbətən-kolbasa istehsalı”, “qürbətən-“həci” titulu” və s. Əgər həqiqətən də belə hallar olubsa, zənnimcə, o müqəddəs məkanları gördükdən sonra, niyyət elə ordaca dəyişib. Bu niyyətin saflaşması da, ümid edirəm ki, əməlinizdə öz təzahürünü tapacaq.

Əziz hacılar! Siz Azərbaycanın müsəlman ümmətinin seçilmişlərisiniz. Sizi Allah belə bir İlahi missiya ilə şərəfləndirdi. Məmləkətimizdə minlərlə insan var ki, hər namazda zilhiccə ayının 10-u məhz Minada qurban kəsməyi Allahdan diləyir. Bu duaların nə üçün qəbul olmaması ilə işimiz yoxdur – bu Allahla bəndə arasında olan bir məsələdir. Ancaq Rəbbimiz sizə bu səadəti nəsib etdi. Lütfən, Allahın bu seçimini, bu etimadını zay etməyin.

Yekunda isə yenə də bir müsəlman, kiçik qardaşınız olaraq deyirəm: “Allah Həccinizi qəbul etsin!”.



Yerləşdirilib:8 Noyabr, 2012  15:56, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 2
Müəllif: ana | 8 Noyabr, 2012  11:18
# Ответить
+2


]]>]]>

allah sizden razi olsun, bu movzuya toxundugunuza gore.Eger yazdiginiz kimi fikirleshirsinizse .
Müəllif: Nazim | 8 Noyabr, 2012  15:07
# Ответить
+5


]]>]]>

Mende Allahdan Hacc siyaretine gedenlerin ziyaretini qebul etmesini dileyirem ve Vusal qardahsimizla tam raziyam.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com