POPULYARXƏBƏRLƏR

Xırda buynuzlu mal-qaranın qətliamı, yoxsa...?

Qurban bayramı. Bu söz birləşməsini hələ uşağ ikən eşitmişik. Sovet hakimiyyətinin bütün qadağalarına rəğmən, Allah Öz dinini vəd etdiyi kimi qorudu, yeni nəsillərə olduğu kimi çatdırdı. Amma bu söz birləşməsinin fərqinə varmışıqmı?  “Qurban verən də bayram edərmi” sualına bir dəfə cavab tapmağa çalışmışıqmı?

Nədir qurban? Kim üçündür qurban? Kimə, nəyə lazımdır qurban? Nəyi bayram edirik?
Hər il müsəlmanların əziz günü yetişdikdə, dünyada qoyunların, dəvələrin, öküzlərin müdafiə kampaniyasına start verilir. Müxtəlif qitələrdə süni göz yaşlarına qərq olaraq İslam ardıcıllarının “qəddarlğını”, “qaniçənliyini”, “heyvanlara zülmünü” önə çəkirlər (Yeri gəlmişkən, bu zaman Pakistanda, Əfqanıstanda, İraqda, Fələstində və digər müsəlman ölkələrində günahsız insanların Qərbin “demokratik islahatlarının” qurbanına çevrildiyi unudulur). Bəs nədir bu Zilhiccə ayının 10-da baş verən hadisənin fəlsəfəsi? Əsrlər boyu bu suala müxtəlif cavablar verilib. Amma bu gün də, fərd olaraq bu suala cavab aramağa cəhdə görə kiməsə irad tutmaq olarmı? Allah Quranda təkidlə bəndələrini düşünməyə çağırmırmı? Mən də düşünürəm. Düşünürəm ki, sözsüz, Allahın sonsuz mərhəmətini bəndə tam anlaya bilməz. Amma Rəbbinin bəzi buyruqlarına nəzər salsa, nə qədər əzizləndiyini, ona nə qədər güzəşt edildiyini sezməyə qadirdir. Bizdən ildə bir dəfə, cəmi bir dəfə, qurban tələb olunur. O da ki nə? Qoyun, öküz, dəvə. Allah bizdən bəxş etdiyi əzalardan qurban istəmədi. Bəxş etdiyi övladları da qurbanlıq kimi tələb etmədi. Bu qədər nemətə görə istədiyi bir qoçdur. Biz bunu yerinə yetirib, qurbanımızı veririk. Deyirik ki, “qurban verdik”. Tarixdə başqa qurban verənlər də olub. Məsələn, Xanım Zeynəb (s.ə). İbrahimin (ə) İsmayılı (ə) qurban kəsməyini Allah rəva bilmədisə, bu yüklə peyğəmbəri yükləmədisə, Aşura günü qurban deyil, qurbanlar kəsildi. Xanım dedi ki, “Allahım, bu qurbanları bizdən qəbul et”. Biz də deyirik. Nədənsə (öz payıma deyirəm), heç qızarmırıq da. Allahın lütfünün sərin mehini duyuruqmu heç olmasa? Bəlkə, elə bunu bayram edirik? Qurbanımızın qoyun olmasını deyirəm. Təbii ki, Allah heç kimi çəkə bilmədiyi yüklə yükləmir. Rəbbimiz bizi bizdən yaxşı tanıyır. Öz əzəli elmi ilə bilir ki, əllərimizi açıb “gəlsin!” deməyimizin arxasında bəzən sadəlöhvlük, bəzən ücb, bəzən də burnumuzun ucundan o yanı görməməyimiz dayanır. Bilir ki, bu yükü biz qaldıra bilməyəcəyik, qəddimiz əyiləcək, olan-qalanlarımızı da itirəcəyik.
Məncə, Zilhiccənin 10-u həm də düşünən beyinlərin bayramıdır. Düşünən və suallarına Allahın lütfü ilə cavab tapanların. Həddini aşmayanların. Allaha Onun istədiyi qurbanı verən, vəzifəsini düzgün anlayanların bayramıdır. Yüzlərlə, minlərlə yol içində düzgününü arayıb tapanların, qəlbləri aramların bayramıdır.
Allah bizdən bəxş etdiyi nemətlərdən heç nəyi geri istəmədi (candan savayı ki, onu da qaytarmağa vəd verib). Çünki bu, onun şəninə, əzəmətinə yaraşmaz. Bizi insan yaradaraq insan olmağımızı istədi. Bu qurban da insanlığa, yəni Allaha doğru aparan yolda bir vəsilədir. Bu yolda bizi dünyaya bağlayan ismayıllardan azad olunca, mənzil başına, məqsədimizə yaxınlaşırıq, İbrahimin (ə) sücaətini öz çəkimizə, imanımıza uyğun təkrarlayırıq . Allah Quranda buyurur: “Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!” (“Ali-İmran”, 92). Odur ki, xərcləyək, ismayıllarımızdan könüllü olaraq qurtulaq və Allaha minnət qoymayaq. Zatən, Allah bizdən istədiyi qurbanı Rəsulu vasitəsi ilə bəndələrinə aşkar çatdırıb.

P.S. Bu günü bayram edək. Ruhumuzun, qəlbimizin, imanımızın yüksəlişi üçün vəsilə olsun bu bayram. Bu gün haqqında, Allahın sonsuz lütfü haqqında düşünək ki, Zilhiccənin 10-u yalnız düşmənlərimiz tərəfindən xırda buynuzlu mal-qaranın qətliamı kimi dəyərləndirilməsin. İsmayıllarını Allah yolunda qurban verməyə hazır olan hər bir İbrahimin bayramı mübarək!



Yerləşdirilib:22 Oktyabr, 2012  20:28, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 2
Müəllif: Nazim | 22 Oktyabr, 2012  22:20
# Ответить
+4


]]>]]>

Salam aleykum.Eger her bir qurban kesen sevimli balasini oz eliyle kesdiyini yeqin etseydi cox az insan bu qurbani kesmeye urek ederdi,Ibrahim Alehisselam aqir imtahan qarshisinda durmush ve bu aqir imtahanda Allaha sadiqliyini subut etmishdir.Lakin bizim cemiyetde var dovletinin sayini bilmeyen cox insanlar varki hec qepiyindende kecmeyi dushunmur neyinki Allaha qurban vermeyi.Allah onlarin elinden ele variantda alirki varlarini hec aqillarina bele qelmeyen yerden,verende Allahdir alanda Allahdir.Allahdan cemi qurbah kesen muselmanlarin qurbanlarini qebul etmesini dileyirem.Teshekkur.
Müəllif: Sura | 24 Oktyabr, 2012  18:45
# Ответить
+2


]]>]]>

Sizin də Qurban bayramınız mübarək. Gözəl yazıya görə Sizə təşəkkürümü bildirirəm. Məqalənin əvvəlində söhbət açdığınız "müdafiə kampaniysı" ilə bağlı bir fikrimi bölüşmək istəyirəm. Həmin qəbildən olan yazıları oxuyarkən düşünürəm ki, görəsən niyə korridada əyləncə naminə öküzlərə qəddarcasına əzab verilməsi bu insanları narahat etmir?
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com