POPULYARXƏBƏRLƏR

"Nemət şablonu"

Təhsil Nazirliyinin qarşısı yenə toqquşmalara səhnə oldu, iki qrup biri-birinə nifrətini dəyənəklər və yumruqlarla ifadə etdi: hicablı qızların orta məktəblərə getməsinə qadağanın aradan qaldırılmasını tələb edənlər və hüquq mühafizə orqanlarının əməkdaşları.

Asfalt yenə qana boyandı. Hansı tərəfin qanı Allah dərgahında daha dəyərli və bəyənilən idi – bununla işim yox, Allah hər şeyi zamanında lazımınca qiymətləndirəcək. "Hicaba azadlıq!" şüarı altında nazirliyin qarşısına gələnlərlə toqquşan dəstənin hərəkətlərini, davranışını, xidmət etdiyi amalları təhlil etmək niyyətindən də uzağam: zatən, onsuz da hər şey gün kimi aydındır. Məqsədim yerli medianın ümumiləşdirilmiş formada "dindarlar" kontingenti kimi təqdim etdiyi qrupun daxilində son günlər baş verən hadisələrə nəzər salmaqdır. Qeyd edim ki, Tretey Məhkəməsi funksiyalarını üzərimə götürməyərək, sadəcə bəzi məqamlara toxunacağam.
Təəssüf ki, aksiya başa çatar-çatmaz, istər sosial şəbəkələrdə, istər elektron KİV-də, istərsə də şifahi müzakirələr zamanı orta məktəblərə hicablıların buraxılmasının zəruriliyi mövqeyini bölüşənlər arasında fikir ayrılığı yarandı. Əslində, bu fikir ayrılığı elə əvvəldən də var idi. Bəziləri çıxış yolunu aksiyalarda, küçə yürüşlərində görürdülərsə, digərləri haqqın bərqərar olunması üçün bu yolu yanlış hesab edir və başqa üsullara üstünlük verirdilər. Son hadisələrdən sonra vəziyyət nəinki dəyişmədi, mən deyərdim ki, hətta kəskinləşdi. İş hətta o yerə çatdı ki, illərdir Azərbaycanda islamın təbliği ilə məşğul olan, çox az din xadimlərinin edə biləcəyini reallaşdıranlar da sosial şəbəkələrdə hədəfə alındı və onlara kinayə ilə "Allah hidayət etsin!" duası ünvanlandı. Axı niyə, nə üçün dindar kəsim arasında belə münasibətlər hökm sürür? Nə üçün fikir ayrılığı ciddi ittihamlara zəmin yaradır? Həm də olduqca ciddi ittihamlara. Səbəblər müxtəlif ola bilər. Amma, zənnimcə, səbəblər sıralamasının başında kimlərinsə mütləq həqiqətə sahib olmasına inam dayanır. Bəli, haqq birdir. Amma kimdir haqlı? Kim həmən o yeganə haqqa yetişib? Əgər bu gün bir tərəfdə "vallah, aksiyalar yeganə yoldur, bu yolu getməyənlər imam Hüseyn məktəbini anlamayıblar" deyən varsa, digər tərəfdə də "vallah, bu səhv yoldur, dini siyasi məramları üçün istifadə edirlər, İranın oyuncaqlarıdır bu bisavadlar, onlar fitnə törədirlər" söyləyən də var. Yəni hər iki tərəf Allahı haqq olduğuna şahid tutur (Əlbəttə, kimlərsə tarixə baş vuraraq mənə kifayət qədər bənzər hadisələr göstərə bilərlər. Məsələn, imam Əli (ə)–ın Siffeyndə Müaviyyənin qoşunu ilə üz-üzə dayanması və məlum "Quranla aldatmaq" tədbiri. Təbii ki, hər kəs özünü Həzrəti Əliyə (ə) nisbət verəcək. Ancaq bu nümunə dərhal asanlıqla da rədd ediləcək. Ən azından ona görə ki, bu gün Həzrəti Əlinin (ə), ya imam Hüseynin (ə) hətta kölgəsi olacaq kimsə yoxdur və heç kim imamlıq iddiasında ola bilməz. Bir sözlə, səhvdən heç kim sığortalanmayıb). Ən acınacaqlısı isə, bunun ardınca səslənən ittihamlardır. İş hətta o yerə çatır ki, kimlərsə Allahın yerinə qərar verməyə qalxırlar, kimin ibadətinin Tanrı tərəfindən qəbul olub olmamasına dair fikir yürüdürlər. Əfsus! Bu haqqı onlara kim verib? Peyğəmbərlik funksiyası ilə onları kim vəzifələndirib?
Başqa bir nüans. Artıq yuxarıda qeyd etdim ki, haqq birdir. Ancaq hamı o haqqı görmək, dərk etmək qabiliyyətinə malik də deyil axı! Yəni həqiqətən səhv edən, səmimi qəlbdən haqqı fərqli tərəfdə arayan ola bilər. Yəqin ki, hər kəs Kərbəlada, Aşura günü ərəfəsində İmam Hüseynin (ə) məşəlləri söndürülməsinə dair göstəriş verdiyini, bununla da ondan ayrılmaq istəyənlərə şərait yaratdığını yaxşı bilir. Hər kəs Kufə əhlinin imama yazdığı dəvət məzmunlu məktubların yandırılmasını da xatırlayır. Heç kim də Peyğəmbər övladının haqqı gözəl anladığını şübhə altına ala bilməz. Bəs elə isə, özünü imam Hüseyn (ə) yolunun davamçısı hesab edən birisinin din qardaşına yalnız fərqli fikirdə olduğu üçün tikanlı sözlər, hətta təhqir ünvanlaması nə dərəcədə düzgündür? "Bizimlə deyilsə, deməli bizə qarşıdır" prinsipi ilə hərəkət etmək nə qədər islam standartlarına, əxlaqına cavab verir? Aksiya tərəfdarının bu üsula tərəfdar olmayana "qorxaq, münafiq" deməsi, qarşı tərəfdən isə "şüursuz, hay-küyçü" eşitməsi Allaha və Peyğəmbərə xoş gedə bilərmi? Budurmu islam? Son sualım ritorik xarakter daşıyır. Çünki hər şey gün kimi aydındır.

P.S. Orta və yaşlı nəsil uzaq olmayan keçmişi, 1988-ci ilin noyabrını yaxşı xatırlayır. O zamanlar əksəriyyətinin tanımadığı Nemət Pənahovun Azadlıq meydanına toplaşan minlərlə insana xitabən "Otur! Qalx! Otur! Qalx" komandalarını, "Oturmayan ermənidir!" "hökmünü" də unutmayıblar. İndi, 25 il sonra, bütün bunlar olduqca primitiv və bayağı görünür, hətta kimlərinsə təbəssümünə səbəb olur. Sözümün "mustafası" nədir? 2012-ci ildə Azərbaycanda dinə, islama "Nemət şablonu"nu tətbiq etmək lazım deyil, "Bizimlə olmayan, vallah, qorxaqdır, batildir", "Bizim fikri bölüşməyən, vallah, axmaqdır, cahildir" prinsiplərini tarixin zibilliyinə atmaq gərəkdir. Əks təqdirdə tarix özü mütləq haqqa yetişdiklərini hesab edənləri həmən o zibilliyə göndərəcək.

 

Vüsal Əliyev



Yerləşdirilib:9 Oktyabr, 2012  14:24, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 11
Müəllif: Aaa | 9 Oktyabr, 2012  23:59
# Ответить
+1


]]>]]>

Eger quranda vacib buyrulubsa hicab,rebbimiz buyurubsa biz qullarin buna qarsi cixmaqa ixtiyari yoxdur.Vezifeni görün dinini unudanlar bu Dünya'nı ebedi saymasınlar.
Müəllif: Saleh | 12 Oktyabr, 2012  01:42
# Ответить
+1


]]>]]>

Əla yazıydı, ustad! Qələminə qüvvət!
Müəllif: teyyar | 13 Oktyabr, 2012  15:31
# Ответить
+1


]]>]]>

salam yaxshi yazidi- ziyaretden sonrami ilham gelib agaya?
Müəllif: Ceyhun | 15 Oktyabr, 2012  10:22
# Ответить
0


]]>]]>

Doğurdan da bəziləri istəyirlər ki, Azərbaycan dindarı heç düşünməsin. Bunlar da necə istəsələr onu idarə eləsinlər. "Sus" deyəndə sussunlar, "əlinə dəyənək al" deyəndə də küçələrə çıxsınlar. Siyasətdi hamısı
Müəllif: hafiz | 15 Oktyabr, 2012  19:35
# Ответить
0


]]>]]>

Niyə kişiliyiniz çatmadı polisə bir söz deməyə, dindarı vurun. Bir gün Allah sizi vuracaq
Müəllif: Berdeli | 16 Oktyabr, 2012  09:38
# Ответить
0


]]>]]>

"Bizimlə deyilsə, deməli bizə qarşıdır". heyif ki, bu gün çoxları belə düşünür. ÇÜnki düşüncələri dardı. Guya polis kimdi ki? O da bizim millətin bir övladı. Qıraq birbirimizi, qanımızı axıdaq. Qoy erməni sevinsin
Müəllif: Aqil | 17 Oktyabr, 2012  06:59
# Ответить
0


]]>]]>

Allah razı olsun, qardaş. Yaxşı yazmısan
Müəllif: Taleh | 18 Oktyabr, 2012  00:35
# Ответить
+1


]]>]]>

Ay qarqish edenler, evvel bir basha dushun gorun ne yaziblar daaa... Demirler eee ki, mitinqe chixan sehvdi, ya o biri duzdu. Deyir ki, o da duz ola biler, o biri de. O da sehv etmish ola biler, o biri de.. Ozunuzu imam sayib qarshi terefi soymeyin. Bir olun ki, dushmene qalib gelesiz!!
Müəllif: Qarib | 20 Oktyabr, 2012  17:30
# Ответить
0


]]>]]>

Yox e, bizdə qulaqları kəsib sonra sayırlar. Adını qoyurlar ya müqavimət, ya da cihad))))
Müəllif: Salam | 14 İyul, 2014  11:21
# Ответить
0


]]>]]>

Berdeli| niki o"bizim milletin bir övladi"olan polis öz Islami haqqlarini teleb eden sade vetendawin qanini axidir,eyni fikirde olmasi wert deyil,amma insanlar sirf haqqlarini teleb etdikleri uchun vurub oldurmek niye?! öz ichimizde beleleri olan yerde hech ermeniye ehtiyac yoxdur....
Müəllif: Salam | 14 İyul, 2014  18:10
# Ответить
0


]]>]]>

Her halda sehv ya duz, aksiyachilar ora silahla,Deyenekle gelmemiwdiler,elleri bow idi,sadece Islami haqqlarini teleb edirdiler,tek istedikleri qizlarin tehsiline werait yaradilmasi..bu adi,tebii isteyin muqabilinde Polisin bu insanlari Deyenekle vehwi kimi doymesi,qanlarini tökmesi vicdansizliqdir....
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com