POPULYARXƏBƏRLƏR

“Axund” getdi... Növbədə isə...

Azərbaycanda axundluq institutu ləğv edildi. Daha doğrusu, vəzifə olaraq qaldı, amma adı dəyişdirilərək imam oldu. Bu barədə QMİ-nin Qazilər Şurası müvafiq qərar qəbul etdi. Ötən illərin təcrübəsinə əsaslanaraq demək olar ki, hələ bəlkə tezliklə məsciddə din xadiminə axund demək inzibati məsuliyyət yaradan qayda pozuntusuna da çevriləcək: Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər ediləcək, məsciddə mollaya “axund” deyərək müraciət edənlər cərimələnəcək. Hər halda olan oldu.

Axund sözünün yasaqlanması təşəbbüsü ilə QMİ sədri çıxış etdi. Arqumentləri də maraqlı oldu: həmrəyliyə nail olmaq, sünni və şiə ruhanilərin ayrıseçkiliyini aradan qaldırmaq. Onun sözlərinə görə, dünyanın heç yerində belə bir söz işlədilmir, məsələnTürkiyədə. Ona görə də ləğv olunmalıdır.

Qazilər Şurası bu təklifi yekdilliklə qəbul etdi (zatən, bu qurumdan başqa davranış gözləmirdik də). Amma bir sıravi müsəlman olaraq bizim də baş tutan qadağaya münasibət bildirməyə haqqımız var.

Əvvəla, onu deyək ki, İslam həmrəyliyinə nail olmaq uğrunda bütün təşəbbüsləri tam dəstəkləyirik. Zatən neçə illərdir bizim də qayəmiz budur. Bu yolda istər QMİ, istər DQİDK, istərsə də başqa qurum nəsə addım atsa, onlarlayıq və olmuşuq da. Bu baxımdan QMİ sədrinin də istinad etdiyi 2017-ci ilin Azərbaycanda “İslam Həmrəylik İli” elan olunması haqda cənab Prezidentin təşəbbüsünü də elə ilin əvvəlindən alqışlamışıq. Bu bir.

İkincisi, qeyd edək ki, agentliklərin bildirdiklərinə görə, QMİ toplantısında buyurulub ki, “axund sözü dünyanın heç bir yerində işlənmir, məsələn Türkiyədə”. Bu da bəzilərinin ürəyinə xal salıb. Ona görə əlavə olaraq deyək ki, düzdür, axund sözü nəinki Türkiyədə, heç İranda da məsciddəki din xadimlərinə müraciətən işlənmir. Orda da məscidin baş axundu imam-camaat adlanır. Din xadiminə müraciətdə bu söz yalnız Azərbaycana xasdır.

Məhz burada əsas sualımızı vermək istəyirik: yaxşı, bunun nəyi pis idi ki?

Üçüncüsü. Dəfələrlə dini sahəyə cavabdeh dövlət qurumlarının, lap elə QMİ-nin özündən belə fikir səslənib ki, Azərbaycanın öz yolu var, bizə nə İran, nə Türkiyə, nə də Səudiyyə Ərəbistanının İslamı lazım deyil. Hətta bir ara qanunvericilik səviyyəsində xarici ölkələrdə dini təhsil alanlara Azərbaycanda dini mərasimləri keçirməyə qadağa qoyuldu. Bəs indi nə baş verdi ki, bizə İranı və Türkiyəni nümunə gətirirlər, sırf bizə məxsus dini atributu ləğv edib qonşu ölkələrə boylanırlar?

Dördüncüsü. Dəfələrlə eşitmişik ki, dünyanı bürüyüən qloballaşma prosesləri zamanı Azərbaycanın milli, tarixi, mənəvi və sair dəyərləri mütləq mühafizə olunmalı, bu xalqın, millətin digərlərinin içində əriyib getməsinə, assimilyasiya olmasına yol verilməməlidir. Özü də bunu ən yüksək tribunadan dövlətimizin ən vəzifəli şəxsləri bəyan edib. Əcəba QMİ bu addımı  ilə Azərbaycanımızın özəlliyini qorumuşmu oldu?

Bəli, din xadiminə müraciətdə “axund” sözü məhz Azərbaycana xas olub. Yüzillərdir bizim savadlı, imanlı, sözləri əsrləri adlayıb günümüzə çatmış axundlarımız olub. Heç sövet hökuməti də bu adı ləğv eləməyi düşünməyib. Bəs indi nə oldu?

Anlamaq olar: dünya sürətlə dəyişir, inkişaf edir. Bəziləri də durub QMİ-ni zaman-zaman fəaliyyətinin azlığı, ətaləti, hadisələrə gec reaksiya verməyi və s. xüsusiyyətlərinə görə tənqid edir. Bu qurumda əyləşənlər də, təbii ki, nəsə bir fəaliyyət göstərməyə, yenilik yaratmağa can atırlar. Yaxşı istəkdir, bunu ancaq alqışlamaq olar. Amma daha belə yox da! Həmrəyliyə nail olmaq, ayrıseçkiliyi aradan qaldırmaq üçün əsirlərin süzgəcindən keçən, hətta çar Rusiyasının və Sovetlər Birliyinin üstünə getmədiyi bir institutu tarixin yaddaşına köçürmək? Həmrəylik istiqamətində başqa problemmi qalmayıb? Bu gün “axund” sözü ləğv oldu, sabah “minbər”ə qadağa qoyular, birigün də... Görəsən QMİ-də heç düşünüblər:  bəlkə elə kimsə “şeyxülislam” sözünün də indiki zəmanədə İran və Türkiyədə olmadığını ağlına gətirdi? Onda necə olacaq vəziyyət, hə?

V.Əliyev


Yerləşdirilib:15 Sentyabr, 2017  16:27, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 4
Müəllif: aydin | 15 Sentyabr, 2017  18:57
# Ответить
+3


]]>]]>

Bunlara weytanin tablig eladiyi islam lazimdi.
Müəllif: Xanim | 15 Sentyabr, 2017  22:35
# Ответить
+4


]]>]]>

Bu qurumun işi ancaq budur da: Ləgv etmək, məhv etmək, sökmək, dagıtmaq.Bunlar ücün həqiqi islam onların mənafeyinə xidmət edən din olmalıdır. "Azərbaycanın öz yolu var. Başqa ölkələrin islamı bizə lazım deyil" deyəndə də bunu nəzərdə tuturlar.
Müəllif: Xalid | 16 Sentyabr, 2017  10:42
# Ответить
+3


]]>]]>

Nəyi dəyişirsiniz?Özünüz də heç mahiyyətini bilmirsiniz.Gah deyirsiniz analoqu olmayan bir ölkə,gah da deyirsiniz həmrəylik,nə bilim islami mənafe.Hamısı yalandır.Məqsədiniz tam başqadır və buna da kağız üzərində nail olsanız da insanların qəlbində əsl İslamı məhəbbəti öldürə bilməyəcəksiniz.Yazığım gəlir sizlərə.Hələ də siz hansı yolun yolçusu olduqunuzu anlamamısınız və bundan sonra da anlamayacaqsınız!
Müəllif: aydin | 16 Sentyabr, 2017  13:18
# Ответить
+1


]]>]]>

U zalim tagut kafirlarin islam dini ila Allahin wariati ila neca duwmancilik etmayin goranda alimlari warliyib habs etdikda.peygambarin o dovrda kafir muwruklarla na aziyyat cakdiyin dark edmak olur.Allah boyukdu.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com