POPULYARXƏBƏRLƏR

Toyda səmimiyyət: mümkündür ya yox?

Ramazan ayında bir qədər səngiyən el şənlikləri bu Mübarək ayın bitməsi ilə yenidən vüsət aldı. Sözümüz də elə toylarla bağlıdır, necə deyərlər, toylara Ramazan ayının prizmasından baxmağa çalışırıq.

Ramazan ayının çoxsaylı fəzilətlərindən biri də budur ki, insan özünə, ötən Mübarək aydan keçən 11 aya bir nəzər salır, davranışlarını dəyərləndirir. Bu il də istisna deyildi. Zaman-zaman sosial şəbəkələrin fəal simaları və minbər sahibləri dəyərli fikirlərini bölüşür, camaatı lazımi istiqamətə yönləndirməyə çalışırdılar. Tez-tez də biz müsəlmanların ümumi bəlalarından söz açırdılar. Bu bəlalar sırasında isə səmimiyyətin olmaması ilklər sırasında yer alırdı.

İndi biz də, bu başbilənlərimizin, öndəgedənlərimizin Ramazan ayı boyunca nəsihətlərindən bəhrələnərək fikirləşirik ki, bu səmimiyyətsizliyin ən çox təzahür etdiyi hadisələrdən biri də toydur. Artıq heç kimə sirr deyil: əksəriyyət toya dəvətnamə alanda heç də sevinc hissləri keçirmir. Ona görə yox ki xalqımız simiclik, bədbinlik, əbədi qəmyemə virusuna yoluxub. Qətiyyən! Sadəcə bəlli iqtisadi durum şərtlərini diqtə etməkdədir. Artıq “toya dəvətnamə = 100 manat” teoremi cəmiyyətdə çoxdan sübutunu tapıb. 100 manat isə... Əksər vətəndaşlar üçün ağır sınaq, bəzən isə dəvət edən şəxsin yanında üzüqara olmamaq üçün mövcud borc məbləğinin üzərinə əlavə olunan 100 manatdır. Lakin bir-birimizə problemlər yaratmaqda davam edirik. Sanki “sən məni belə pis vəziyyətə saldın? Ala, bu da cavabı! İndi sən də bizdən bir dəvətnamə al!” prinsipi ilə yaşayırıq.

Bəs neyləməliyik?

Olmazmı ki, vəziyyəti kimsə qabağa düşüb dəyişsin? Məsələn, elə dindarlar övladlarına toy etsinlər, amma “dəftər” məsələsi olmasın? Yəni bunu cəmiyyətə təlqin etsinlər. Ağılabatandı belə şey? Toyun əvvəlində də çıxsın ev sahibi qonaqların qarşısına, desin “ay camaat! Bu gün toyda restoran prinsipi, “yedinsə pulunu ödə” prinsipi tətbiq edilmir! Allahın halalından yeyin, için, şənlənin! Tam səmimi şənlənin! Çünki “dəftər” olmayacaq! O cibinizdəki 50, 100 manatları da aparın balalarınıza xərcləyin, borc alanlar isə borc sahiblərinə qaytarsınlar! “Allah mübarək eləsin!” sözlərini də sidq ürəklə deyin! Balalarımıza səmimi qəlbdən səadət diləyin!”

Realdır belə ssenari? Ya yox? Ev yiyəsinə “yük düşəcək”? Gücü çatmayacaq bu toyun xərclərini qarşılamağa? Amma heç kim məcbur etmir ki, masa üzərində 20 cür “xolodnı”, 10 cür “qoryaçiy” yemək olsun! Az olsun yemək, amma səmimiyyət olsun! Toyda masa arxasında əyləşənlərin qəlbi aram olsun, bu gün “yazdıracaqları” 100 manatı sabah hardan, hansı vasitələrlə kompensasiya edəcəklərini düşünməsinlər! Yəni hər imkan düşdükdə aradığımız SƏMİMİYYƏT bərqərar olsun!

Kimsə deyə bilər ki, bu artıq bizim milli adətimizə çevrilib, mentalitetimizin bir hissəsidir və s. Amma gəlin etiraf edək: həmən bu adətlərdən, mentalitetimizdən nələr qalıb ki? Əslində qorumalı olduğumuzu sürətlə itiririk, bəziləri tam itib, bəzilərinin də yaxın zamanlarda isi-tozu qalmayacaq, bircə bu “toy dəftəri” ilə bacarmayacğıq?

Əlbəttə, ilk addımı atmaq həmişə çətindir. Bunu etmək bəlkə də heç kimin biləvasitə vəzifəsi deyil. Amma olsa nə olardı e! Yox?



Yerləşdirilib:3 İyul, 2017  16:13, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 5
Müəllif: Salamaleykum | 3 İyul, 2017  19:48
# Ответить
0


]]>]]>

Men toylari menasiz iw hesab edirem, en uzaq qohum qonwunu,ish yoldashlarini,hech semimi olmadigin adamlari yigib oraya getirtmek neye lazimdir? axi,onlar choxu mecburiyyet uzunden gelir.
En yaxshisi budur ki,evde bir sufre achib,en yaxin 10,15 neferi chagirib qeyd etmek.Hem ev sahibine yuk dushmur,hem de qonaqlar rahat olur.
Müəllif: Salam | 3 İyul, 2017  20:00
# Ответить
0


]]>]]>

Eslinde,sheraitin her gun daha da pisleshdiyi,insan qaninin ucuz tutulub,su yerine axidildigi,heqiqi INSANlarin azaldigi bu dunyada urekden sevinib,eylene bilmek ele de asan mesele deyil,belke,bir az da buna gore shenliklerimiz suni,saxta gorunur.
Müəllif: Vaiz | 4 İyul, 2017  11:35
# Ответить
0


]]>]]>

İnsanın ailə həyatı qurması münasibəti ilə ziyafət təşkil etməsini bizə məsumlarımız (ə) tövsiyə edib. Bir neçə halda ziyafət verilməsi müstəhəbdi, o cümlədən də ailə quranda. Amma istənilən məsələdə olduğu kimi burda da orta həddi gözləmək lazımdı. Haramdan uzaq olmaq öz yerində, eyni zamanda yazıda qeyd olunan məqamlara da diqqət yetirilməlidi. Amma bu təklifi həyata keçirtmək bizim xalqın zehniyyatı ilə çox çətin məsələdi
Müəllif: Nazim | 5 İyul, 2017  07:37
# Ответить
0


]]>]]>

Salamun əleykum.Verilən təklifin daha optimal variantı belədir!Toy masalarında boş qab qacaq və yalnız ickilər və meyvə və menyu qoyulur.Gələn qonaq menyuya əsasən ürəyi istədiyi yeməyi ofisyanta sifariş edir və nüşi canlığı ilə yeyib ıcır,nəticədədə hec bir israf olmur!Qaldıki "dəftər" məsələsinə,qapı ağzındakı "qutunun" üzərində nə zərf nədəki qələm olmasın,yeni ailə quranlara hər hansı bir formada hədiyyə və ya maddi yardım etmək istəyən imkanı catanı qutuya atsın yoxudursa atmasın,yazılıb bükülmədiyi ücün bilinməyəcək,cunki toy etməyə imkansızlar coxdir!
Müəllif: Vefa | 5 İyul, 2017  15:32
# Ответить
0


]]>]]>

Azərbaycanda əhalinin 5-10 faizi toya dəvət olunanda dərd qəmə batmır. Qalan hamısının vəziyyəti ağırdı. Amma yenə hamı borc alıb həm toy rliyir, həm də borc alıb toya gedir. Biz düzələn deyilik
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com