2014-cü ildə yas məclislərində zəngin və dəbdəbəli ehsan süfrələrinə qarşı bir kampaniya başladıldı, onların keçirilməsində müəyyən islahatların tətbiqinə bir cəhd göstərildi. Sözügedən kampaniyanın nəticələri bəllidir. Amma mövzumuz ehsan süfrələri deyil, biz yas məclislərinin digər ənənəvi probleminə toxunmaq istərdik.
Sirr deyil ki, 30 il əvvəl də, 10 il əvvəl də, elə indi də əksər yas mərasimlərində mollanın hörməti “bir qəpiklikdir”, öz dediklərini elə özü eşidir. Sovetlər dönəmində belə halları “bozbaş mollalarının” hegemonluğu ilə izah edirdilər. Bəs indi bunu deyə bilərikmi? Düzdür, bisavad, “molla” adına layiq olmayanlar, maddi qazanca xatir min hoqqadan çıxanlar yenə də var. Ancaq yəqin ki, hər birimiz belə bir mənzərəni müşahidə etmişik: məclisdəki din xadimi kifayət qədər savadlıdır, gəl ki, ona yenə də qulaq kəsilən yoxdur, hərə öz aləmindədir. Bəs necə olsun? Deməyək ki, bu önəmsiz bir şeydir. Axı dinin təbliği üçün, yatmış qəlbləri oyatmaq üçün yas məclisləri kifayət qədər gözəl fürsətdir. Elə isə, neyləyək?
Yəqin ki, bu problemin aradan qaldırılmasının müxtəlif yolları mövcuddur. Biz yalnız ümumiləşdirilmiş halda bunlarlı deyə bilərik. Əvvəla, məclisə gələn molla müasirliklə ayaqlaşmalıdır. Bu gün yuxarı başa keçən din xadimi 30-40 il əvvəlki kimi davranır, eyni sözləri danışır. Əlbəttə, İslam dini hər zaman və məkanlar üçün nazil olub. Amma onun təbliği məsələsində çoxdan daşlaşmış çərçivələri bir qədər genişləndirmək zəruridir. Sən gəlib məclisə Peyğəmbərin (s) meracından, Süleymanın (s) Bilqeysin taxtını bir göz qırpımında gətizdirməyindən, İsanın (ə) ölüləri diriltməsindən bəhs açsan, əmin ol, sənin səsin “mətəmə qərq olanların” uğultusunda batıb gedəcək. Məsciddə, artıq Allaha iman mərhələsini keçənlərin toplaşdığı bir məkanda belə mövzular keçərlidir, məqbuldur. Amma sənin yas məclisində xitab etdiklərinin içində hətta Allahın və Peyğəmbərin (s) mövcudluğunu inkar edənlər var. Sən onlara hansı peyğəmbərin və hara merac etməsindən danışırsan ki?
Təəssüf ki, bir çox məclis mollaları İslamı praktiki cəhətdən, müasir həyata uzlaşdıraraq anlada bilmirlər. Bəlkə də dini savadları kifayət qədərdir. Gəl ki, dünyagörüşləri, dünyəvi elmlər sahəsində bilikləri naqisdir. Bu da sonda qeyd etdiyimiz nəticələrə gətirib çıxarır. Məhz biliklərin azlığı hansısa yeniliyin tətbiqinə, yeni mövzuların gündəmə gətirilməsinə, bəhslərin açılmasına maneə yaradır. Çoxlarının buna sadəcə cürəti çatmır. Çünki yeni mövzu yeni, cavabı bəlkə də hələ başqaları tərəfindən verilməyən suallar doğura bilər. Dünyagörüşü məhdud birisinin isə belə riskə getməsi ağılabatan deyil. Deməli, problemin arxasında yenə də mollalar dayanıb. Donmuş beyinləri, praqmatik düşüncələri, marginallaşmaya sürükləyən çıxışları və əməlləri ilə. Deməli, “bozbaş mollası” ifadəsinin birdəfəlik tarixin yaddaşına köçməsi barədə fikir yürütmək hələ tezdir. Necə deyərlər, proses davam edir. Ad bəlkə də dəyişdi, “bozbaş” yox, başqa molla oldu. Amma mahiyət dəyişməz olaraq qalıb...
"problemin arxasında yenə də mollalar dayanıb." belke,olkemizdeki dini ve dunyevi tehsil merkezleri dayanib? ne etsin mollalar,yas meclisinde yasa uygun daniwarlar,yas meclisinde ateisti nece dine getirsin?Ne desin? elbette,haradasa haqlisiniz,amma men hansisa mollanin meclisde meracdan,bilqeysden daniwmasini eshitmemishem,men bildiyim chox vaxt Imamlardan,mesumlarin heyatindan daniwirlar.En dogrusu da budur,bashga ne desinlar axi,nece ki,bir hekimden,muhendisden yuksek dini tehsil gozlemirik,bir ruhaniden de yuksek dunyevi tehsil teleb etmek dogru deyil,olarsa ne gozel,olmazsa bunu gore onlari asib kesmek olmaz.Bele sohbetlere gore ruhaniler yas meclislerine getmek istemir.
Əksər məclisə gedən mollalar kəmsavaddılar. Nə elmdən xəbərləri var, nə dünyada gedən proseslərdən, bəziləri hətta düz-əməlli yazı da yaza bilmillər. Ancaq Quran oxuyub ölü basdıra bilillər. Onlar özlərindən qat-qat savadlı olan insanlara nə nəsihət verə biləllər? Ona görə də heç kim qulaq asmır onlara
Əksər məclisə gedən mollalari tanimiriq,odur ki,bu Ramazan ayinda kimsenin haqqina girmeyek,umumi daniwmag olmaz.....Qaldi ki,her bir muselman Quran oxuyub,oz ölüsunu ozu basdıra bilse daha yaxsi olar.Men mollalari qinamagin eleyhineyem, en sevmediyim emel hansisa meclisde kiminse mollani"sindirmaga"chalishmasidir,bilmirse,kenarda izah etmek olar.
Ramazan ayinda an asas problem bazi mollalarin gunorta vaxti yemak icmak verilan yas marasimlarinda can bawla iwtirak etmasidi hec bunun qadagan oldugu haqda agizdarini yumub dururlar bela mollalara na deyasan?
Əssəlamu əleykum!Ən birinci cəmiyətin bu problemi əmr sahiblərinə bağlıdır.Niyə?Əvvəla ayda ələmdə yasda yarim saat yağlı pilavdan sonra ağızda siqaret mollaya qulaq asmaqla bu qədər dünyəvi problemlərlə dolu düşüncənin dinə gəlməsi demək olarki real deyil.Tədris müəssələrimizdə dini mariflənmə yox dərəcəsindədir,televiziya kanallarımızda dini mariflənməyə yer kifayət qədər yer ayrilmir,insanlar yaşadıqları cəmiyətdə dinə riayət olunmadığının şahidi olarkən mollanın danışdıqlarına ancaq danışıb qirtaranacan ancaq diqqət edər,yaşam reallığında isə mollanın sözlərini yadina salan hec bir şey görməz,həqiqət budur!Nə qədərki səlahiyət sahibləri tabecılıklərindəki qurumlara təkidlə dini mariflənməni əmr edib əmməllərilə təbliq etdiklərini müşayət etməyəcəklər tək mollallarin cəmiyəti imana ğətirməsinə inanmaq sadəlöhlük olar.Hamiıiqla hökumət və hər bir fərd bu işə start verərsə cəmiyətimiz doğru yola yönələr!Savadli və müasir mollalarımızda kifayət qədərdir!
Molla harda yetishsin? Islam universitetinde? Bir balaca savadi olan, qebul imtahaninda hec olmasa 200 bal yiga bilen agilli-bashli adam ora sened vermir. Harda tor-tokuntu, bisavad, bashqa tehsil ocagina daxil olmaq shansi olmayan varsa gedir ora ki, hec olmasa olu basdirib corek pulu qazansin. Istisnalar da olur. Amma cox az. 17 yashinda bisavada 4 ile ne oyretmek olar ki?
Islam universitetinde oxuyanlar haqda bele danishmaq duzgun deyil,onlar ora"olu basdirmaq"ucun yox,din oyrenmek ucun gedirler,yaxshi tehsil verilmirse bu onlarin gunahi deyil.
Cox mentiqsiz danishirsiz. Yaxshi tehsil vermirlerse, demeli ordan cixan mollada savadsiz olur. Ne dexli var meni sehf mualice eden hekim ne ucun bele bacariqsizdi? Esas neticedi. Bir de ki, orda berbad tehsil verdiklerini hami bilir. Bir balaca bashqa uniye girmek shansi olan abituriyent ora getmir. Netice evvelceden bellidi
Bizim olka dinin qanunlarini qurani qabul etmir dunyavi dovlatik.asl mollalar zindan dadirlar.quran insanlari insanlara yox yalniz Allaha qul olmagi amr edir bu isa coxlarina sarf etmir.bizim yaslari aparan mollalarin coxu haqdan uzaqdi