İndiki təhsil sisteminin naqisliyindən çox söz açılıb. Haqlı da qınayırlar.
Bəzi yuxarı sinif şagirdləri və abituriyentlərlə bir-iki kəlmə kəsəndə, uşaqlıq illərində sevə-sevə izlədiyimiz “Zita və Gita” kinofilmindəki Randjit obrazı yada düşür. Tüfeyli həyat sürən gənc ilk dəfə bazara gedir və orda badımcanı göstərərək satıcıdan bunun nə olduğunu soruşur. “Badımcan” cavabını eşidəndə isə çox təəccüblənir: “Doğurdan??? Qəribədir... Sizcə badımcan belə olur?” Hə, badımcanı ancaq masa üzərində görən şəxsdən başqa gözlənti də ola bilməz.
Bax, hazırda bizim bəzi yeniyetmələr də həmin Randjit kimidilər. Sadəcə olaraq anlayışları olmayan sahələr fərqlidir. Məsələn, 1-ci qrup üzrə ali məktəbə imtahanlara hazırlaşanların bəziləri Napoleonun yalnız şirniyyat növü olmadığının, 3-cü qrupa hazırlaşanlar isə “Nyuton qanunu” dedikdə heç də hansısa Afrika dövlətinin cinayət məcəlləsindən söz açılmadığının fərqində deyillər.
Belə bir gənc nəsil böyüyür. Bu yaxşıdır ya pis? Bunlara “ixtisaslaşmanın fəsadları” deyək ya “beyinləri lazımsız informasiyadan azad olan gənclər”? Cavabı özünüz verin.
O ushaglarda gunah yoxdur,dersler hedden artiq agirdir,choxdur,hamisini oyrenmek isteyen gerek yemeyi ichmeyi,istiraheti kenara qoyub ancaq oxusun,o zaman da beyin yorulur,eseb sistemi pozulur...Hamida o yaddash,o zehin de yoxdur ki,bu qeder melumati beyine doldursun,ne etsinler? mecbur qalib ozlerine lazim olani oxuyurlar,gunah onlarda deyil,tehsil sistemindedir,gencleri o qeder yuklemek olmaz.
Müəllif: Asim | 15 May, 2017 15:22| Ответ на #5463
Siznen tamamile raziyam ki indiki tehsil sistemi cox berbad gundedir. Olkeni savadsizliga surukleyir. Mence bu tamamile dusunulmus siyasetin bir novudur.
Səlamun əleyküm!Bu proses belə baş verir.Orta məktəbdə dərslər bir iki kəlmə ilə catdırılır və şağirdlər bu səbəbdən yönləndirilir evlərə yada dərsdən sonra siniflərə sırf qrup imtahanının suallarina hazırliğa.Ümummi elmsə qalır kənarda.Müəlimləru buna vadar edənlər özləri birbaşa bu günahın sahibidirlər!Əmr sahibləri bütün proseslərin həyata kecməyinə rəvac verirlər!Uyğunlaşan müəllimlər dolanışığı əsas gətirib özlərinə haqq qazandırırlar.Bunu etməyən müəllimə isə artıq yadplanetli kimi baxılır.Nəticədə yuxarıda qeyd olunub.Həyatda elə anlar varki cox sinəsinə döyüb vicdan və ədalətdən dəm vuranları sındırıb!Ğörə görə gəlmişik!
Allah qorusun!