POPULYARXƏBƏRLƏR

Öpüşmək qadağandır!? ...və ya “İnsan – “senj”?

İctimai yerlərdə, məsələn, metroda cinsi əlaqəyə girmək olar ya olmaz? Bu nəqliyyat vasitəsindən istifadə edən bir vətəndaş olaraq yolçuluq zamanı vaqonlarda asılan “Bakı Metropolitenindən istifadə qaydaları”nı dəfələrlə oxumuşam. Əmin edirəm ki, orda qadağalar sırasında cinsi əlaqə göstərilməyib. Yaxşı, bəs elə isə olar ya olmaz? Bu suala hər kəs cavab arayana qədər başqa bir şeydən danışaq, cütləşmə prosesinə bir qədər sonra qayıdarıq...

Deməli, son günlər həm sosial şəbəkələrdə, həm də elektron KİVdə metroda öpüşən cütlük və bu cütlüyü özünəməxsus tərzdə tənbeh edən jurnalistin hərəkəti qızğın müzakirə mövzusuna çevrilib. Həmişə olduğu kimi, camaat iki dəstəyə bölünüb: gənclərə bəraət qazandıraraq jurnalisti qınayanlar və əks mövqedə olanlar. Düşündük ki, biz də bir-iki kəlmə mövzu ilə bağlı söz deyək.

Əvvəl qeyd edək ki, mənəvi dəyərlər Konstitusiya və ya Cinayət Məcəlləsi deyil, onu konkret bəndləri olmur. Abır, həya, iffət də dərəcələrlə, ballarla, metrlərlə ölçülmür, abırı, həyanı, iffəti şüşə və ya dəmir qablara doldurub topdan və ya pərakəndə şəkildə meyvə şirəsi kimi satmırlar ki, insan onlardan içib abır-həya potensialını artırsın. Hər bir fərdin, o cümlədən konkret cəmiyyətin mənəvi tutumu fərqlidir. Məsələn, bir qadın cəmiyyətdə hicabsız görünməyi abırsızlıq sanırsa, digəri üçün burda qeyri-adi heç nə yoxdur. Amma həmən bu hicabsız qadına dekolte geyinmək iffətdən imtina etmək anlamına gəlir. Öz növbəsində dekolteni normal qarşılayan qadın üçün nudistlərin çimərliyinə baş vurmaq yolverilməzdir. Lakin bütün bunlara rəğmən cəmiyyətin böyük əksəriyyəti tərəfindən ümumi qəbul olunmuş, yazılmamaış dəyərlər var ki, cəmiyyətin digər qismi onlara riayyət etməyə, hörmətlə yanaşmağa borcludur.

İkincisi. Bəzən, elə nəzər saldığımız hadisənin müzakirələri zamanı da, eşidirik: “Əşi, indi zaman başqa zamandır! İndiki cavanlar... Amma əvvəllər...”. Çox yanlış bir yanaşmadır. Məsələ burasındadır ki, eyni söhbətləri ötən əsrin 70-ci illərində də eşitmişik, sonralar da. O zamanlar da Bakıda Dənizkənarı parkda, Kirov adına parkda (indiki Şəhidlər Xiyabanı), kinoteatrların son cərgələrində və digər məkanlarda ara-sıra öpüşənlərə rast gəlmək mümkün idi. Amma... “Əhməd haradadır?” filminə yəqin ki, Azərbaycanda baxmayan tapılmaz. Bax, həmən filmdə o dövrün ictimai və mənəvi durumunu əks etdirən gözəl bir səhnə var. Qızı Ceyranı axtaran Nərgiz xala skamyada qol-boyun olan bir cütlüyə rast gəlir və o illərdə bu mənzərəyə ətrafdakı insanların göstərə biləcəyi, bəlkə də, ən tolerant reaksiyanı nümayiş etdirir. Xatırladınız Nərgiz xalanın “Ala e!” jestini və “Utanmazlar!” verdiktini? Sözümüzün canı nədir? Orda-burda bir-birinin həzmetmə qurğusunun bəzi detallarını lap dəqiq analizdən keçirçmək istəyən və ətrafdakıların hisslərini vecinə almayan abırsız insanlara hər dövrdə rast gəlinib. Sadəcə ətrafdakıların onlara reaksiyası tam fərqli olub. Və elə bu səbəbdən də o zaman heç kimin ağlına da gəlməzdi ki, metroda öpüşmək mümkündür. Çünki bu hərəkətə görə Bakıda (Diqqət edin! BAKIDA! Moskva, Leninqrad, Kiyevdən danışmırıq!) adama qarşı bir neçə gün əvvəl jurnalistin tətbiq etdiyi tənbeh metodundan daha sərt tədbirlər görərdilər. Sadə insanlar, sadə vətəndaşlar.

Üçüncüsü. Bir neçə il əvvəl Bakıda bənzər hadisə baş vermişdi və elə bənzər də müzakirələr aparıldı. O zaman da biz sözümüzü dedik. İndi də vəziyyətin bənzərliyini nəzərə alaraq, sözügedən yazıdan bəzi məqamları təkrarlamağı özümüzə borc bilirik. Necə deyərlər, yeri var: “...bəzən “bəsdirin da ana-bacı, namus-qeyrət söhbəti etdiniz” tənəsi vurulur. Əcəb! Bu binəvalar elə başa düşürlər ki, ...vətəndaşlar onların ana-bacılarını, onların namus-qeyrətlərini düşünürlər? Əsla elə deyil!...Biz sizə sizin ananıza və bacınıza müqəddəs varlıq kimi yanaşmağı aşılaya bilmərik... Namus-qeyrət məsələsini mənimsəmək üçün də sizə tutarlı dərslik adı deyə bilməyəcəyik... O ya var, ya da yoxdur... Ana-bacı, namus-qeyrət söhbəti edənlər öz analarını, öz bacılarını, eyni zamanda bu xalqın ləyaqətli, “abır”, “həya”, “ismət” anlayışlarını arxaizm deyil, əbədiyaşar dəyərlər kimi qəbul edən üzvlərini nəzərdə tuturlar. Ola bilər bu sadalanan xislətlər artıq dəbdə deyil, ola bilər bu xislətlərə malik olanlar üçün müasir cəmiyyətdə yaşamaq olduqca çətindir. Amma nə qədər çətin olsa da, insanı heyvandan fərqləndirən də məhz onlardır. Biz və çətin həyatı seçənlər insan olmağa üstünlük vermişik. Siz isə özünüz bilərsiniz. Həyasız olun, abırsız olun, qeyrətsiz olun, namussuz olun, ismətsiz olun. Olun! Amma özünüzə aid yerlərdə. Evinizdə, bağınızda, villanızda, qarajınızda, ayaqyolunuzda, toyunuzda, yasınızda. Bu sizin haqqınızdır. Amma öz ismətsizliyinizi, abırsızlığınızı, həyasızlığınızı ictimai yerlərə daşımayın. Çünki orda abırlı, ismətli, həyalı, qeyrətli və namuslu  ana-bacılarımız da olur, o yerlərdən keçirlər. Bax, “ana-bacı söhbəti” də onlara görədir. Anladınız?”

Və sonda. Lap əvvəldə qoyulan suala qayıdaraq. Heç bilirsiniz ki, öpüşmək yalnız insanlara deyil, bəzi heyvan növlərinə də xas özəllikdir? Məsələn, şimpanzelərin insanlar kimi öpüşdükləri bəllidir. Delfinlər bir-birlərinin üzlərini ağızlarının içinə alırlar, canavarlar bir-birlərinin dodaqlarını, itlər isə hətta sahiblərinin üzlərini yalayır. Nəyə eyham vurduğumuzu, yəqin ki, anladınız. Heyvan bu əməliyyatları harda və nə vaxt istəsə icra edir. Eyni ilə cinsi əlaqəyə də girəndə zaman və məkanı hərləmir. Niyə? Çünki heyvandır! Abırı yox, həyası yox! Bəs insan? Yoxsa “O olmasın, bu olsun”dakı Həsən bəyin “İnsan - “senj” ifadəsi günümüzün reallığını əks etdirir?



Yerləşdirilib:30 Mart, 2017  16:51, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 6
Müəllif: Beyinyuma | 30 Mart, 2017  21:29
# Ответить
+1


]]>]]>

Seher axsham ucuz seriallara,dushuk shou pragramlara baxanda bele olacaq da,bu gun bir chox genclerin(hamiya aid deyil) beyni ele yuyulub ki,ictimai neqliyyatda yashli qadinlara yer vermemeyi"muasirlik"hesab edirler,chunki,onlar ideal kimi mugennileri,heyasini itiren artistleri taniyiblar,onlar gorubler ki,20 yanvar gunu qara geyinen aparici,uzagi 3 gun sonra ele chalib oynayir ele bil hemin adam deyil.Bunlari gorub goturubler,indi de kimse namusdan danishanda agiz eyirler.
Müəllif: Beyinyuma | 30 Mart, 2017  21:41
# Ответить
+2


]]>]]>

Men ozum wahid olmuwam ki,bir genc qiz ayaguste gucle dayanan yashli qadina dedi ki,"indi yashlilar cavanlardan saglamdir..." bashga sozler de dedi,hech utanmirdi. Yashlilar ne qeder saglam olsa bele yene de gencden daha zeif olur,ayaglari tez yorulur,onlara komek lazimdir.
Müəllif: Asya | 31 Mart, 2017  15:41
# Ответить
-1


]]>]]>

Ictimaiyyət arasında əlbət ki doğru deyil, heç Avropa , Amerika dedikləri ölkələr belə bunu normal qarşılamırlar. Sadəcə jurnalistin reaksiyası normal olmayıb,ya da normal ifadə etməmişdi. Amma ana-bacı söhbət edənlərin əksəriyyətinin necə və nə olduğunu hamımız bilirik, heç birinin başqasının namusu vecinə də deyil
Müəllif: Nazim | 31 Mart, 2017  17:22
# Ответить
+1


]]>]]>

Səlamun əleykum.Son 25 ildə duşmənlər bizim cəmiyətin əxlaqına elə iyrənc zərbələr vurmadılar ki belə özbaşınalıq arxayinciliq tapsın!Hökümət əxlaq sahəsində təcili və sərt tədbirlərə başlamasa fərdi təpgi ancaq əxlaqlı vətəndaşlarımızı türmələrə yönəldəcək.Cəmiyətimizi tezliklə öz əxlaqına qaytarmaq mutləqdir,əks halda Lutun qövmünün vəziyətinə düşəcək,artıq bu hallar hec kimnən cəkinmədən baş qaldirmaqdadır və reallıqda biz bu arxayincılıqı hətta prospektlərimizdə görürük.
Müəllif: Asyaxanimacavab | 31 Mart, 2017  18:04
# Ответить
+1


]]>]]>

"ana-bacı söhbət edənlərin əksəriyyətinin necə və nə olduğunu hamımız bilirik, heç birinin başqasının namusu vecinə də deyil" haradan bilirsiz?! Taniyirsiz o ekseriyyeti?! jurnalist ne etmeli idi,o heyasin itiren,kuche adamlarinin bawina sigal chekmeli idi?Onda"normal"olardi? bize ne oldu ki,her sheye"yawil iwiq"yandiririq?? ana baci sohbeti edenler ise,en azindan oz namuslarina sahib chixirlar.
Müəllif: Cavab | 31 Mart, 2017  18:20
# Ответить
+1


]]>]]>

Jurnalistin yaninda balaca uwaglari olub,exlaqsizlarin hereketi O ushaglara menevi zerbe vurub,pisixologiyalari zedelene bilerdi,kim verecek bunun hesabin?? Ne haqqlari var camaatin ureyin bulandirmaga?! bunlara tepik azdir,bunlara qamci vurmaq lazimdir,bunlara dar agaci lazimdir! Bu xalq sovetin ateist mektebinden,oz dinini chekdi chixardi,indi 5,6 nefer exlaqsiza"humanist"yanashsaq,dini de,ictimai exlaqi da itire bilerik.Bu torpaq uchun ne qeder wehid qani axib,bunlar rahat yashasin deye o qanlar axdi,bele heyasiz adamlar tekce ana bacilarina yox,o eziz qana da xeyanet edir! Bele adamlari harada gorseniz tupurun uzlerine,en layiqli cavab odur.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com