Növbəti 8 Marta yetişdik. Bəri başdan deyək ki, sonra anlaşılmazlıq olmasın. Ay camaat:
1.Martın 8-i ilə 7-si və ya 9-u arasında heç bir fərq yoxdur.
2. Martın 8-i Azərbaycanın milli bayramı deyil.
3. Martın 8-i dini bayram deyil.
Belə. İndi keçək əsas məsələyə.
***
Hər bir işdə olduğu kimi, bu məsələdə də “orta yolu” təqib etmək daha məqsədəuyğundur. Nə təhrif, nə də ifrata getməliyik. "Qadınlar bayramı" anlayışı da pis şey deyil. Amma qadınları ildə bir dəfə deyil, dəfələrlə yada salaq. Dediyimiz kimi, həddi aşmamaq şərti ilə. Ümumiyyətlə, bu bayramın iki “qəhrəman” qrupu var: bu bayramları bayram olmaqdan, qadın hüquqlarını düşünmək kontekstindən çıxarıb onu istehlak bazarına çevirənlər və hər şeyə dini don geyindirib “olmaz” irəli sürənlər. Birinci qrup üzərində çox da dayanmayaq. Zatən, hər şeyi pulla ölçən kişilər, pullu ər axtarıb sonra da pullu kürəkən arayan qadınlar kifayət qədərdir və onların geniş təqdimata ehtiyacları yoxdur. 8 Mart da onlar üçün növbəti “bazardı”. İkinci qrupa isə bir qədər geniş diqqət yetirək.
***
Bu il yenə “olar-olmaz” məsələsi gündəmə gəldi. Yenə din “təəssübkeşləri”, “üləmalar” “şok açıqlamalarla” milləti əmr bi məruf etməyə çalışırlar: Klara Setkin belə gəldi, Roza Lüksemburq belə getdi, yəhudilərin Purim bayramı ordan çıxdı (yeri gəlmişkən: heç xəbəriniz var ki, yəhudilərin Purim bayramı da müsəlmanların əlamətdar günləri kimi miladi təqvimi ilə hər il ayrı-ayrı tarixlərdə qeyd olunur?) və s. və i.a. “Olmaz”, “bizə yaraşmır”, “haramdır”... Əlbəttə, bu dəfə də göz yumub keçmək olardı, həmişəki kimi. Onsuz da olan olacaq, gələn il də bu ildən fərqlənməyəcək çox guman. Amma hər halda... Bir neçə sual və bir neçə fikir.
***
8 mart gününə qarşı Səlib yürüşü edənlərə üzümü tutub soruşmaq istəyirəm. Qardaşlar, başınıza dönüm, nə vaxtsa anasına, həyat yoldaşına, bacısına, qızına bir dəstə gül uzadıb belə söyləyən eşitmişiniz: “Əzizim! Səni Klara Setkin tərəfindən təməli qoyulan, Roza Lüksemburqun xeyir-dua verdiyi, əslində yəhudilərin Purim bayramı olan, bizim milli-dini dəyərlərimizə zidd, Xanım Zəhranı (ə) unutmağımıza gətirib çıxara biləcək müəmmalı gün münasibəti ilə təbrik edirəm!”? Yəqin ki, eşitməmisiniz. Elə mən də. Dünyanı qoyaq bir kənara, Azərbaycandan danışaq. Sizcə orta statistik Azərbaycan qadınına bu “şok açıqlamalar” çoxmu maraqlıdır? Sizcə martın 8-i ona bir dəstə gül bağışlasaq nə baş verər? Dərhal çevrilib ateist və ya yəhudi olarmı? Sol çiynimizdəki mələk dərhal qeydlərinə başlayarmı? Ya Ərş titrəyər? Ya artıq martın 9-da bu əməlimizə görə sübh namazını qəzaya verəcəyik? Nə?
***
Daha bir maraqlı məqam. Əlində dəryaz ortalıqda dolaşaraq 8 martı qətl etmək istəyənlərin böyük əksəriyyəti kişilərdir. Sizə bir qardaş məsləhəti. Dəryazı qoyun bir kənara. Gedin 1-2 manat verin, bir dəstə nərgizgülü alın. Sonra aparın martın 8-də bağışlayın əzizinizə. Məsələn, həyat yoldaşınıza. Bu zaman söyləniləcək mətnin yüz, min, bəlkə də milyon variantı mövcuddur. Birini yazım, bəlkə lazım olar: “Təqvim bir bəhanədir. Bayram isə gərək insanın qəlbində olsun. Sən Allahın mənə bəxş etdiyi bir nemətsən, əbədi bayramımsan. Subhanallah! Çox sağ ol ki, varsan!”. İnandırıram: heç bir normal qadın bu sözlərdən sonra gül dəstəsini alıb nə başınıza vuracaq, nə də zibilxanaya atacaq. Vallah, vurmayacaq, atmayacaq! Əlbəttə, əgər indiyə qədər əzizinizə heç vaxt gül hədiyyə etməmisinizsə, ona bir əşya kimi baxmısınızsa, onun fikrini heç vaxt dəyərli saymamısınzsa, onunla qulluqçu və kəniziniz kimi davranmısınzsa, o zaman ehtiyatlı olun: 8 mart aksiyası onun bayılması ilə, hətta daha ciddi fəsadlarla nəticələnə bilər. Yox, əgər həyatınızda mütəmadi olaraq belə addımlar atmısınızsa, o zaman martın 8-i də olacaq sıradan bir gün: kişinin Qadına diqqəti və hörmətinin təzahür etdiyi bir gün. Dünən kimi. Bu gün kimi. Sabah kimi. Vəssalam. Bir manata görə özünüzü belə həlak etməyin. Qadınlar sadəcə diqqət tələb edir. Pul və hədiyyə isə ikinci dərəcəlidir.
P.S. Əzizlər! İslamı xortdan cildində camaata təqdim etməyimiz yetər. Hər şeydə, hər bir hadisədə 3-cü və ya 4-cü planda ehtimal etdiyimiz təhlükələrə görə camaatı bezdirməyək, “qırmızı” işarələr aramayaq, İslamdan iyrəndirməyək, tonqalı söndürüb külü ilə oynamayaq. İnanın, sizin yaratdığınız “külək dəyirmanlarını” sizdən başqa heç kim görmür, heç ağlına da gətirmir belə şeyləri. Baxın ətrafınıza. Minlərlə kişi martın 8-də əziz qadınlarına hədiyyə verir, gül dəstəsi bağışlayır. Noolsun? Bakıdakı sinaqoqun qapısında izdiham görürsünüz, ya yüzlərlə qadın “Nizami” metro stansiyası qarşısındakı məlum heykəlin qarşısında çadrasını və ya hicabını açıb? Siz Allah, İslamı qara çalarlara qərq etdiyiniz o əlinizdəki boyanı qoyun bir tərəfə, imkan verin insanlarımız bu dinin gözəlliyini duysun. Lütfən!
"imkan verin insanlarımız bu dinin gözəlliyini duysun." Hami axmaqdir,bir siz agillisiniz?? size bir sualim var,mene butun dunyada bir qeyri muselman olkesi gosterin ki,bizim dini ve ya milli bayramimizi qeyd etsin?! Gostere bilmezsinizse besdirin dindarlari istehza edib,soz atdiniz.Niye teklif etmirsiniz ki,bu saxta,exlaqsiz,bize qetiyyen aid olmayan,ne milli,ne dini olmayan"bayrami"qeyd etmek yerine Xanim Zehranin.e,mubarek movludun qeyd edek,gulu,hediyyeni o zaman alaq,niye bir az dindarlara destek olmursunuz?!
"Gedin 1-2 manat verin, bir dəstə nərgizgülü alın."
Almiram,almayacagam,bu exlaqsiz kokleri olan "bayrami"ne ozum qeyd edeceyem,ne de qeyd etmek isteyenlere de imkan vermeyeceyem,chunki,men Muselman,sizin ne ixtiyariniz var ki,kimese gosterish verirsiz?! Men imkan vermerem menim qizim bu en exlaqsiz gunu"bayram"hesab ederek boyusun,qoy o exlaqin itiren klarani yox,mehz Xanim Zehrani.e.ornek goturerek boyusun.Shexsen men bu bayrama qarwi anti tebligat aparanlarin yanindayam.Lenet olsun klaraya,onun bayramina,8 marta lenet olsun.
(Bu sherhimi de silseniz hech teeccublenmerem.)
Müəllif: Vusal | 7 Mart, 2017 18:15| Ответ на #5146
Bele sherhkerin olacagini, bele zehniyyati olan insanlarin gelib burda "cihad" edeceyi zaten evvelceden belli idi. Teeccublenmedim, qetiyyen. Here oz tutumu qeder dushunceye sahibdir. Fikrinizde qalin, neylemek olar, siz de dini bele anlayirsiniz. Bir de ki, hamini razi salmaq mumkun deyil, bir az İnternetde var-gel edin, eminem ki, sizin fikirleri bolushen birilerini tapacaqsiniz.
" siz de dini bele anlayirsiniz." Yox,men dini anlamiram,kimse anlamir,tek siz anlayirsiz.
Eger dushunursuzse ki,buna etiraz edenler,1-2 manat verib,hediyye almamaq uchun edir,o zaman butun o insanlar haqda sui zenn edib,haqqlarini alirsiz.
8 marti qeyd edenler bunu klara ya da yehudiler ucun etmirlerse bu yad unsurleri qeyd etmeye haqq qazandirir? Niye yad unsurlerden temizlenmeyek? kimse 8 martin esl tasixini arawdirib,teqdim edirse bu sizi niye qiciqlandirir?
“orta yolu” təqib etmək daha məqsədəuyğundur."
Kim deyib bunu? oz fikrinizi niye dine aid edirsiz?
Beli,bizə yaraşmır,yad,uydurma bayramlari qeyd etmek yarashmir,bunu da din “təəssübkeşləri”, “üləmalar” yox,muchtehidler deyir.
Müəllif: Vusal | 7 Mart, 2017 22:03| Ответ на #5149
Sizinlə uzun-uzadı yazışmaq fikrim yoxdur. Mənasızdır. Görünən kəndə nə bələdçi? Mən öz adımı qeyd etmişəm yazının sonunda. Amma Sizin bütün müctəhidlərin adından danışmağa haqqınız yoxdur. Özü də YALAN danışmağa! Zəhmət çəkin, araşdırın, alimlərə iftira atmayın. Əlbəttə ki, müctəhidləri nüfuz sahibi sayırsınızsa. Salam Aleykum
Salamun aleykum.Vüsal qardaşımız məcaza cox yer verdiyiindən dəqiq anlaşılmaması mümkündür və bu səbəbdən Salamın sərt reaksiyası qəbulediləndir.Məcazi olsada Vüsalın "tonqalı sondürüb külü ilə oynamayaq" ifadəsi yazinin ümumi məqsədini əks etdirir.Ateizmdən cıxmış cəmiyətə formalaşmış adətləri birdən birə qadağan etməyin,din və tarixdən az məlumatlı böyük əksəriyət tərəfindən anlaşılmaması və əks effekt verməsi gözləniləndir.Bu səbəbdən bu proses tədricən və mulayim tərzdə həyata kecirilməlidir.Marifləndirmə yenədə marifləndirmə.
Nazim qardash,ele mende o fikirdeyem ki,bunu qeyd eden insanlara sadece teblig aparib,ne milli,ne dini olmayan bayrami qeyd etmeyin menasiz bir ish oldugunu izah etmek lazimdir,demek istediyim sadece budur.
Sadece muellifin dindarlarin tebligatina qarwi bele odlu alovlu,"ozundenrazi"reaksiyasina teessuf edirem.Maraglidir ki, dindarlara nese olanda,mescid sokulende bunlardan ses chixmir,amma bele meselelerde duwurler ortaya
Əziz salam,dindarlara məlumdur ki o cümlədən Vüsal qardaşımızada bəs Mərceyi-təqlidlər öz fətvalarında bu bayrama mənfı rəy bildiriblər,amma bu o demək deyilki şəriəti tək elə bir müddəa ilə icra etmək gərək.Hər bir hökm onlarla və yüzlərlə ucra müddəalarına şaxələnir.Vüsal əlində balta tutub baltalamaq istəyən dindarlara tövsiyə etmək istəyir ki icra edəndədə elə edinizki nə şiş yansın nə kabab,sadəcə niyətivi bayrama yox qadına ehtirama əsasən tut,taki dindən az nəlumatlı cəmiyət Xanım Zəhranın(sə) qadın olaraq məqamını tanıyanısın,cünki coxları ıslamı ən mehriban din bilirlər.
Hörmətli Salam,Vüsal qardaşımız barısindədə hər hənsı bir qənaətə gəlməyə tələsmə,cünki bu saytın baş redaktoru olaraq illərdir sənin və mənim kimi minlərlə müsəlmana xidmət edərək islamda öz mövqeyini ortaya qoymuşdur,yaqinki sənin Vüsalın islam düşmənlərinə qarşı sərt cıxışlarindan xədərin yoxdur,həm daxili həmdə xarici düşmənlərə qarşi mübarizə mövzusundada məqalələri kifayət qədərdir,həyat təcrübəsidə artıq yarim əsri əhatə edər.Bu saytin öz dəsti-xətti var,odaki xəta etmədən cəmiyəti marifləndirib islamı anlatmaq,səbrli və ədalətli olmaq isə biz oxucularin boynunda.Vəssəlamu aleykum və rəhmətullahi və bərəkatu!