POPULYARXƏBƏRLƏR

İmamı da yad edək, mövludu da qeyd edək, amma...

Əvvəlcə, illər öncə baş verən hadisəni nəql edək.

Deməli, samballı bir şirkətə işçi tələb olunur, sürücü. Bu şirkətin rəhbəri də ibadət əhli olduğu üçün din qardaşına üstünlük vermək qərarına gəlir, dostunun məsləhəti ilə sürücünü işə qəbul edir. Allaha şükür edir ki, savab qazandı, dar məqamda dindaşına halal ruzinin yetməsinə vəsilə oldu. Amma bu məmnunluq uzun çəkmir. Sürücü əsl bəlaya çevrilir. Bir gün təcili iş üçün göndərirlər, “itib-batır”, mobil telefonuna zəng çatmır. 1-2 saat gecikmə ilə ofisə gələndə isə vəziyyəti belə izah edir: “Elə siz deyən iş üçün gedirdim, birdən yadıma Kərbəla düşdü. Elə “kak raz” məscidin yanından ötürdüm. Saxladım, girdim məscidə. İki rəkət namaz qıldım, hədiyyə elədim imam Hüseynə (ə). Sonra da dualara başım elə qarışdı ki, bir də gördüm 1 saat keçib. Siz də möminsiniz da, məni başa düşərsiniz”. Sonra dindar sürücü daha bir neçə dəfə təcili iş əsnasında müqəddəs şəxsləri xatırlayaraq təyin olunmuş vaxtdan 1-2 saat gec gəlib çıxır ofisə. Sonra, canım sizə desin, mövlud və şəhadət günləri, müxtəlif ehsanlar və s. Uzun sözün qısası, nəhayət səbir kasası tükənir və sürücünü yola salırlar... Artıq yeni sürücü axtaran şirkət rəhbərinin tələbləri sırasında dindarlıq məhfumu yox idi.

Qeyd etdiyimiz kimi, bu hadisə illər öncə baş verib. Elə bu illər ərzində də dindarlara olan münasibətdə müəyyən dəyişikliklər olub. Əgər əvvəl, məsələn, 10-15 il öncə, dini ayinləri yerinə yetirənləri düzgünlük və dəqiqlik təcəssümü kimi səciyyələndirirdilərsə, indi onlara daha çox ehtiyatla, hətta ikrah hissi ilə yanaşırlar. Bunun da səbəbləri müxtəlifdir, obyektiv və subyektiv.

Yuxarıda qeyd edilən hadisə yeganə deyil, buna bənzər müxtəlif sərgüzəştlərə, yəqin ki, siz də şahidlik etmisiniz. Sözsüz ki, bunlar qaydadan çox istisnadır. Amma bu istisnalar da ümumi mənzərəni korlamağa kifayət edir. Təəssüf ki, bəzi inanclılar din qardaşlarının rəhbərliyi altında çalışanda məsuliyyət hissi ilə bir o qədər də yüklənmirlər. “Əşi, özümüzünküdür, yola verər!” prinsipini rəhbər tutaraq nizam-intizam, subordinasiya tələblərinə məhəl qoymur, onları kobud surətdə pozurlar. Və Allah eləməsin ki, belələrinə bir irad bildirilsin! Nə danışırsınız? Qardaş da belə davranar??? Bir gün isə “böyük qardaşın” səbri tükənir, “kiçik qardaşa” qapını göstərir. Amma “kiçik qardaş” əsla baş verənlərə görə özünü ittiham etmir, əksinə, dünənə qədər “can-ciyər” olan dindaşına nifrin edir, hələ bir Allahı onunla öz aralarında şahid olmağa çağırır.

Bəli, nə qədər acınacaqlı olsa da, belə təfəkkürə sahib dindarlarımız cəmiyyətdə mövcuddur. Halbuki, rəhbərliyin kimliyindən, işin isə hansı sahəni əhatə etməsindən asılı olmayaraq, müsəlman vəzifəsini vicdanla yerinə yetirməlidir, qazandığı ruziyə haram qatmamlıdır. İstər işi ağır olsun, istərsə də yüngül, istər məvacibi çox olsun, istərsə də az.

Günümüzün reallığı budur ki, istənilən işlə təminat artıq Allahın böyük lütfü kimi dəyərləndirilməlidir. Və bu lütfü, bu yaxşılığı Rəbbimiz bizə konkret insanların vasitəsi ilə çatdırır. Bu yerdə imam Səccaddan (ə) bir hədisi xatırlatmaq yerinə düşərdi: “Sənə yaxşılıq edənin  haqqı, ona təşəkkür etməyin, yaxşılığını dilə gətirməyin, onu yaxşılıqla yad etməyin və Allahla özün aranda onun üçün ixlasla dua etməyindir. Əgər belə etsən, gizlində və aşkarda ona təşəkkür etmiş olarsan” (Tuhəful-Uqul, səh.233). Bəli, burda üzərimizə düşən vəzifədən yayınmağımızdan söhbət belə getmir. İmam “haqqı” buyuraraq bir çox mətləblərə aydınlıq gətirir. Haqqı isə qaytarmaq lazımdır. Özü də bu dünyada.

P.S. Yazının əvvəlində qeyd olunanlardan elə anlaşılmamalıdır ki, biz İslamın müqəddəs şəxsiyyətlərinin yad edilməsinə və ya əlamətdar günlərin qeyd olunmasına qarşıyıq. Əsla! Amma, necə deyərlər, hər bir əməl zamanında gözəldir.



Yerləşdirilib:18 Yanvar, 2017  15:16, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 2
Müəllif: Salam | 23 Yanvar, 2017  13:56
# Ответить
0


]]>]]>

Dindarlarda basgalari kimi adi insandir,hami kimi sehv ede bilerler,niye onlardan mukemmel olmagi gozleyirler? "yola salmaq"yerine uygun dille sehvi izah etmek lazimdir. Men raziyam ki,musteheb ibadetlere gore ishe gecikmek olmaz,amma namaz vacib ibadetdir,namaz her halda qilinmalidir,bes neche sahibkar oz ishcilerine namaz qilmaq ucun imkan yaradir?! Hicablilara da prablem yaradir,ish vermirler.Bir az da bunlardan yazin.
Müəllif: Administrator | 23 Yanvar, 2017  16:10 | Ответ на #4936
# Ответить
0


]]>]]>

Zəhmət olmasa yazını bir daha diqqətlə oxuyun. Nəyə görə belə qənaətə gəldiniz ki, o adamı dərhal "yola salıblar"? İlk hal baş verən kimi uzaqlaşdırmayıblar ki adamı... Qeyd etdiyiniz problemlər barədə də dəfələrlə yazılıb
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com