Azərin həsrəti bitməyəcək və ya yüzilliklərin toruna ilişən adam
Bu günlərdə saytların birində Azər Həsrət adlı müəllifin “Mənə nə ərəbin Məhəmmədindən, Hüseynindən?” başlıqlı yazısı yerləşdirilib. Yazır: “Ədliyyə Nazirliyi son beş ildə ölkəmizdə uşaqlara ən çox verilən adların siyahısını açıqlayıb. Azərbaycanda ərəb adları at oynadır! Ən ilk sırada Yusifdir: 19940 uşağa bu ad verilib. Zəhra adını 18935, Hüseyni isə 13726 uşağa pərçimləyiblər. Fatimə 13450, Əli 13425 rəqəmiylə ilk onluqda yer tutur”.
Sonra da müəllif bu məsələni elə təqdim edir ki, sanki bütün bəlaların və problemlərin kökü məhz körpələrimizə verilən adla bağlıdır. Ümumiyyətlə, maraqlı sual gəlir meydana. Ər və arvadın spesifik sahədə birgə fəaliyyəti nəticəsində uşaq dünyaya göz açır. Həm 9 aylıq hamiləlik dövründə, həm də uşağın ta müstəqil olaraq özünə ruzi qazanmaq iqtidarına malik olmasına qədər onun bütün yükü valideynlərinin çiynindədir: geyim, yemək, təhsil, həkim və sair. Bu məsələlərdə kimsə qabağa durub onlara “biz də varıq!” demir. Amma uşağa ad verməyə gəlincə, hamı fikir sahibidir. Ay balam, sizə nə var bu insanlar övladlarına hansı adı verəcəklər? Əsirlərdir dünyaya göz açan uşağa ad verilir. Nə bir problem yaranıb, nə də bir münaqişə yaşanıb. İndi xeyirdimi? Bir də ki, uşaq yetkinlik yaşına çatandan sonra adını öz istəyi ilə dəyişə də bilər. Elə isə valideynlərin işinə müdaxilə haqqı hardan qaynaqlanır?
Müəllif yazıda bir sual da verir ki, ona cavab vermək zəruridir. Adam bilmir, soruşur. Bilməmək ayıb deyil ki!
Deməli, sual: “Müsəlmanlıq bir ümmət kimi bütünləşməkdirsə, onda niyə ərəblər də bizim Türk adlarımıza üstünlük vermir? Qoy onlar da bizim adlarımıza bizim onların adlarına göstərdiyimiz sayğını göstərsinlər, onda deyim, hə.”
Cavab veririk, müəllif müəllim: Azərbaycanlılar da, digər müsəlman xalqları da övladlarına Məhəmməd, Fatimə, Həsən, Hüseyn, Yusif və sair adları onların ərəb mənşəli olduğuna görə vermirlər! Bu adlar peyğəmbərlərin, imamların, İslamın müqəddəs şəxsiyyətlərinin adlarıdır və bu adqoyma prosesində milli mənsubiyyət heç bir rol oynamır. Eyni tendensiya İslam dini yayılmış bütün ölkələrdə müşaidə olunur, ordakı xalqlar da uşaqlarına müqəddəslərimizin adlarını verir. Və yaxud bəh-bəhlə təqdim etdiyiniz Qərb ölkələrinə nəzər salaq. Orda da adların böyük hissəsi Bibliyia və qədim latın mənşəlidir. Amma bu Qərb ölkələrində heç bir əql sahibi xalqını yəhudilərə tabeçilikdə ittiham etmək fikrinə düşmür.
Daha sonra oxuyuruq: “Hələ yüz il öncə də aydınlarımız bu problemi görür və həllinə çalışırdı. Belə anlaşılır ki, ötən yüz il heç nəyi dəyişməyib.” Burda imkan olsaydı, çox geniş təbəssümü əks etdirən, yanında isə yuxarı qaldırılmış baş barmaq smayliki yerləşdirərdim. Müəllif məllim! Əvvəla, bu problem deyil. İkincisi isə, 14 əsirlik ənənəni xalqa tərgitdirmək olmaz. İslam, peyğəmbər, Əhli-beyt məhəbbəti artıq DNT səviyyəsindədir bu camaatda. Aydın yox e, lap projektor olsun, xalq seçimini edib. Nə ötən yüz il heç nə dəyişməyib, nə də gələcək yüzilliklər heç nə dəyişməyəcək. Zatən, bunu dəyişmək istəyən heç yoxdur da.
Müəllif tarixi ekskursunu davam etdirir: “Böyük Üzeyir Hacıbəyli nə deyirdi?... bizim bir nəfərimizdən sor ki, “sən kimsən?” Deyər müsəlmanam.
– Hansı millətdənsən?
– Müsəlman millətindən.
– Nə dinindəsən?
– Müsəlman dinindən.
– Nə dili danışırsan?
– Müsəlman dili.”
Əvvəla, müəllif müəllim, böyük Üzeyirin adının mənşəyi haqqında düşünməyinə dəyər. Elə onun ömür-gün yoldaşı Məleykə xanımın da adı maraq dairəmizə düşür. İkincisi isə, müəllif müəllim, hazırda heç bir Azərbaycan vətəndaşı öz millətini “müsəlman” olaraq tanıtmır. Elə dilini də. Ola bilər Üzeyir bəyin yaşadığı dönəmdə belə hallara rast gəlinib. Amma indi başqa zamandır. Yüz il əvvəldə ilişib qalmağına dəyməz, müasirləşin bir az...
Sonda isə qeyd edək ki, dilimizdə ərəb, fars, digər mənşəli çox sayda alınma sözlər var. Hətta alınma sözləri müəyyən etmək üçün 15 qayda da mövcuddur. Bu alınma sözləri dilimizdən xaric etsək, gərək nəsə yeni bir ünsiyyət üsulu tapaq. Məsələn, esperantoya müraciət edək və yaxud latın dilini bərpa edək. Dilimizdən “mədəniyyət”, “ailə”, “ünsiyyət”, “səadət”, “inam” və digər minlərlə dəyərli sözü isə silib ataq. Bu da ki, ən azından gülməlidir. Lap elə müəllif müəllimin irəli sürdüyü “nəzəriyyə” kimi...
P.S. Müəllif müəllimin tam adı Həsrət Azər Hacıqulu oğludur. Azər - fars mənşəli sözdür, oda xidmət göstərən mələk deməkdir. Ya da, bu ürəyə yatmırsa, İranda günəş təqvimində ilin 9-cu ayı.
Həsrət - ərəb mənşəli sözdür.
Hacıqulu barədə isə çox dərin mənalı bir sükuta qərq olaq. Sadəcə bu söz birləşməsi, “hacı” sözünün mənası, hardan qaynaqlanması barədə düşünək, düşünək, düşünək...
P.P.S. Hər kəs öz işi ilə, gücü çatdığı iş ilə məşğul olsa daha yaxşıdır. Yoxsa ki, durub bütöv bir xalqı qınamaq, əsirlərin süzgəcindən keçən ənənəsinə dil uzatmaq, hər ailənin daxili işinə müdaxilə etmək... Yəni doğurdan işsizlik və bekarçılıq bu dərəcədədir?
Tam eminlikle deyirem,bu adamlar zerre qeder de veteni,milleti,turkleri dushunmur,muharibe olsa belke Erebistana qeder qacharlar,bunlarin derdi oz qarinlaridir,nese bir yolla pul qazanmaq lazimdir,baxirlar ki,ellerinden hech ne gelmir,tek chare ozlerine"yazar"adi qoyub,insanlarin hessas oldugu meseleler haqda axmaq cizma qara etmek,axi bashga ne haqda yaza bilerler?hemin meqaleleri veren saytlarin Azerbaycana ve turkchuluye xidmet etmediyini dushuncesi olan her kes bilir,bununla hem 5,10 manat pul alirlar,hem de etraflarina ozleri kimi beyinsizleri yigirlar.Bunlar veten xainleridir,emin olun ki,o ushaglara Huseyn,Zehra adi yerine hitler,marks,rihanna,ceyms adlari qoyulsaydi bunlardan qetiyyen ses chixmazdi,chunki,mehz Huseynler,Zehralar onlara tehluke yarada biler,onlarin"choreyine"bais ola biler.
Müəllif: 23fmdv | 14 Dekabr, 2016 04:50| Ответ на #4785
Beli qardash, insanlarin hessas oldugu movzularda yazirlarki nese ses kuy salib taninsilar.. ferqi yoxdur yaxshi menada ve ya pis menada taninmaqlarinin esas taninsinlar.
Adə azər sən nə gundəsən,hec özundə biımədən öz adıvada qənim cıxmısanki adə,Azərilər sənın bu sacmalamağıva görə xəcalət cəkdi axı adə,sacmaıama adə azər,kəndivə gəl,bəlkə kecdiıər sənın bu həsrətindən ay adından bixəbər olub başqalarina ad qoymaq istəyən azərxəbər!
Bu adam konkret cındırdı. Əvvəl müxalifətdə idi, asıb-kəsirdi, xoruzlanırdı. Sonra təpəsinə bir yumruq dəydi, valı dəyişdi, başladı girənliyə. Simasız şərəfsizin biridi da