POPULYARXƏBƏRLƏR

Şəhvət: cini şüşədən buraxandan sonra...

Bir müddət öncə bütün dünya Türkiyədə baş verən vəhşi cinayətdən lərzəyə gəldi. Özgecan Aslan adlı qız təcavüzə məruz qaldıqdan sonra qətlə yetirildi, sonra isə cəsədi yandırıldı. Buna qədər də istər dünyada, istərsə də Azərbaycanda cinsi zəmində normal insan psixikasına sığmayan cinayətlər baş verib. Belə barbarlıqların sabah da təkrarlanmayacağına isə heç kim zəmanət verə bilməz. Statistik rəqəmlər sözügedən cinayətlərin artım tendensiyasından xəbər verir. Axı niyə? Nə baş verir? Dünya, bəşəriyyət harda səhv etdi ki, belə bir murdarlığ günbəgün çoxalır? Xüsusən də Azərbaycanımızda belə vəhşiliklərin yayılması narahat edir və həyəcan təbili çalmağa vadar edir.

Məsələnin kökünə varid olmaq istəsək qeyd etməliyik ki, əslində cəmiyyət səpdiyi toxumların meyvələrini dərməkdədir. Sirr deyil ki, şəhvət hissi insan varlığının tərkib hissəsidir. Bəzən dini kitablarda bu hissi “heyvani” kimi də dəyərləndirirlər. İnsan üçün bu hissi nəzarətdə saxlamaq, Allahın buyruqlarına uyğun olaraq idarə etməsi onun axirətdəki aqibəti ilə birbaşa əlaqəlidir. Heç kim də inkar edə bilməz: bu hiss Allahın bəndələri üçün bu dünyada təyin etdiyi ən ciddi imtahanlardan biridir. Quranın “Yusif” surəsində Allah buyurur: “Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyl edərdi.” (ayə 24). Fikir verin, söhbət peyğəmbərliyə seçilmiş bəşərdən gedir. Özü də Quranda şəninə onlarla ayə, bir surə nazil olmuş bəşər haqqında. Və məhz onun haqqında buyurulur: “Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyl edərdi”. Deməli, şəhvət həqiqətən də ciddi sınaq, nəzarətdən çıxdıqda isə Şeytanın ən təsirli silahlarından biridir. Deməli, bu təhlükəli hisslə oynamaq olmaz. Deməli, onun daim cin şüşədən çıxan kimi qəfildən meydana gələrək aləmi bir-birinə vurma keyfiyyətini unutmaq olmaz. Bəs əslində nə baş verir?

Əslində isə gənclərimiz gündəlik həyatlarında hər an şəhvətləri saxlanılan şüşənin ağzını açmağa dəvət olunurlar. Dəvətlər isə müxtəlifdir: ətək parodiyasına bənzəyən parçanın altından uzanan cəzb edən ayaqlar, sosial şəbəkələrdə paylaşılan foto və videolar, hətta xəbər portallarında rast gəlinən erotik reklamlar. TV kanallarımız da buna öz töhfəsini verir.

Biz bəzən Qərbi əlimizdə bayraq edərək əslində Qərbdə olmayan hoqqaları çıxarırıq. Yeri gəldi-gəlmədi “Amerikada belədir” deyib hansısa biabırçılığa don geyindirməyə çalışırıq. Amma axı Amerikada heç də elə deyil! Məsələn, ABŞ-da mini-ətəklə küçələrdə dolaşanlara çox az rast gəlmək olar. Rast gələndə də cəmiyyət bilir ki, bunlar nə yolun yolçusudurlar. Yaxud 16 yaşa çatmayan yeniyetmə qız və oğlan birgə küçədə əl-ələ tutaraq gəzərsə mütləq polisin diqqətini cəlb edəcək. Onları polis məntəqəsinə aparacaqlar, valideynləri dəvət olunacaq və s. Eyni zamanda axşam saatlarında küçədə dolaşan cütlük də polislər tərəfindən saxlanılacaq, qadından hansısa təcavüzə məruz qalıb-qalmaması və ya arzu olunmayan tanışlığa cəlb edilib-edilmədiyi öyrəniləcək. Ümumi yayımda olan TV kanallarında isə erotik səhnələrə qadağa qoyulub. Belə “həssas” görüntüləri ya ancaq gecə saatlarında, ya da xüsusi kabel TV-lərdə izləmək olar. Amerikanı tərifləmək fikrindən uzağıq. Sadəcə qeyd etmək istədik ki, əslində çox vaxt istinad edilən dəyərlər heç də təqdim edilən kimi deyil.

Bir sözlə, mövzumuza qayıdaraq deməliyik ki, əslində cəmiyyətdə baş qaldıran cinsi zorakılığın əsl səbəbkarı elə cəmiyyət özüdür. Bu gün verilişinə yarımçılpaq estrada “ulduzunu” dəvət edən aparıcı onun verilişinə baxaraq cuşa gələn birisinin, butulkadan çıxan cinə məğlub olaraq gözləri qızmış halda küçəyə atlanaraq elə aparıcının qızını zorlamasına nəzəri cəhətdən hazır olmalıdır. Heç kimdən də deyil, özündən inciməlidir. Çünki o şüşənin qapağını qaldıran elə özü olub. Anlamaq lazımdır ki, bu cəmiyyəti biz hamımız formalaşdırırıq. Və hamımız da bunun bəhrəsini görəcəyik, meyvələrini dərəcəyik: istər bu meyvələr çürük olsun, istərsə də sağlam. Əlbəttə ki, biz demirik ki bu gün küçəyə çıxan hər kəs manyak dəstələrin təcavüzünə məruz qalmaq təhlükəsi ilə üz-üzədir. Allaha şükür ki, hələ bu mərhələyə gəlib yetişməmişik. Amma məgər dərəyə yuvarlanandan sonra tədbir görülməlidir? Ayaq saxlayıb dərəyə tərəf irəliləməkdən vaz keçmək daha yaxşı olmazmı?

Allah insanları şəhvəti ilə sınağa çəkir, Özü də buyurur ki, bu çox ağır sınağdır. İnsanlar imtahan meydanındadırlar. Bu imtahanı bir qədər də qəlizləşdirmək, imtahanın şərtlərini dözülməz etmək kimin maraqlarına xidmət edir? Axı özümüz oturduğumuz qayığı niyə öz əllərimizlə odlara qərq edək?

islam.az


Yerləşdirilib:5 Mart, 2015  18:31, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: Sahib | 6 Mart, 2015  09:02
# Ответить
+1


]]>]]>

Düzdür,sizinlə tamamilə razıyam.İnsan elə bir varlıqdır ki,istəsə Allahın dərgahında mələkdən yüksək məqamlara ucala,istəsə şəhvət hissi ilə heyvandan aşağı səviyyəyə düşə bilər
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com