POPULYARXƏBƏRLƏR

İslam və “Arvad mənim süpürgəmdi!” tezisi

Dindar ailələrdə boşanma probleminə, daha doğrusu isə ailələrin dağılmasına gətirib çıxaran bir səbəbə nəzər salmaq istərdim. Bu da bəzi kişilərin “qadın ərinə itaət etməlidir” tezisini düzgün anlamaması, özlərinə, bəzən isə ətrafdakılara sərf edən kimi yozmalarıdır.

İslamda qadının ərinə itaət məsələsi Quranda təsbit edilib: “Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar.” (Nisa, 34).

Təəssüf ki, bəzən ailə quran gənclər bu ayəni oxuyub evlərinə ömür-gün yoldaşı, sirdaş, dar gündə dayaq deyil, bazardan qul alıb gətirdiklərini düşünürlər. Buna da səbəb onların “itaət” sözünü səhv anlamalarından irəli gəlir. Əslində isə, şəriətə görə, qadınların ərlərinə 2 məsələdə sözsüz itaətləri vacibdir: cinsi tələbatın ödənməsi və evdən kənara çıxmaq. Digər məsələlərdə qadınlar da ailədə söz sahibi olmalı, alternativ fikir söyləmək hüququna malikdirlər. Kişinin yumruğu masaya çırpıb “Zülümov dedi, qurtardı!” davranışı da qəbul edilə bilməz. Burda “milli mentalitetimiz” bəhanəsi də keçərli deyil. Hansı mentallıq Allahın buyurduğunu geridə qoya bilər ki? Bəli, əsirlər boyu, elə indi də Azərbaycan ailələrinin konkret düzəni, qaydaları var. Müəyyən fərqliliklər ola bilər, ancaq əsas müddəalar eynidir. Bu da zorakılıqdan, qorxudan, sərt davranışdan, kobud fiziki qüvvənin tətbiqindən irəli gəlmir. Əksinə, tərəflərin qarşılıqlı hörmət və anlaşıqlığı üzərində təşəkkül tapır. Dindar ailələr üçün isə ən böyük örnək Həzrət Əli (ə) və Xanım Zəhranın (s.ə.) ittifaqıdır. Hər bir ər həyat yoldaşı ilə davranışlarına məhz bu İlhai cütlük standartları ilə yanaşmalıdır. Tam o səmimiyyəti, məhəbbəti, mülayimliyi, fədakarlığı əldə edə bilməsə də, heç olmasa bu zirvələrə can atsınlar. Mərhum Nəzibə Zeynalovanın səhnə qəhrəmanının ifadəsini bir qədər dəyişdirərək “arvad mənim süpürgəmdi, hara qoysam orda da qalmalıdı” şüarını öz həyat kredosu edən kişilər nəinki qarşı tərəfi, özlərini də bədbəxt edirlər. Belə hörmətsizliyə, kobudluğa, qabalığa dözüb uşaqlarınamı, valideynlərinəmi, ya Allahamı xatir ailələrini dağıtmayan qadınlarımız, təəssüf ki, kifayət qədərdir. Onlara biçilən “qabyuyan”, “yeməkbişirən”, “dayə”, “tozsoran” və s. bu kimi funksiyalarla barışıblar. Amma əslində belə olmamalıdır. Onlar bu işləri görürlərsə də, ən azından qarşı tərəfin anlaşıqlı davranışını da haqq ediblər. Ərlər yuxarıda qeyd etdiyimiz ayəni əllərində bayraq edib həyat yoldaşlarının güzaranını zəhərə döndərməməlidirlər, ən azından bu ayəni də hərdən tilavət etməlidirlər: “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir” (Rum, 21).

Bəli, sevgi və mərhəmət. Quranın bir ayəsini qəbul edib “ləbbeyk” deyən, digərinə isə arxa çevirənin İslamda konkret tərifi mövcuddur ki, bu yazıda onu qeyd etmək istəməzdik. Kişilər onların tərli paltarlarını, “ətirli” corablarını yuyan, qarşılarına yemək gətirən, soyadlarını fəxrlə verdikləri övladlarına tam təmannasız qulluq edən varlıqlara layiq olduqları dəyəri verməlidirlər, onlara “sevgi və mərhəmət” bəxş etməlidirlər. Əks təqdirdə Allahın Quranda aşkar ayəsinə etinasızlıqlarına görə elə Quranın Sahibinə cavab verməli olacaqlar.

islam.az


Yerləşdirilib:29 Sentyabr, 2014  19:16, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: Aytan | 9 Oktyabr, 2014  09:47
# Ответить
+2


]]>]]>

ALLAH sizdən razı olsun. kaş adını "dindar" qoyan bəziləri də sizin kimi düşünərdi, Allahın əslində nəyi nəzərdə tutduğunu, qadını kişiyə robot deyil, yoldaş və əmanət olaraq göndərdiyini, qadını da əslində bir insan kimi yaratdığını, müəyyən hisslər, duyğular bəxş etdiyini nəhayət ki, dərk edərdilər. Allah hamımızı hidayət eləsin.

Allah sizin daim yar və yardımçınız olsun.
Amin in şə Allah.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com