POPULYARXƏBƏRLƏR

Ağlınızla ehtiyatlı davranın!

Təqribən 20 il əvvəl şahidi olduğum hadisədir. Böyüklərin ayaqqabılarını çəkmə yağı ilə abıra mindirmələrini dəfələrlə izləyən 4-5 yaşlı uşaq təfəkkür edir, ağlını işə salır. Düşünür ki, valideynlərinə sürpriz eləsin. Hamının gözündən yayınıb özünü verir dəhlizə, çəkmə yağını götürüb başlayır işə. Bir azdan isə çalışmaların nəticəsi hasil olur: ailənin sərəncamında olan müxtəlif rəngli ayaqqabılar qara çəkmə yağı ilə boyanır. Özü də hər tərəfləri: içi də, çölü də, altı da. İndi isə keçək mətləbə.

Quranda Allah dəfələrlə bəndələrini düşünməyə, təfəkkür etməyə çağırır. Allaha iman gətirənlərin 3 qrupa bölünməsi və bunların hansının daha üstün olması haqqında hədis bəllidir, onu burda təkrarlamağa ehtiyac duymuram. Yəni Allah da düşünən qul, təfəkkür edən bəndəni çox sevir, yaratdığını belə görmək istəyir. Bəndə də gərək düşünsün, vəzifəsini layiqincə yerinə yetirsin. Kor-koranə təqlid, “mənə nə var, Qiyamətdə müctəhidim cavab verəcək, onluqdu” prinsipi qəbuledilməzdir. Müctəhid öz funksiyaları ilə yüklənib, onlara hər zaman ehtiyacımız da var, istər 100 il əvvəl olsun, istərsə də indi. Amma bu o demək deyil ki, həyatımızın sükanını kiməsə həvalə edib məsuliyyətdən yayınmalıyıq. Əgər Qiyamətdə müctəhid bizim yerimizə cavab verəcəksə, o zaman bizim yaradılışımızın mənası, imtahanımızın məğzi nə idi? Bir sözlə, düşünmək, təfəkkür etmək, idman terminləri ilə fikrimizi ifadə etsək, ağılı daim formada saxlamaq gözəldi, bəyənilir və ən yüksək dərəcədə təqdir edilir. Amma...

Allah-taala bütün insanlara beyin adlı orqan bəxş etsə də, onların ağıl səviyyəsi, təfəkkür qabiliyyəti tam fərqlidir. Başına ağacdan alma düşəndə bu ağacı məhz bu yerdə əkən bağbanın əsil-nəcabətini ən murdar sözlərlə yada salanlarla yanaşı, alma zərbəsindən sonra kainatda qravitasiya qanununun mövcudluğunu ixtira edənlər də olub. Hər iki nümunədə də ağıl öz sözünü deyib. Asimana baxıb bütün ulduzların statik vəziyyətdə olan Yerin ətrafında fırlandığını ehkam halına gətirənlərlə yanaşı məhz Yaşıl Kürəmizin Günəş ətrafında fırlandığını söyləyənlər, bu həqiqətə görə tonqalda yandırılanlar da olub. Misallar çoxdur. Sözümün “mustafası” isə belədir: ağıla da çox bel bağlamaq olmaz. Dünyada özünə ağılsız deyən insanları sadalamaq üçün yəqin ki, bir əlin barmaqları kifayət edər, bəlkə də çox olar. Hamı öz ağlından razıdır və bədəninin zirvəsində yerləşən kiçik həcmli kürəciyin daxilindəki mayenin funksiyalarını ən optimal tərzdə yerinə yetirdiyinə əmindir. Bəli, düşünmək, ağıla güvənmək yaxşı xislətdir. Ancaq bəzən bu güvəndiyimiz dağlara da şeytan qar yağdıra bilər. Bəşər tarixində belə misallar onlarla, yüzlərlədir. Biz də yaddaşımızı dirildək.

İslam məzhəblərindən söhbət düşdükdə mütləq zeydilər da xatırlanır. Bəs kimdir bu zeydilər və bu cərəyanın ilk ardıcılları kim olub? Əlbəttə, indi ilk ardıcıllar haqqında sərəncamımızda olan sənədlərə əsasən bir neçə fikir yürüdə bilərik ki, onların sırasına tam məsuliyyətlə bunu da əlavə etmək haqqımızdır: onlar ağıllarına güvənən, düşünməyi sevən, həyatda çox sual verməyi və bu suallara da öz ağılları ilə cavab verməyi xoşlayan insanlar idi. Məhz təfəkkür edərək onlar belə qənaətə gəldilər ki, İmam Zeynülabidindən (ə) sonra imamət zəncirinin davamçısı İmam Baqir (ə) yox, 4-cü imamın digər oğlu – Zeyddir. Bu iddiaların adicə şıltaqlıq, başdansovdalıq, sadəlöhvlük, nəfsə uymaq olduğunu söyləmək düzgün deyil. Çünki onlar düşünür, ağıllarını işə salır və qənaətlərini də əsaslandırırdılar: zalım hakimə qarşı silahlı mübarizə aparmayandan imam ola bilməz! Tarix bu təfəkkürün, bu düşüncənin, bu ağılın nə kimi meyvələr yetişdirdiyini bizə əyani surətdə çatdırır. Bu düşüncə səhv, məzhəb isə batildir, bəlli məsələdir. Amma bununla belə inkar etmək olmaz ki, o batil əqidəyə uyanlar ağıllarının gudazına getdilər.

Bir sözlə, ağılı işə salmaq, həyatda qarşımıza çıxan imtahanları və sınaqları ağıl meyarı ilə dəyərləndirmək əla və bəyəniləndir. Amma eyni zamanda ağılımzla çox ehtiyatlı olmalıyıq, onun yüyənini əlimizdə möhkəm saxlamalı, şeytana təhvil verməməliyik. Heç vaxt unutmamalıyıq ki, planetdə hazırda bizdən ağıllı ən azından bir nəfər yaşamaqdadır. Ən azından. Elə digərləri də bizimlə ağıl yarışına girməyə hazırdırlar, “ağ bayraq” qaldırmaq fikrindən də uzaqdırlar. Heç vaxt unutmamalıyıq ki, bəzən bizim ağıl və düşüncə səviyyəmizin fövqündə olan məsələlər var, proseslər cərəyan edir. Əgər biz Həzrət Xızırı (ə) reallıq kimi qəbul ediriksə, nə xoş halımıza. Amma unutmayaq ki, bir insanın min illərlə yaşamaq iqtidarında olmasını AĞILLARI ilə inkar edənlər də kifayət qədərdir. Və belə məsələlər çoxdur.

Bütün bu yazılanların nəticəsi isə belədir. Kor-koranə təqlid qəbuledilməzdir və İslam ruhiyyəsinə də ziddir. Amma hər şeyi yalnız və yalnız öz ağlının öhdəsinə buraxmaq da, bir növ elə kor-koranə təqlidə bənzəyir. Bəziləri müctəhidi, bəziləri isə öz ağıllarını, beyinlərini bütləşdirirlər. Hər ikisi də səhvdir. “Qızıl orta” ən optimal və düzgünüdür.

P.S. Yazının əvvəlində ev əhlinin ayaqqabılarını “qara günə” salan uşaq da mövzuya dair bir misal idi. Allah bizi ağlımızın və elmimizin bəlasından qorusun ki, özümüzün və ətrafdakıların həyatını “qaraya boyamayaq”.



Yerləşdirilib:22 İyul, 2014  14:31, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 2
Müəllif: Salam | 22 İyul, 2014  10:55
# Ответить
+2


]]>]]>

Allah razi olsun
Insan muchtehid sechende de gerek duwunsun,en adil ve en elmli bildiyine teqlid etsin,teqlid ise onsuzda yalniz fiqhi meselelerde olur,fiqhi meseleleri insan özu arawdirmaga bawlasa ki,muchtehid namazi,orucu neye gore bele deyib,sebeb nedir ve s...bu mumkun deyil,bunun uchun chox yuksek elm lazimdir,muchtehidlerde butun heyatlarin mehz o elme serf etmiw insanlardir,odur ki,muchtehidi butlewdirmek duz deyil,amma fiqhi meselelere adi insanlarin qariwib,"hokm"chixarmasi da esla dogru deyil.
Müəllif: Aran | 25 İyul, 2014  14:48
# Ответить
0


]]>]]>

Yaziya gore tesekkur. Amma... Muctehidin bizim yerimize cavab vermesi iddiasinda heqiqet var. Amma bu cavabdehlik yalniz seriet meselelerine aiddir. O yerde ki dusunce isleyir insan mesuliyyet dasiyir. Ele meseleler var ki, onlar barede dusunmek yox, arasdirma, ictihad lazimdir. Meqalenizin esas qayesi ile tam raziyam.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com