POPULYARXƏBƏRLƏR

İrfanın it müəmması...

İlahiyyatçı deyiləm. 1-2 hədis eşitmişəm, 3-4 moizə dinləmişəm, 5-6 dindar dostum var. İrfan aləmi ilə tanış deyiləm. Alimlik, zahidlik, abidlik iddialarım, başımda əmmaməm, cibimdə isə təsbehim yoxdur. Bunu əvvəlcədən yazdım ki, sonda “alimdən çox bilirsən?” kimi gülünc suallar verməyi sevənlər üçün yeni “yaradıcılıq perspektivləri” açılsın. İndi isə keçək mətləbə.

Məsələ bəlkə də şişirdirilmiş, yaxud uzadılmış kimi də görünə bilər. Amma bu mövzuya qayıtmamaq da olmur. Kimsə çıxıb “mən Zeynəbin itiyəm” deyəndə böyük əksəriyyətin onu qınayacağını düşünmək olardı. Ancaq məddahın özünü dördayaqlı kimi Kərbəla şahidinin “xidmətinə verməsinə” qəfildən gözlənilməz tərzdə don geyindirənlər də oldu. “Arqumentlər” belə idi: “Siz Aşiq deyilsin, o isə Aşiqdi”, “İt – irfani anlayışdı, sizin irfandan xəbəriniz yoxdur”, “Böyük alimlərimiz də özlərini Əhli-Beytin itinə bənzədiblər”. Yazının əvvəlində qeyd edilənləri bir daha xatırladaraq, ərz etmək şərəfinə nail olmaq istərdim.

Eşitmişəm ki, insan Allahın şah əsəridir. Quranda da Tanrı bəndələrinə dəfələrlə xitab edir, özü də müxtəlif tərzlərdə. Amma onların içində, mən biləni, əstəğfrullah, nə “Ey mənim sadiq itlərim”, nə də buna bənzəri yoxdur. Allah Ana Kitabımızda bizimlə o qədər hörmət və izzətlə danışır ki, bəzi ayələri oxuyanda hətta utanc hissi keçirirsən, düşünürsən: “Axı O KİM, mən kim?”. İndi Allahın bizə bu qədər dəyər verdiyi halda təkidlə özümüzü dördayaqlı kimi qələmə vermək?.. Bu bir.

İkincisi. Eşitmişəm ki, it murdar heyvandır. İnsan nəcasəti dəyən əşyanı 3 dəfə paklamalıyıqsa, itin ağzı dəyənlər haqqında bu göstəriş 7-yə qədər artır. İndi irfana yetişənlər bu məxluqu necə paklayıblar – o qaranlıq qalır. Əgər Əhli-Beytə (ə) sevgi alçalmaq dərəcəsi ilə ölçülürsə, o zaman İslam şəriətində, eşitdiyimə görə, daha alçağı və murdarı var – donuz. Bəlkə bu heyvanın da irfan aləmində bir müqəddəs və yüksək qarşılığı var? Mən eşitməmişəm. Amma eşidənlər varsa, nə əcəb indiyə kimi Əhli-Beytə (ə) məhəbbətlərini belə yüksək dərəcədə izhar etməyiblər?

Üçüncüsü. İstər özlərini itə, istər pişiyə, istərsə də kərgədana bənzətsinlər, mən heç vaxt inanmayacam ki, bu “irfana yetişənlər” Əhli-Beyti (ə) Əbazərdən, Əmmardan, Miqdaddan, Salmandan, Malik Əştərdən,  Zürarə ibn Əyandan, Əbasətdən və digər məşhur İslam fədailərindən çox sevsinlər. Adları çəkilənlərin və onlarla bir sırada dayananların nə vaxtsa özlərini itə bənzətmələrini mən eşitməmişəm. Maksimum “sənə canım fəda olsun” deyiblər. Deyiblər, əksərən də ediblər. İndi siz demək istəyirsiniz ki, onlar aşiq olmayıblar?  Yaxud irfanda onlara dərs vermək niyyətindəsiniz?

Dördüncü. Tutaq ki, siz haqlı, biz isə səhvik. Bir anlıq bunu təsəvvür edək. Eşitdiyimə görə, hər bir müsəlmanın əmr be məruf kimi vəzifəsi var. Sizcə XXI əsrin müasir texnologiyalarından istifadə edən, Qərb filosoflarının əsərlərini elə orijinalın dilində oxuyan, insan azadlığı və insani dəyərlər haqqında düşüncələrə qərq olan gənci it olmaq perspektivi ilə İslama gətirmək, ona İslamı sevdirmək mümkündürmü? Özü də bu it olmaq perspektivi təkamül və inkişafın ən yüksək zirvəsi kimi təqdim olunursa?

Beşincisi, altıncısı, yeddincisi... Bunlar da ola bilərdi. Amma eşitdiyimə görə, əqli olanlara bir işarə də kifayətdir.

P.S. Eşitdiyimə görə bir çox dindarlar tez-tez eyni sualla həm özlərinə, həm də din qardaşlarına müraciət edirlər: “Axı Ağa (ə) niyə zühur eləmir?”. Müxtəlif səbəblər göstərilir, fərziyyələr irəli sürülür, ehtimallar səsləndirilir. İlahiyyatçı və alim olmayaraq, irfana yetişməyən biri kimi mən də öz variantımı deyim. Zamanın sahibi ona dəstək olacaq əsl silahdaşlarını gözləyir. O Zata kiminsə üzərinə qısqırtmaq üçün “it”, “pişik”, “kərgədan” deyil, mübarizəsinə təfəkkür və düşüncə əsasında qatılacaq İNSANLAR, ADAMLAR lazımdı. Hələliksə, əfsuslar olsun...

P.P.S. Mən inanıram ki, tənqid etdiyim fikirləri söyləyənlər öz aləmlərində eşq yaşaya bilər. Bəlkə də onlar bu üsulla öz sadiqliklərini nümayiş etdirmək istəyirlər. Məqsədim nə onları, nə də bu eşqi aşağılamaq deyil. Bu yazımı təhqir kimi qəbul edib incimələrini istəməzdim. Onlar da mənim müsəlman qardaşlarımdı. Məqsəd sadəcə reallığı və belə hərəkətlərin nəticələrini göstərmək idi.

 

Vüsal Əliyev



Yerləşdirilib:9 İyun, 2014  18:08, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 22
Müəllif: Muslim | 10 İyun, 2014  03:53
# Ответить
-1


]]>]]>

Amma nəzərə alaq ki, İslam tarixində bu kimi hallar çox olub. Hətta bəzi padşahlar özlərinə "kəlbi-asitani-Əli", "kəlbi-asitani-Hüseyn" kimi ləqəblər də götürüblər. Bəzilərinin möhründə də bu sözlər olub. Bunlar sədaqətdən doğan sözlərdir. Hər nə qədər kimlərinsə xoşuna gəlməsə də, amma bunu yaxşı mənada, hüsni-zənn ilə qəbul edək. Onsuz da vəhhabi tipli insanlara nə desən, qəbul etməyəcəklər.
Müəllif: Muslim | 10 İyun, 2014  03:54
# Ответить
-1


]]>]]>

Əldə olan sübutlara müraciət etmək lazımdır. Müəllifin məntiqi düşüncələrindən başqa bir sübutu varsa, təqdim etsin. Qarşı tərəfin Quran, hədis, alimlərin təcrübəsi sahəsində sübutları var. Onları rədd edə bilsəniz, sizinlə razılaşmaq olar. Mənbələri oxuyun, sonra hökm verin!
Müəllif: Bende | 10 İyun, 2014  08:03
# Ответить
+1


]]>]]>

Muslim, yazırsınız: "Qarşı tərəfin Quran, hədis, alimlərin təcrübəsi sahəsində sübutları var". Hədis və alimlələ işimiz yox. Çünki Quranı qeyd etmisiniz. Quran olan yerdə hədis və alimlər keçir arxa plana. Zəhmət olmasa Qurandan bir sübut gətirin. Biz də maariflənək.
Müəllif: Muslim | 11 İyun, 2014  00:09 | Ответ на #2868
# Ответить
+1


]]>]]>

Əziz Bəndə!
Siz Quranı hədissiz və alimsiz başa düşmək səviyyəsinə çatmısınızsa, daha sizinlə mübahisə edə bilmərəm.
Amma yenə də deyim. Məsələn, Əshabi-kəhfin iti. İt murdardır, amma Əshabi-kəhfin xoş aqibətini bölüşməyə də layiqdir.
Və ya uzunqulaq - xoşəgəlməz heyvandır. Amma Quranda Allah Həzrət Üzeyirə eşşək ölüsü ilə məad dərsi verir.
Müəllif: Muslim | 11 İyun, 2014  00:16 | Ответ на #2887
# Ответить
0


]]>]]>

Hər şeyin Quranla, hədislə, alimlərin davranışı ilə, müctəhid rəyi ilə, məntiqlə, lap şeirlə sübutu "“İti” dəstəkləyənlərdən cavab gəldi" yazısında verilib. Buyurun, oxuyun.
Müəllif: Bende | 12 İyun, 2014  12:37 | Ответ на #2887
# Ответить
0


]]>]]>

O boyda Peyğəmbəri qoyub eşşəyindən ibrət alırsınızsa, daha sözüm yoxdu. Maraqlıdı, bəs niyə özünüzü Hz. Mühəmmdəin (s) atına, palasına, ayaqqabısına bənzərtmirsiniz? Yəni ulaq və it daha dəyərlidi? )))
Müəllif: Ilkin | 10 İyun, 2014  08:53
# Ответить
0


]]>]]>

Salam.Men movzunu oxumaga bawlayanda cox xowuma geldi.Amma axira catanda neyinse catiwmadigini hiss etdim. Qardawim bilirsen sen bu movzunu tenqid etmek istediyin terefden aciqlamisan. Sevginin izhari deyilen bir wey var.
Müəllif: Ilkin | 10 İyun, 2014  08:53
# Ответить
0


]]>]]>

Raziyam indi daha muasir ve kenari celb edecek vasitelerden,sozlerde istifade etmek lazimdiki, Amma her halda bu movzuda mence kimise qinamaq duzgun olmazdi. Meherrem meclislerinde ewitmiwdim,tam yadimda deyil.sehvim olsa uzurlu hesab ele. Bir insan icki icen olur. qonsusu ise deyesen alim olur. qisasin deyim bir gun icki icen gelir alime deyesen soruwurki men hidayet olaram ya yox,nese bele bir wey.hemin gece alim yatir gorurki Icki icen Imam Huseyn(e)-in qapisinda it kimi baglanib. Gelib bunu icki icene daniwir.o bawlayir aglama.soruwur niye aglayirsan. deyir beyem men aganin heyetinde it yerine olmaga layiqem?? sonra bawlayir deyiwmeye.gelir imana.
Müəllif: Ilkin | 10 İyun, 2014  08:54
# Ответить
0


]]>]]>

Uzun sozun qisasi.men bu dediyin movzunu bir bawqa yonden acmaq isterdim. Kimse ozunu aganin iti sayirsa(niye duwunmeyekki) demek isteyir onun sadiq nokeriyem.Yeni qapisinda it yeniki ne buyursa onu ederem(neceki it eledi),Ona sadiq olmaga caliwaram(neceki it sadiq heyvandi).Duwmenlerine qarwi cixaram(neceki it eledi) bunlari davam etdirmek olar.yeni bele olaram nece it eledi.Amma saydigim bezi gozel xususiyyetler donuzda ve mence it qeder hec bir heyvanda yoxdu. Ona gore bu benzetmeni pis terefdende yozmayaq.Dediyim kimi gozel movzudu.raziyam seninle.Amma ewqin izharina toxunmaq biraz qelizdi. Bir vaxtlar alimler qilincla ozune zerbe endirmeye,zencir vurmaga bir soz demirdiler.cunki sevgiye bir soz demeyi eyib bilirdiler.Amma gorendeki artiq ifrata gedir.onda fetvalarin verdiler.
Her halda bu movzuya bir menali yanawmaq mence insafsizliq olar!!!
Müəllif: iRasim | 10 İyun, 2014  12:25
# Ответить
0


]]>]]>

Vallah, qardashlar, problem bilirsiz nededi? Biz eqide ve dinimizi Quran, hedis ve mentiqle yox, yuxu, hansisa shairin uydurduqu rovzelerle mueyyenleshdiririk, ondandi. Burda Ilkin qardash da etiraz edir ve delil kimi eshitdiyi rovze (uydurulmush) getirir, hanisndaki delil ozu de alkashin yuxusudu. Bele din olmaz. YAzida ise her shey Quran, hedis ve mentiqledi, ona gore de duzgundu
Müəllif: Muslim | 11 İyun, 2014  00:16 | Ответ на #2872
# Ответить
0


]]>]]>

Hər şeyin Quranla, hədislə, alimlərin davranışı ilə, müctəhid rəyi ilə, məntiqlə, lap şeirlə sübutu "“İti” dəstəkləyənlərdən cavab gəldi" yazısında verilib. Buyurun, oxuyun.
Müəllif: Ilkin | 10 İyun, 2014  14:09
# Ответить
0


]]>]]>

Rasim men alkasin yuxusunu demedim,diqqetle bax.alim yuxuda gorur..gelir qonwusu icen insana daniwir.Duz deyirsen "Biz"
bu boyda sohbetde sen yalniz icki icme sohbetini tutdun?men yazdiqlarimda kiminse ozunu imamlarimizin qulu,iti olmagi niye yaxwi yox pis yozmagimizi muzakire edirem.sen amma yuxunun diger terefine varmisan.
Müəllif: Ilkin | 10 İyun, 2014  14:12
# Ответить
0


]]>]]>

Birdeki sen hardan bildinki uydurulmuwdu?tarixden xeberin var?butun kitablari oxumusan?bir weyin olmasina subut getirdiyimiz kimi,bir neyinse olmadigini dediyimiz zaman subutumuz olmalidi.Beli senin dediyin kimi din olmaz.Heremiz nefsimize uygun soz deyirik.Ay yuxudu bele din olmaz.ay bu quranda gelmeyib bele din olmaz.Bes onda nece din olar?? bu suali inan dindarlarin(menim kimi cahil) coxuna versek here oz nefsinden dogan bir din getirecek.Men deyerdim bax bele bir din olmaz.
Müəllif: Ilkin | 10 İyun, 2014  14:15
# Ответить
-1


]]>]]>

Yazida hansi soz quranladiki?bu movzuda mene Qurandan subut getireceyin bir cumleni goster??yuxarida yazilan metnde Quranda insan ozunu kiminse iti elemey olmaz mentiqini getir?men metnde tapmadim(halbuki deyirsen subut var qurandan) veya hec hedisde gormedim.Metni belke sayt axira kimi acmir,men bilmirem!!! Hemin qurandan,hedisden dediyin mentiqi bir daha tekrar yaz zehmet olmasa!!!
Müəllif: Bende | 10 İyun, 2014  14:57
# Ответить
0


]]>]]>

Ay İlkin qardaş, lap tutaq ki alim görüb yuxuda. Yuxu nə vaxtdan höccət olub, dəlil olub? İslamı bu qədər cılızlaşdırmaq olmaz axı! Allah bizə o boyda kitab nazil edib. Biz isə kiminsə yuxuları ilə öyrənirik İslamı
Müəllif: iRasim | 10 İyun, 2014  15:02
# Ответить
+1


]]>]]>

Diger qeribe bir de bilirsiz nedi? Neye gorese bele "it heveskarlari", "irfan teessubkeshleri"nin exlaqi hech vaxt ne mudafie etdikleri Islama, ne de irfana uqyun olmur. Omer Xeyyam demishken, ruhlari chata bilmeyen yere burunlarini soxmaq isteyirler. Men bunlara qardash deyirem, bunun mene yazdiqi cavaba bax. Irfanivi gorduk
Müəllif: Muslim | 11 İyun, 2014  00:21 | Ответ на #2877
# Ответить
+2


]]>]]>

"İt həvəskarları"ndan biri Şeyx Tusidir, biri Şeyx Abbas Qummidir, biri Ayətullah Safi Gülpayganidir, biri Füzulidir, biri Qasım bəy Zakirdir. Lap dərinə getsək, hədislərin müəllifi olan Peyğəmbərdir, Əlidir, İmam Sadiqdir, İmam Rzadır.
Buyurun, "İti dəstəkləyənlərdən cavab gəldi" yazısını oxuyun. Əsil sübutları orada görərsiniz. Əgər gözləriniz açıqdırsa...
Müəllif: Muslim | 11 İyun, 2014  21:32 | Ответ на #2877
# Ответить
0


]]>]]>

Əzizim iRasim!
"İt həvəskarları"nı və "irfan təəssübkeşləri"ni əxlaq naqisliyində ittiham edirsiniz. Amma sizə əks fikirdə olan hər kəsi bunda ittiham etmək özü İslam əxlaqına uyğun deyil. Belə görünür ki, siz deyəsən heç irfanın nə olduğunu anlamırsınız, ona görə onun təəssübünü çəkənlərlə düşmənsiniz. Əgər irfanla təsəvvüfü, ney çalıb rəqs etməyi, dövrə vurub zikr deməyi eyni sayırsınızsa, səhv edirsiniz. Bəli, biz irfanın təəssübünü çəkirik (sufiliyin yox). Amma burada söhbət irfandan da getmir. Söhbət əsil sxolastik İslamdan gedir. Çünki Quran ayəsi, hədis, müctəhid sözü, alim davranışı biz deyəni sübut edir. Sizin isə belə görünür ki, öz məntiqi nəticələrinizdən savayı sübutunuz yoxdur!
P.S.
Və Sizi inandırım ki, bəlkə də bu sətirlərin müəllifinin İslam yolunda xidmət "stajı" Sizin yaşınızdan çoxdur.
Müəllif: muselman | 10 İyun, 2014  19:54
# Ответить
0


]]>]]>

Deyirsiz:
«"it heveskarlari", "irfan teessubkeshleri"nin exlaqi hech vaxt ne mudafie etdikleri Islama, ne de irfana uqyun olmur»bu qeyd etdiyiniz cumle en azi suui zenn etmekdir, siz ne bilirsiz kimin exlaqi necedir?fikrinizi dediniz bitdi,daha insanlari tehqir etmek lazim deyil.Haminin oz fikri var.
Müəllif: Muslim | 11 İyun, 2014  00:15
# Ответить
+2


]]>]]>

Hər şeyin Quranla, hədislə, alimlərin davranışı ilə, müctəhid rəyi ilə, məntiqlə, lap şeirlə sübutu "“İti” dəstəkləyənlərdən cavab gəldi" yazısında verilib. Buyurun, oxuyun.
Müəllif: Aran | 12 İyun, 2014  01:25
# Ответить
0


]]>]]>

Evvela muellife tesekkur edirem. İnsan bir yazisi ile taninmir. Muellif artiq dini cameede taninir ve bos yere yazmir. Amma...
Cemiyyet dusunce seviyyesine gore ferqlenir ve bu seviyye esasinda deyerlendirilir. Butun xetlerde her nov insan var. Esas onde gedenin neceliyidir. Bir de ki senin oz cemiyyetinde onde geden! İranda, Turanda kim necedi ozu biler. Amma Bakida onde gedenin nece olmasi onun isi deyil. Cunki biz onun ardinca gedirik. Sozumun cani budur ki, tenqid hedefi Bakidaki liderler olmalidir, cemiyyet onlardan numune goturur.
Müəllif: amano | 14 İyun, 2014  07:46
# Ответить
+1


]]>]]>

Yazar özü yuxarıda etiraf edib ki, mən alim, ilahiyyatçı və s. deyiləm. Özünün etirafına görə də gərək bilmədiyi şeylərdən yazmasa yaxşıdı. Bir millət kimi rejimin itinə çevrilməyimizdən yazsa yaxşı olar.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com