Dünən bəzi yerli elektron KİV öz aləmində və öz təbirləri ilə desək “bomba partlatdılar”. Özü də necə bomba! “Azərbaycanda eynicinslilərin nikahına icazə verildi”! Bir-birindən “copy-paste” üsulu ilə bu “xəbəri” tirajlayanlar “copy-paste”çılıqda ittiham olunmamaq və izi itirmək üçün hələ mənbənin mətninə özlərində bir əlavələr də etdilər. Bu saytların xəbərini oxuyanda belə təsəvvür yaranırdı ki, sanki bütün Azərbaycan əhli elə səbirsizliklə bu icazəni gözləyirdi, eynicinsli həmvətənlərinin ağuşuna atılmağa teşnə idi. Əlbəttə, bu “xəbərə” qəzəblənənlər, etiraz edənlər də oldu mətbuatda. Söhbəti uzatmayaraq hadisənin əslini qeyd edək.
Məsələ burasındadır ki, Azərbaycanda kişinin kişi, qadının qadın, cöngənin cöngə, köpəyin köpəklə evlənməsinə heç kim icazə verməyib! Sadəcə olaraq Böyük Britaniya hökuməti Bakıdakı konsulluğuna icazə verib ki, Britaniya vətəndaşları bu xahişlə onlara müraciət etsə, belə, necə deyərlər, rəngbərəng nikahları qeydə alsın. Yəni, yalnız Britaniya vətəndaşları üçün. Hansısa “diribaş” da bu icazəni bilərəkdənmi, səriştəsizlikdənmi tanınmaz hala salıb ötürüb “sarı mətbuata”. Aləm də dəyib bir-birinə, nə dəyib! Amma el arasında əbəs yerə demirlər ki, “yalanın ömürü 40 gün olar”. Bu dəfə heç 40 saat da çəkmədi. Amma elə bu qısa zaman kəsiyində də cəmiyyətimiz müəyyən mənada sınağa çəkildi və bir suala cavab arandı: “Konçitalaşmağa hazırsanmı?” Və bu sınağa nəzər salaraq bir neçə məqamı özümüz üçün qətiləşdirməliyik.
Əvvəla, bəzi saytlar bu “xəbəri” sadəcə yaymaqla kifayətləndilər. Yəni “icazə veriblər - əcəb ediblər!”. Sabah Dənizkənarı bulvarda arvad-uşağı ilə gəzintiyə çıxan belə bir saytın baş redaktoru övladının “ata, o əmi nə üçün o biri əminin qucağında oturub” sualına nə cavab verəcəyini, yəqin ki, yaxşı bilir. Əks halda, heç olmasa Molla Nəsrəddin kimi ayağını cızdan çölə çıxartmağa cəhd edərdi. Amma yox, elə bir şey olmadı. Bu sözügedən dezinformasiya bir anlaşılmazlıq idi, ya kimsə cəmiyyətimizi növbəti təxribatyönümlü məsələdə “dişinə vururdu”? Qətiyyətlə demək çətindir. Ancaq hər halda “sarı mətbuat”ın davranışına əsaslanaraq cəmiyyətimizin “konçitalaşmağa” tam olmasa da, əsasən münasib formada olduğunu vurğulamalıyıq.
Digər bir məqam isə əttökən “xəbərləri” operativ yaymaqda bir-biri ilə yarışan saytlarla bağlıdır. Uzun-uzadı moizə etməyə ehtiyac duymuruq, sadəcə maraqlıdır: tutaq ki, məscidin qapısı aşıqdı, bəs sizin vicdanınıza nə gəlib?
Sonda isə dindar təbəqəni dözümsüzlükdə, anti-demokratik davranışda ittiham edənlərə bir məsələ ətrafında düşünməyə və sualımıza cavab verməyə dəvət edirik. Əgər zamanında atanız məhlə uşağı, ananız isə rəfiqəsi ilə nikah bağlasaydılar, siz indi harda olardınız? Amma kişi kimi cavab verin, eynicinsli ilə nikahda olan kimi yox!
Allah lenet elesin hemcinslerle evlenen ve oz cinsini deyishdirenlere. Bunlar hamisi avropalilarin iyrenc ve namussuz heyat terzleridir ki, Azerbaycana da gelib catir. Milletimiz eger bele tekamule dogru getse onda az bir zamanda avropani vurub kecekler, ona gore ki, bizim milletde bir xususiyyet var. Qonshudan qalma dala.
Heqiqeten byabirciliqdi ve tam emin olun ki bele bir qanun Azerbaycanda da tezlikle qebul olacaq onda ele yetim Eyvaz demishken KUL BASHUVA AZERBAYCAN....