POPULYARXƏBƏRLƏR

“Xodu” alınmayan ehtiraslı Adnan “hoca”

İnsan fail-muxtardı. Amma bəzi şeylərdə qurban olduğum insana seçim şansı verməyib. Dünyaya gələcəyi zamanı, məkanı, valideynləri, bu fani dünyaya vida edəcəyi anı və s. Allah Özü müəyyən edir. Kim etiraz edə bilər buna?

Lap elə etsin, nə olacaq ki? Elə ona görə də O - Allah, biz isə yaratdıqlarıyıq. Tanrı insanlara bəzi hisslər də verib ki, nə edirsən et, onlardan azad ola bilməzsən. Məsələn, əks cinsə olan cazibə, ehtiras. Bəlkə də çoxları “nə olardı, bu hissin bir tənzimləyicisi olaydı, “xodunu” ala biləydim, öldüm axı, ay Allah!” deyə giley-güzar ediblər, üsyana qalxıblar. Nə fayda? “Xodu” almaq mümkünsüzdür. Allah belə istəyib. Şücaət elə ondadı ki, o “polnı xodda” ikən adam olasan. Bu hiss indiyə qədər çoxlarını məhv edib. Şeytanın hətta peyğəmbərlərə bu vasitə ilə qurduğu çoxsaylı tələlərdən birinə düşən milyonlar, milyardlar sırasında Adnan Oktarın özünəməxsus yeri var.

Artıq onu çoxları tanıyır. İnsan rəsmən Şeytana təslim olub. Allah da onu tanıtmaq üçün pərdələri üzərindən qaldırıb, maskasını yırtıb ki, ay camaat, baxın, agah olun, bu şəhvətpərəst artıq şəhvətini daxilində, nə bilim qaranlıq otaqlarda, yorğanın altında, hamam odasında, ovcunda boğa bilmir, bundan sizə nə rəhbər, nə yolgöstərən? Milyonlar qarşısına çıxaraq kişinin zifaf gecəsi yanağı od tutub yanan yenicə “rəsmiləşən” zövcəsinə söyləməyə özündə cürət tapa bilmədiyi kəlmələri qurbağaağız, sinələri ikihürgüclü dəvəni, dodaqları isə eşşək arısının qəzəbinə tuş gələn bəxtsizləri xatırladan bir yığın qadınabənzər varlıqlara ünvanlamağa özündə həyasızlıq tapan birisinin ardınca getməyə dəyərmi? “Maşallah”, “inşallah”ı öz heyvani hisslərinə qalxan qərar verən Adnan hocanın elə davranışı, xarici görünüşü hər şeyi gün kimi aydınlatmırmı, daha batinini araşdırmağa nə ehtiyac var? Quranı özünə çətir seçərək “Gözəl insanları görənlərin daxilində Allaha, Cənnətə qarşı  bir məhəbbət yaranır” söyləyənin, qadınları bu fitnəkarlıqla soyunmağa dəvət edənin bundan da böyük vizit kartına ehtiyacı varmı? Görünən dağa nə bələdçi?! Amma nə yazıq ki, hətta fiziki cəhətdən qüsurlu olanların duyduqlarını bizim bəzi həmyerlilərimiz ya görmür, ya da özünü görməməzliyə vurur, İslama arxa çevirib Şeytana beyət edənin qarşısında əyilməyi, onun əmirlərinə müntəzir olmağı az qala Allaha xidmət kimi dəyərləndirirlər. Belə olmasaydı, Oktar cürət edib Azərbaycana soxulmazdı, burda TV açmaq sevdasına düşməzdi. Əfsuslar olsun ki, bu işdə ona yardımçı olan gənclərimiz var. Şeytan-Oktar tandemi onlara çirkini gözəl göstərməyi bacarıb. Bir naşı, Avropadan əsən cəmi küləkləri ilahiləşdirən, sosial şəbəkəlrdə özünə “podruqa” arayan gənc üçün hansı hökm daha cəlbedicidir, sizcə? “Naməhrəmi gördükdə nəzərlərini aşağı dik”, yoxsa studiyaya toplanan qadınabənzərlərin hamıya görünən və adi izləyiciyə görünməyən müxtəlif strateji əhəmiyyətli nöqtələrinə ağzının suyu axa-axa “maşallah!” deyərək tərif verənin yürütdüyü “Qadınlar gözəlliklərini nümayiş etdirməkdən xoşlanırlar” tezisi? Əlbəttə ki, Oktarın “islamı” daha cəzbedicidir “müasir” gənc üçün. O, qəfildən “dindar” olmaq şansı qazanır. Özü də adət etdiyi həyat tərzində faktiki olaraq heç bir dəyişiklik etmədən. Elə məhz bu səbəbdən də, Oktar hərəkatı olduqca təhlükəlidir. Şeytan bilir insanın zəif nöqtələrini, ordan da zərbə endirir: “Adnan Oktarın dəvətini seç, çəkinmədən, utanmadan bütün qadınlara nəzər elə, tərif ver, əzalarına valeh ol! Maşallah! Əsl müsəlmansan! İnşallah!”

Amma ümid edək ki, Azərbaycanda bu təhlükəli tendensiyanın qarşısı alınacaq. Unutmayaq ki, cəmi 20 il əvvəl vəhhabilik Azərbaycanda ilk zəhərli toxumlarını səpəndə, onlara indi adnançılara güldüyümüz kimi gülürdük. Amma cəmi 20 il – və hər şey dəyişdi. Artıq vəhhabiliklə dövlət səviyyəsində mübarizə aparılır. Bunu unutmaq olmaz.

P.S. Məni bir məsələ həmişə maraqlandırıb. Əgər Adnan Oktar və davamçıları həqiqi İslamın istənilən qadının fiziki göstəricilərini seyr edib müzakirəyə çıxarmağa icazə verdiyini düşünürlərsə, o zaman qeyrət, namus, kişilik anlayışlarına necə tərif verirlər? Analarını, bacılarını, həyat yoldaşlarını, qızlarını Oktarın “kediciklərinin” yerində təsəvvür etməkdən “nəşələniyorlarmı”?



Yerləşdirilib:16 Aprel, 2014  13:41, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 2
Müəllif: Nazim | 18 Aprel, 2014  16:18
# Ответить
+3


]]>]]>

Maraqlidir ki Turkiye hokumeti bu vaxtacan islama yad olan bu cure xesteliyin qarshisini ne ucun almayib,yaqin ki Azerbaycan hokumeti cemiyetimizin bu xesteliye yoluxmasina imkan vermeyecek,buna shubhe yoxdur.Tecublusu budur ki gerek ne qeder aqilsiz ve kor olasan ki aciq ashkar islam dinine zidd olan hoqqa oyunlarin tesiri altina dushesen!Islam adindan cixish edenin cixartdiqi oyunlara baxib kim olduqunu bilmek ucun coxda bilik lazim deyilki,korpe ushaqada aydindir ki bu islama yonelmish zerbedi.Bunun qarshisi hemishelik alinmalidir bu birmenalidir!
Müəllif: Fidan | 7 İyun, 2014  05:16
# Ответить
+1


]]>]]>

Azerbaycanda gencler arasında Harun Yahyaçılıq dehşet yayılıb ve yayılır,teessüf ki. Bu kişi haqda ancaq onu deye bilerem ki, o, şizofrendir. Bu qeder. Kim masonluq haqda ele kitab yazıb sağ qala bilerdi? Ele özü de masondur. Şeytanın özüdür,heyif genclerimize... Heyif deyende ki,dini bele qebul eden 'bu ağılda' genc İslamda olmasa da,olar eslinde
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com