POPULYARXƏBƏRLƏR

Parislə Qobustan arasında

Keçmişi xatırlamaq, keçmişi unutmamaq yaxşı xislətdir. Daha doğrusu, bu xislət olmasa, insan manqurtlaşar. Əvvəllər də keçmişə boylanmaq, nostalji hisslərə qapılmaq dəbdə idi. Amma indi bu lap geniş yayılıb. Qoyursan ağzı əmzikli ağ-qara fotonu Feybuka, yazırsan kim tapar bu kimdi? Hamı bir ağızdan”ay Allah, nə qəşəhg olmusan uşaqlığda, ayyyy maaasenka!” komentlərindən yağdırırlar. Sən də mat qalıb axırda hamını da mat qoyursan ki, “ay camaat, bu mən deyiləm e, nə qəşəng-falan salmısuz, dəli olmusuz? Bu Hitlerin fotosudu!”.

Amma keçmişə daha qlobal surətdə boylananlar da olur. İndi istənilən, hətta rayon səviyyəsindəki ortabab məmur milli-mənəvi dəyərlərimizə sadiqlikdən, əzəli köklərimizə qayıtmağın vacibliyindən danışır. Bu tezis üzərində hətt ciddi siyasi platformalar formalaşır. Amma bu tarix vurğunlarından bir soruşan yoxdu ki, ay qardaşlar, qurban sizə, bir ünvanı dəqiqləşçdirəydiniz da! Qayıdağ e, hamılıqla qayıdaq. Amma dəqiq bilək hara, nəyə qayıdırıq. Məsələn, Azərbaycanın orta məktəblərində hicaba qadağa qoyulanda bu qərarın əleyhidarlarına ağıl öyrədənlər arasında “bizim ulu nənələrimiz hicab bağlamayıb” deyənlərə də rast gəldik. Əsasları da var idi a, deyim sizə. Əsassız danışmırlardı. Atəşpərəstlik dövründə hicabsız əcdadlarımızı nümunə kimi göstərirdilər. İndi bu mövqedən çıxış edənə nə deyəsən? Soruşanda ki, müsəlmansan, qardaşım, xətrinə dəyəcək. Odur ki, soruşmuram. Elə siz də soruşmayın. Hər halda hamımıza Allah əql, şüur verib, düşünmək azadlığı bəxş edib. Düşünək da! Məntiqlə düşünək. Məntiq çox güclü arqumentdir! Bax, Qobustanda qaya üzərində çəkilən rəsmləri çoxunuz görmüsünüz. Mən o rəsmlərə ha baxdım, ha araşdırdım, ha diqqətlə nəzər yetirdim, amma... Bilirsiz, deməyə də adam utanır. Amma orda əks olunan əcdadlarımızın əyinlərində paltar-falan görmədim. Qobustan qayalıqlarında şingilimə çıxan qədim azərbaycanlıların əyinlərində, mərhum Yaşar Nurinin yaratdığı personajın dili ilə desək, elə əyinləri idi. Maksimum fitə bağlamışdılar. İndi kim eramızdan 8-10 əsr əvvəl bu ərazilərdə yaşamış əcdadlarımızdan tərki-libas olduqlarına görə imtina edə bilər? Biz bütün dünyaya bu rəsmləri göstərib nə qədər qədim tarixə malik olduğumuzu sübut etməyə çalışırıq. İndi özümüz öz əlimizlə oturduğumuz budağı kəsək? Bu da bizim soykökümüzdü. Bəlkə ora qayıdaq? O zamanlar haqqında ancaq elə belə rəsmlərə baxaraq fikir yürüdə bilərik. Amma elə bu rəsmlər də kifayətdir ki, ümumi bir plan cızıb başlayaq soskökümüzə qayıdışa.

Yaxud indi çoxunun pislədiyi sovetlər dönəmi. Vallah, mən Azərbaycanın Rusiyanın boyunduruğunda olan zamanı pəh-pəhlə tərifləyən kifayət qədər yaşlı nəsil nümayəndəsini şəxsən tanıyıram. Onların da öz arqumentləri var. Hamı işləyirdi, vaxtı-vaxtında maaş alırdılar, ildə bir dəfə məzuniyyət, bəxtin gətirsə Kislovodska putyovka, 20 il növbəyə durandan sonra ev, 10 il növbədən sonra “06” avtomobili və s. və s. O dövrə qayıtmaq istəyənlərimiz də var a, bunu da nəzərdən qaçırmayın. Başqa tarixiu ünvanlar arzusu ilə yaşayanlarımız da kifayət qədərdi. Təəssüf, amma biz bir millət olaraq hələ də ümumi maraqlarımızı, prioritetlərimizi müəyyənləşdirməmişik. Daha bir mərhum aktyorumuzu xatırlayım, yeri gəlib. Telman Adıgözəlovun qəhrəmanı deyirdi ki, “Muxtar məllim, belə haça-paça qalmışıq e”. Doğurdan da belədir. Şpaqatdakı ayaqlarımız qarşısında Qiyamətdə nə cavab verəcvəyik? Şpaqat da barı insaflı şpaqat ola! Adə yox e, bir ayağımız Aranda, biri Turanda. Bu el misalı idi. Amma müasirləşdirsək gərək deyək ki, bir ayağımız ilişib qalıb Qobustan qayalıqlarında, biri də Eyfel qülləsinin ucunda. İndi “duxun” var yığ bu ayaqlarını bir yerə! Özü də neçə illər şpaqatda oturandan sonra! Bu çox təhlükəli vəziyyətdi, onu da nəzərə alaq. İstənilən an adam çökə bilər. Odur ki, konkret təklıifim var. Biz bir xalqıq və bir dövlətdə, bir məmləkətdə yaşamalıyıq. Hicablısı da, hicabsızı da, namaz qılanı da, qılmayanı da, şərab içəni də, şərab məclislərinə ayaq basmayanı da, katoliki də, müsəlmanı da. Gəlin bir müddət populist  söhbətlərə fasilə verək. Gəlin əvvəlcə ümumi milli ideya ətrafında birləşək. Hamımız. “Hansı ideya” deyərək sormayın. Torpaqlarının 20 faizi işğalda olan xalq üçün milli ideya axtarışına çıxmaq lazım deyil. Gəlin özümüz özümüzə düşmən olmayaq, özümüz özümüzə düşmən yaratmayaq. Düşmənimiz zatən bəllidir. Bu düşmənin aşının suyunu verək, şpaqatdan qalxaq ayağa, sonra yenə geri boylanıb dönüş nöqtəmizi müəyyənləşdirməyə başlayarıq. Amma ehtiyatla. Bir daha şpaqata oturmamaq şərti ilə...



Yerləşdirilib:24 Sentyabr, 2013  19:03, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 2
Müəllif: zernisan | 30 Aprel, 2014  11:22
# Ответить
+1


]]>]]>

cox marqlidir ki,parisle qobustan birdir
Müəllif: zernisan | 30 Aprel, 2014  11:23
# Ответить
0


]]>]]>

cox marqlidir ki,parisle qobustan birdir
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com