"Soruşun ki, biləsiniz!" verilişinin növbəti buaxılışında tanınmış ilahiyyatçılar istər ciddi, istərsə də zarafat qəsdi ilə fala baxmağın halal və ya haram olması, faldan qazanc mənbəyi kimi istifadə edənlərə qarşı İslamın baxışı, yalan danışmağın icazə verildiyi hallar, gündəlik gördüyümüz yuxulara inanmağın nə dərəcədə düzgün olması və təkəbbür kimi xoşagəlməz xüsusiyyətdən xilas olmağın yolları barədə danışacaqlar.
Qütb TV-nin "Minbər" verilişinin bu dəfəki buraxılışının mövzusu Allaha təvəkküldür. İlahiyyatçılarımız Hacı Mirhəmid Məmmədov, Hacı Şahin Həsənli və Hacı Zaur Məmmədov tamaşaçılarla dəyərli fikirlərini bölüşürlər.
Qütb TV-nin "Dinimizin əlifbası" verilişinin növbəti buraxılışını izləyən tamaşaçılar bir sıra "şok yenilikləri" eşidəcəklər. Sən demə, Yezidin yəhudi olduğunu düşünənlər də var, başqa orijinal ideyalara sahib olanlar da.