Quranda buyurulur ki, şəhidlər diridirlər və Rəbblərinin yanında ruzi yeyirlər. Necə diridirlər? Quranda xatırlanan ruzi nə deməkdir?
Başqa bir sual. Quranda buyurulur ki, Allah dünyanı 6 günə yaratdı. Amma biz bilirik ki, bir şeyin olması üçün Allahın sadəcə iradə etməsi kifayətdir. Bəs bu 6 gün nəyə sərf olundu? Allahın Müqəddəs kitabda buyurduğu 6 gün nəyə işarə edir?