"Soruşun ki, biləsiniz!" verilişinin növbəti buaxılışında tanınmış ilahiyyatçılar istər ciddi, istərsə də zarafat qəsdi ilə fala baxmağın halal və ya haram olması, faldan qazanc mənbəyi kimi istifadə edənlərə qarşı İslamın baxışı, yalan danışmağın icazə verildiyi hallar, gündəlik gördüyümüz yuxulara inanmağın nə dərəcədə düzgün olması və təkəbbür kimi xoşagəlməz xüsusiyyətdən xilas olmağın yolları barədə danışacaqlar.