Hicrətin 232-ci ilində rəbius-sani ayının 8-də İmam Həsən Əsgəri (ə) anadan olmuşdur. Atası onuncu İmam Həzrət Əliyyən-Nəqi (ə), anası isə Hüdeysə adlı təqvalı bir qadın olmuşdur. Bu qadın təqvalı və İslam baxışına malik bir qadın olmuşdur. Onun fəzilətinə gəldikdə isə bunu demək kifayət edər ki, o, İmam Həsən Əsgərinin (ə) şəhadətindən sonra o cür böhranlı bir vəziyyətdə şiələrin pənahgahına çevrilmişdi.