POPULYARXƏBƏRLƏR

"Stratfor": "İran Azərbaycanda xırda narazılıqlar yaratmaqda davam edəcək, lakin əsas diqqətini Fars körfəzi və Ərəb yarımadası dövlətlərinə yönə

"Əgər İran Azərbaycana qarşı daha sərt addımlar atsa, bu, Rusiyanın müdaxiləsinə səbəb olacaq və nəticədə rəsmi Tehran çətin vəziyyətə düşəcək"

ABŞ-ın qlobal analitik şirkəti "Stratfor" ilə APA arasında mğvcud olan əməkdaşlıq proqramına əsasən mərkəzin ekspertləri agentliyimizin soğrusu əsasında bir sıra mövzularda təhlil aparıblar. APA-nın məlumatına görə, "Stratfor" ekspertləri hesab edir ki, Yaxın Şərqdə baş verən proseslərin ən vacib mərkəzi Fars körfəzidir: "Məhz burada tarix boyu mövcud olan sünni-şiə balansı artıq pozulub. 2003-cü ildə İraq prezidenti Səddam Hüseynin devrilməsindən sonra, İran öz qərb sərhədlərini gücləndirmək və Ərəb dünyasının mərkəzinə öz ideologiyasını ixrac etmək tarixi şansı əldə etdi. ABŞ-ın İraqdan qoşunlarını çıxarması planı İran üçün yaranmış boşluğu doldurmaq üçün növbəti imkan yaradır. Rəsmi Tehran həmçinin Şimali Afrikada yaşanan qeyri-stabilliyi bəhanə gətirərək Fars körfəzində də narazı kütlədən istifadə etmək istəyir. İranın əsas hədəfləri çoxlu sayda şiə əhalisi olan və eyni zamanda ABŞ qoşunlarının dislokasiya olunduğu Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanıdır. Bu səbəbdən Bəhreyndə gərgin vəziyyətin davam etməsi ən vacib məqamlardandır. İran ölkə daxilində geniş əlaqələrindən istifadə edərək iqtidarla müxalifət arasında dialoqun yaranmasının qarşısını alıb".
"Stratfor" ekspertləri hesab edir ki, Bəhreyn bütün regiona bir açardır: "Əgər İran bu ölkədə ciddi qeyri-sabitlik yaratsa, regionda domino effektinə nail ola bilər. Gərginliyin mövcudluğu ən kritik anlara təsadüf edir – ABŞ regionda olan hərbi birləşmələrinin böyük bir qismini çıxarır. Bu, həmçinin sünni ərəb dövlətlərinin ABŞ-a ehtiyacı kritik həddə çatan bir vaxtda baş verir".
Analitiklər APA-nın sorğusu əsasında Azərbaycan-İran münasibətlərini də şərh ediblər: "İran Azərbaycanda daha artıq gərginlik yaratmaq üçün səylərini artıra bilər. Lakin onlar ciddi qarşıdurmanın yaranmasına getməyəcəklər. Biz artıq onun şahidi olmuşuq ki, rəsmi Tehran hicab məsələsindən, İran mediasından istifadə edərək Azərbaycanda gərginlik, itaətsizlik yaratmaq istəyir. Onlar Azərbaycan İslam Partiyasından da daha sərt davranmağı tələb edirlər. İran müəyyən gərginlik yaratsa da, mövcud hakimiyyətə heç bir formada təsir göstərə bilmədi. Əgər İran Azərbaycana qarşı daha sərt addımlar atsa, bu, Rusiyanın müdaxiləsinə səbəb olacaq. Nəticədə rəsmi Tehran çətin vəziyyətə düşəcək. Bu baxımdan ehtimal olunan odur ki, İran Azərbaycanda xırda narazılıqlar yaratmaqda davam edəcək, lakin əsas diqqətini Fars körfəzi və Ərəb yarımadası dövlətlərinə yönəldəcək".
"Stratfor" ekspertləri İranda hər hansı ciddi narazılığın olmasını proqnozlaşdırmırlar: "İran müxalifəti xalqı hələlik öz ətrafında birləşdirə bilməyib və əhalinin geniş təbəqələrinin dəstəyinə malik deyil. Mövcud rejim eyni zamanda müxalifət liderlərinin gözdən salınması istiqamətində uğurlu kampaniya aparıb. Rəsmi Tehran xarici qüvvələrin milli azlıqlar - azərbaycanlılar, kürdlər, bəluclar və ərəblərdən istifadə edib ölkədə narazılıq yaratmaq istəyindən narahatdır. İran daxili təhlükəsizlik qüvvələrini gücləndirir, lakin ətraf regionlarda yaranmış fürsəti də əldən buraxmaq istəmir".



Yerləşdirilib:12 Mart, 2011  16:26, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com