Xəbər verdiyimiz kimi, iyulun 17-də Şimali İraq Kürd Administrasiyasının mərkəzi Ərbil şəhərində terror aktı baş verib. Bir restorana təşkil olunan hücum nəticəsində iki nəfər dünyasını dəyişib, ölənlərdən biri Türkiyənin Ərbil Konsulluğunun əməkdaşı – konsul müavinidir. İraq kürd administrasiyasının məlumatında iki nəfərin öldüyü, onlardan birinin türkiyəli diplomat olduğu qeyd edilib.