ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Rusiyadan "S-400" zenit-raket kompleksləri aldığına görə Türkiyəyə qarşı sanksiya tətbiq olunması məsələsini yenə də nəzərdən keçirir, lakin hələ qərar qəbul olunmayıb.
O, bunu cümə axşamı jurnalistlərə açıqlamasında deyib.
"Biz bunu (Türkiyəyə qarşı sanksiyaları - red.) nəzərdən keçiririk", - deyə Tramp söyləyib və bu barədə qərarın olmadığını əlavə edib.
Bir müddət əvvəl analoji suala cavab verən ABŞ prezidenti ölkəsinin hazırda sanksiyaların nəzərdən keçirilmədiyini bildirmişdi.