POPULYARXƏBƏRLƏR

Ərbildə türk diplomatını kim öldürüb?

Xəbər verdiyimiz kimi, iyulun 17-də Şimali İraq Kürd Administrasiyasının mərkəzi Ərbil şəhərində terror aktı baş verib. Bir restorana təşkil olunan hücum nəticəsində iki nəfər dünyasını dəyişib, ölənlərdən biri Türkiyənin Ərbil Konsulluğunun əməkdaşı – konsul müavinidir. İraq kürd administrasiyasının məlumatında iki nəfərin öldüyü, onlardan birinin türkiyəli diplomat olduğu qeyd edilib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu restorana 3 nəfər silahlı şəxsin hücum etdiyini, hazırda Ərbil və Bağdadla təmasların davam etdiyini bildirib. Nazir deyib ki, ilkin bilgilərə görə silahlılar türk diplomatla yanaşı masada əyləşmiş iki iraqlının hücuma məruz qalıb və onların biri ölüb, ikincisi isə ağır yaralanıb. Bu səbəbdən də Çavuşoğlu terror hücumunun PKK tərəfindən törədilməsi ehtimalı ilə yanaşı məhz yan masadakı şəxslərə qarşı törədilmiş terror hadisəsi ola biləcəyini qeyd edib.

Ərbil polisinin məlumatına görə, restorana hücum nəticəsində iki nəfər ölüb, bir nəfər isə ağır yaralanıb. Hazırda axtarışlar davam edir. Türkiyə prezidenti. Dövlət rəsmiləri hadisəni pisləyib. Eyni zamanda Avropa İttifaqı, həmçinin ABŞ, eləcə də Bağdad hökuməti hücumu pisləyən açıqlama yayıb.

Qeyd edək ki, Türkiyənin xarici ölkələrdə fəaliyyət göstərən diplomatları ötən əsrin 70 və 80-ci illərində erməni terror təşkilatlarının hücumlarına məruz qalıb. Ümumilikdə 4 qitədə Türkiyənin diplomatına qarşı 27 sui-qəsd təşkil olunub və bu hadisələr nəticəsində 34 türkiyəli diplomat öldürülüb, onlarla diplomat isə yaralanıb. Sonuncu dəfə türkiyəli diplomat 1994-cü ildə Türkiyənin Afina səfirliyinin məsləhətçisi Ömər Haluk Sipahioğlu olub.

Hələlik terror hücumunun hansı qrup tərəfindən törədildiyi bilinməsə də, ilk ehtimal PKK üzərinə cəmləşib. Məlum olduğu kimi. son 3 ildir ki, Türkiyə hökuməti həm ölkənin cənub-şərq regionlarında, o cümlədən İraqın şimalında yerləşən PKK düşərgələrinə, əsasən da Sincar dağı və Qəndil yaylası düşərgələrinə əməliyyatlar keçirir.

Şimali İraq Kürd Administrasiyasının mərkəzi Ərbil şəhərində terror ile ilgili görsel sonucu

Bu ilin yazında isə Türkiyə ordusu İraqın şimal regionlarında PKK terrorçularına qarşı quru qüvvələrinin də iştirak etdiyi “Pəncə” əməliyyatı başladıb. İyulun 12-də isə Türkiyə ordusu Türkiyə Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin dəstəyi ilə “Pəncə-2” əməliyyatına başlayıb. Bu əməliyyat İraqın Hakurk bölgəsində terror təşkilatlarının istifadə etdiyi mağara və gizli sığınacaqların məhv edilməsi və terrorçuların məhv edilməsini nəzərdə tutur.

Xatırladaq ki, “Pəncə-1” əməliyyatı mayın 27-də başlayıb. Hər iki əməliyyat nəticəsində İraqın şimalında Türkiyə ordusu tərəfindən 71 PKK terrorçusu məhv edilib. Ümumilikdə isə Türkiyə ordusunun İraqın şimalında keçirdiyi antiterror əməliyyatları nəticəsində 174 terrorçu zərərsizləşdirilib.

Bu səbəbdən də Türkiyə mediası ilk versiya kimi PKK-nın qisas əməliyyatı ehtimalını gündəmə gətirib. Ancaq Ərbil hökumətinin buna razılıq verməsi real deyil. Bu cür hadisə PKK-nın həm də İraq kürd administrasiyasına qarşı savaş açması demək olar. Bu mənada Ərbil hücumunun PKK şübhəsi ilə yanaşı digər versiyaları da aktuallaşdırır. O da ehtimal olunur ki, başqa qruplar da bu hadisəni Türkiyədən qisas almaq qəsdi ilə törədə bilər.

Kənan Rövşənoğlu,

Musavat.com



Yerləşdirilib:19 İyul, 2019  14:33, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com