POPULYARXƏBƏRLƏR

Azərbaycanın daxili işlər naziri hicab probleminə münasibət bildirib

Ramil Usubov: "Azərbaycanda böyük əksəriyyət baş örtüyü məsələsi ilə bağlı əsl həqiqəti yaxşı anlayır, problemin məğzini və haradan qaynaqlandığını dərk edir"

"Çox təhlükəli və zərərli meyl olan dini ekstremizmə, radikalizmə qarşı mübarizədə bütün əməkdaşlarımız diqqətli və sayıqdırlar"

Azərbaycanın daxili işlər naziri Ramil Usubov ölkədə hicabla bağlı problemlərdən və bu problemləri yaradan amillərdən danışıb. APA-nın məlumatına görə, nazir "Azərbaycan" qəzetinə müsahibəsində bildirib ki, heç bir qüvvə Azərbaycanda sabitliyə xələl gətirə bilməz: "Antiazərbaycan şəbəkə bilməlidir ki, onun dövlətimizə və xalqımıza qarşı yönəlmiş hər bir bədnam planı həmişə olduğu kimi, bundan sonra da uğursuzluğa düçar olacaq. Çox təhlükəli və zərərli meyl olan dini ekstremizmə, radikalizmə qarşı mübarizədə bütün əməkdaşlarımız diqqətli və sayıqdırlar. Aidiyyəti dövlət orqanları bu cür təzahürlərin yayılmasına, ölkədə sabitliyi pozmaq cəhdlərinə imkan verməyəcəklər".

R. Usubov qeyd edib ki, bu gün Azərbaycanda böyük əksəriyyət baş örtüyü məsələsi ilə bağlı əsl həqiqəti yaxşı anlayır, problemin məğzini və haradan qaynaqlandığını dərk edir: "Azərbaycan yüksək islami dəyərləri təməl mənəvi prinsiplər kimi qəbul edən ölkədir, eyni zamanda, dini tolerantlığın bütün dünya miqyasında ən mükəmməl örnəklərindən biridir. Həmçinin bu gün mədəniyyətlərin, dinlərin, o cümlədən konfessiyaların dinc yanaşı yaşadığı, qarşılıqlı anlaşmasının yüksək səviyyədə olduğu bir dövlətdir. Ölkəmizdə hər hansı dinin təmsilçisinə onun inancının buyurduğu dini ayinləri icra etməyə, libası geyməyə maneə yoxdur. Bu mənada, qadın və qızlarımız da baş örtüyündən istifadədə sərbəstdirlər və buna hansısa qadağa yoxdur. Amma bu cür etiqad azadlığının hökm sürdüyü mütərəqqi mühiti gözü götürməyənlər indi yeni iddia ortaya atıblar - orta məktəblərin qız şagirdləri dərsə baş örtüyü ilə gəlməlidir. Belə yanaşma dünyəvi, sivil cəmiyyətə xas dəyərlər baxımından yolverilməzdir. Orta məktəb şagirdləri üçün vahid geyim forması müəyyən edilib. Kim öz övladının başını örtmək istəyirsə, məktəbdən kənarda, məişətdə, evində bunu icra edə bilər. Azərbaycan qadınına məcburən baş örtüyü bağlatmaq istəyənlər heç onların fikrini soruşurlarmı, mövqeyini öyrənirlərmi? Nədən valideyn iradəsinə tabe olan, hələ müstəqil şəxsiyyət kimi tam formalaşmamış yeniyetmə qızları elmə və cəmiyyət həyatında daha faydalı olmağa yox, əksinə, cəhalətə, iki-üç əsr öncəki duruma, geriyə sürükləyirlər? Azərbaycan qadını öz seçimini edib: azad və müstəqil olmaq, öz potensialını xalqın, dövlətin inkişafına yönəltmək. Müasir Azərbaycanda qadının rolu, cəmiyyətdəki mövqeyi daha yüksəkdir və onun azadlığının, tamhüquqlu vətəndaş olma haqqının real təminatı var. Bu gün Azərbaycan qadını öz yüksək mənəvi keyfiyyətləri, ailəsinə bağlılığı, şərəfi, qüruru, namusu ilə milli iftixarımızdır. Onun ölkəmizin ictimai-siyasi həyatında, elmdə, təhsildə, mədəniyyətdə və digər sahələrdə rolu danılmazdır".

R. Usubov həmçinin bildirib ki, mənəviyyat, əxlaq heç də zahiri görünüşlə müəyyənləşmir: "Biz daha çox insanların, xüsusən də yeniyetmələrin və gənclərin daxili dünyasının, mənəviyyatının zənginləşməsinə, milli dəyərlərə uyğunlaşmasına önəm verməliyik. Fikrimcə, bu mövzulara, həmçinin din xadimləri xüsusi diqqət ayırmalıdırlar. Onlar həm də vətəndaşlarımızın mövhumatdan, cəhalətdən, ekstremizm və radikalizmdən uzaqlaşmasına çalışmalı, dinimizin əsl mahiyyətinin təbliğinə səy göstərməlidirlər".



Yerləşdirilib:30 Yanvar, 2011  11:31, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com