Liviya lideri Müəmmər Qəddafi paytaxt Tripoliyə gizli gəzintiyə çıxıb. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, yerli mediada Qəddafinin audiomüraciəti yayılıb.
Liviyanın paytaxtı Tripolidə Muammar Qəzzafinin oğlu Hamis Qəzzafinin və Liviya kəşfiyyatının rəhbəri Abdulla əl-Senussinin meyiti aşkarlanıb. Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb, - “RBK” xəbər verir.
6 ay öncə Liviyada başlanan vətəndaş müharibəsi nəhayət ki, bitmək üzrədir. Bu vaxta kimi dirəniş göstərən diktator Qəzzafinin sonunun çatdığı geriyə dönməz bir mərhələyə qədəm qoyub.