Liviyanın paytaxtı Tripolidə Muammar Qəzzafinin oğlu Hamis Qəzzafinin və Liviya kəşfiyyatının rəhbəri Abdulla əl-Senussinin meyiti aşkarlanıb. Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb, - “RBK” xəbər verir.
Bundan öncə Qəzzafinin üç oğlunun nümayişçilərin əlində keçdiyi bildirilsə də, sonradan Seyf əl-İslam jurnalistlərə müsahibəsində bildirib ki, o, azadlıqdadır. Qəzzafinin digər bir oğlu Muhəmmədin isə ev həbsindən qaçdığı bildirilib.