Ötən gün Suriyada 223 nəfər dustaq azadlığa buraxılıb. BMT-nin nümayəndələrinin məlumatına əsasən, paytaxt Dəməşqdə 210 nəfər, cənubda yerləşən Dəraa şəhərində isə 13 nəfər azad olunub.
Livanlı şiə zəvvarları qaçıran suriyalı üsyançılar, yalnız "Hizbullah” lideri Həsən Nəsrullah rəsmi şəkildə üzr istədikdən sonra onları azad edəcəklərini bildiriblər.