Almaniyanın XİN rəhbəri Gido Vestervelle “Die Welt” qəzetində dərc olunmuş müsahibəsində Rusiyanı Suriyaya qarşı münasibətini dəyişməyə çağırıb.
“Rusiya anlamalıdır ki, Suriyada zorakılığa son qoymaq istəyi, rəsmi Moskvanın strateji maraqlarına qarşı çalışmaq demək deyil. Rusiyanın Suriyaya və Bəşər Əsəd rejiminə münasibəti bu məsələdə əhəmiyyətli rol oynayır”, - SalamNews-un RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, Gido Vestervelle deyib.