Məsumlardan rəvayət olunub ki, kim aşağıdakı iki ayəni daima evində oxusa, onun evi bərəkətli və oğru, düşməndən uzaq olar. Ayələr bunlardır: “Fəizəstəvəytə əntə və mən məəkə ələl fulki fəqulil həmdu lillahilləzi nəccəyna minəl qəvmiz-zalimin. Və qul rəbbi ənzilni munzələn mubarəkən və əntə xəyrul munzilin (“Muminun”, 28-29). Tərcüməsi: “Sən yanında olanlarla birlikdə gəmiyə minən kimi: “Bizi zalım tayfanın əlindən qurtaran Allaha həmd olsun!” – de. Həmçinin (gəmidən enəndə) belə de: “Ey Rəbbim! Məni mübarək (xeyir-bərəkətli) bir yerə endir. Sən sığınacaq verənlərin ən yaxşısısan!”.
Həmçinin kim “Yusif” surəsini yazıb evinin divarından assa, o ev onun üçün mübarək və xeyirli olar.
(“Xəvassus-suvər”)
Kim evdən çıxarkən “Buruc” surəsini oxusa evi və ev sakinləri salamat qalar.
(Şeyx Kəfəmi, “Misbah”).