İmam Rza (ə) buyurub ki, kimin nəfsi-əmmarəsi (İnsanda 2 cür nəfs vardır: biri nəfsi-əmmarə, digəri isə nəfsi-ləvvamə. Nəfsi-əmmarə insanları pis yola dəvət edir, nəfsi-ləvvamə isə insanları pis yoldan uzaqlaşdırıb düz yola dəvət edir) onu çox vəsvəsə edirsə, yatan zaman əlini sinəsinə qoyub 100 dəfə “ya Mumit” (Ey öldürən) desin və yuxuya getsin. Beləliklə, Allah onun nəfsini ram edər.
Həmçinin İmam Rzadan (ə) rəvayət olunub ki, kim “Əl-Xəbir” (Xəbərdar) sözünü çox təkrarlasa, nəfsinin vəsvəsələrindən uzaq olar.