POPULYARXƏBƏRLƏR

Sığalın öz yeri var, şillənin öz yeri

Mübarək Ramazan ayı ekvator xəttinə yetişdi. Bu günlər ərzində hər kəs bacardığı kimi, imkanları dairəsində fürsətdən istifadə etməyə, mümkün qədər çox savab qazanmağa can atır. İlahiyyatçılarımız da digər aylardan fərqli olaraq daha intensiv fəaliyyət göstərir, daha tez-tez dini cameyə üz tutub ilahi kəlamları bizə çatdırırlar. Bu çatdırılma prosesində də hər kəsin öz üslubu, öz yanaşma prinsipi var. Sözümüz də elə bu yanaşmalar haqqındadır. Xüsusən də nəzərə alsaq ki, yaxşılığa dəvət və pislikdən çəkindirmə hər bir müsəlmana vacibdir və hər bir müsəlman da bu dəvət və çəkindirmə zamanı düzgün davranmalı, səhvə yol verməməli, necə deyərlər, qaş düzəltdiyi yerdə göz çıxarmamalıdır…

Daha əvvəllər də, elə indi də dindarlar arasında belə bir fikir formalaşıb: “Filankəs dini mülayim tərzdə izah edir, filankəs isə sərtliyə yol verir”. Bu ifadələr, belə bir bölgü nə dərəcədə düzgündür?

Əslində, Allahın dini hamı üçün eyni simada olmalıdır. Yaradan Öz Kitabında həm ““Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin” buyurur, həm “gözəl tərzdə bəhs edin” göstərişini verir, həm də “günahkarlar cəhənnəmdə yanacaq” xəbərdarlığını edir. Zənnimizcə, bütün bu əmrləri elə kompleks şəkildə də qəbul etməli və əməldə reallaşdırmalıyıq. Tutaq ki, kimsə Ramazan ayında oruc tutmur. Bu insana hansı sözlər deyilməlidir? Variantlar müxtəlifdir və onların hamısından müəyyən dərəcədə istifadə edilir. Bəzən eşidirsən: “Canın sağ olsun, inşallah, gələn dəfə tutarsan”. Bəzən “Hayıf, gərək tutaydın” deyillər. Bəzən isə “Niyə tutmadın ki? Çətindir?” deyə soruşurlar. Bütün bu sözlərin yeri var. Ancaq adama lap yumşaq formada olsa da çatdırmaq lazımdır: “Əzizim, sən oruc tutmamaqla günah edirsən, Allahın əmrinə asi olursan. Adamın Cəhənnəmə getməsi onun günahlarının çoxluğu ilə müəyyənləşir. Sən də bu bir ay ərzində durmadan, dayanmadan günah səbətini ağırlaşdırırsan”.

Yaxud kimsə namaz qılmır. Ona namazın bütün fəzilətlərindən, axirətdə ilk soruşulan əməl olacağından, bəndəni nə qədər Allaha yaxınlaşdırması haqqında çoxlu moizələr etmək olar, lazımdır da. Ancaq bununla yanaşı “sizə cəhənnəmə salan … namaz” ayəsini də xatırlatmaq zəruridir. Yəni insan anlamalıdır ki, namaz qılmamaq iş yerində müdirin göstərişindən yayınmaq, avtobusda yaşlı qadına yer verməmək üçün özünü yuxuya vurmaq kimi əməllərlə bir sırada dayanmır. Söz yox, onlar da başucalığı gətirən davranış deyil. Amma namaz qılmamaq barədə Allahın konkret göstərişi var. Bunun sonu Cəhənnəmdir.

Yekunda sözümüzün canını formalaşdıraraq qısa şəkildə deyə bilərik: istər minbərdən danışan ilahiyyatçı olsun, istərsə də yaxın ətrafına xitab edən sıravi dindar: başa sığal çəkməyin də yeri və qədəri var; üz-üzə dayandığımız şəxs Allah qarşısında daşıdığı məsuliyyəti, vəzifələrini və bunlara əməl etməyəcəyi təqdirdə çəkəcəyi cəzanı tam anlamalıdır.



Yerləşdirilib:20 May, 2019  12:54, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com