POPULYARXƏBƏRLƏR

Vəhhabilik və quranilik neməti

Tez-tez eşidirik - “hər işdə bir xeyir var”. Amma bəzən bu xeyri tapmaq, görmək müşkülə çevrilir. Məsələn, vəhhabi təxəyyülü, vəhhabi fitnəsi. Nə kimi faydası oldu? Burda fayda axtarışına çıxan əvvəlcədən fiaskoya məhkum deyilmi?

Bu faydanı görmək üçün etiraf etməliyik: vəhhabi ideologiyası geniş yayılmağa başlayandan sonra ənənəvi məzhəblərin ardıclıları istər-istəməz onlara ünvanlanan ittihamlara cavab vermək, bir daha vərdiş halını almış davranışlarına İslam prizmasından nəzər salmaq məcburiyyətində qaldılar. Və bəlli oldu ki, bəzi məsələlərdə həqiqətən də şəriətin tələbləri pozulurmuş. Götürək elə vəhhabilərin şirk adlandırdıqları müqəddəs məzarların və məkanların ziyarətini. Hələ indi də bəzi müsəlmanlar ziyarət ədəblərini kifayət qədər mənimsəməyib, hələ indi də Bibi-heybət, Nardaran, Mir Mövsüm ağa ziyarətgahlarına gedib orda uyuyan övliyalara Allahın sifətlərini nisbət verənlər var. Ancaq bununla belə, məhz vəhhabilərin mütəmadi ideoloji hücumlarından sonra müəyyən mənada geri dönüş oldu. İnsanlarımız düşünməyə başladılar, dualarında, ziyarət zamanı davranışlarında daha diqqətli oldular.

Yaxud götürək son zamanlar dəb düşmüş quraniliyi. Aydın məsələdir ki, bu cərəyan yolunu azmış bir firqədir və bu azğınlığı sübuta yetirmək üçün böyük üləma olmağa ehtiyac yoxdur: 3-4 tutarlı sual kifayətdir ki, hər şey üzə çıxsın. Yaxşı, bəs bu quraniliyin bizə faydası nədədir? Zənnimizcə, bu məsələdə də müsəlmanlara bir ismarıc, oyanışa bir dəvət var. Etiraf edək ki, məhz quranilərin “Quran bizə kifayətdir” iddiasından sonra dindarların əksəriyyəti nəhayət ki, Quranı yalnız gözəl avazla oxumaqla kifayətlənməyərək onun mənasına da varmağa başladılar.

Ümumiyyətlə, qəribə tendensiya hələ də müşahidə edilməkdədir: müsəlmanlar Quran oxumaqdan, onun ayələri üzərində düşünməkdən ehtiyatlanırlar. Bir sual da meydana gələndə “mənlik deyil, bunu alimlər bilər” deyərək yaxalarını kənara çəkirlər. Əzizim, axı bu Quranı Allah sənə göndərib, xitablardan da görürsən bunu – “ey iman gətirənlər!” Axı Allah “ey müctəhidlər”, “ey alimlər”, “ey üləmalar” xitabından deyil, məhz “ey iman gətirənlər”dən istifadə edir. Sən niyə qərara aldın ki, Quran sənlik deyil? Anlamırsan, bilmirsən, - zəhmət çək öyrən, bilənlərdən soruş.

Quranilərin ənənəvi məzhəb nümayəndələrinə ünvanladıqları əsas ittiham da elə bundan ibarətdir: “Siz Quranı bir kənara qoyub Müqəddəs kəlamları adi insanların yazdıqları kitablarla əvəzlədiniz”. Bəlkə düz demirlər? Bəlkə səhv iraddır? Bu gün Azərbaycanın müxtəlif guşələrində nə qədər Quranı gözəl avazla oxumağı öyrənən tələbə var?! Fəqət, proses bununla da bitir. “Sizin ən xeyirliniz Quran öyrənən və öyrədəndir” hədisinə beyət edən kəslər niyə düşünmür ki, bu Quranı axı anlamaq da lazımdır?! Bu Quran bizim gündəlik həyatımıza işıq saçan çıraqdır, onu incələmədən, anlamadan necə yaşamaq olar?..

Yəqin ki, bu və buna bənzər suallar ətrafında düşünmək hər bir müsəlmana faydalı olar. Bəzi şeyləri unudanda və ya yanlış dəyərləndirəndə Allah bizə bunları müxtəlif yollarla bəyan edəcək, şübhəsiz. Əsas odur ki, bu ismarıcları düzgün anlayıb qiymətləndirək.

V.Əliyev


Yerləşdirilib:30 Yanvar, 2019  11:47, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com