POPULYARXƏBƏRLƏR

Redaktordan: Kaş sən İslamdan heç danışmayaydın!

Yaxşılığa dəvət (Əmr bil-məruf) və pisliklərdən çəkindirmək (Nəhy ənil-münkər) hər bir müsəlmana vacibdir. Amma hər kəs öz imkanlarını real qiymətləndirməlidir. Bəzən kimi isə yaxşılığa dəvət etmək niyyəti ilə söylənilən namünasib 3-4 cümlədənsə susmaq daha yaxşıdır. Kaş bunu hər kəs anlayaydı, hər kəs Allahın dininə nisbət verdiyi fikirlərin nə qədər böyük məsuliyyət olduğunu dərk edəydi.

Bir neçə gün əvvəl Bakı məscidlərinin birində baş verən hadisəni bölüşmək istərdim. Baş verənləri əxlaqına, dindarlığına, Allaha və Əhli-beytə sevgisinə şübhə etmədiyim bir insan çox pərişan halda nəql edib mənə.

Deməli, günlərin birində mütəmadi olaraq məsciddə ibadət edən bu adam Allahın evinə 6 yaşlı qızı ilə gəlib. Elə söz açdığım hadisəyə səbəb də sonuncunun məsciddə görünməsi olub. Belə ki, oradakılardan biri qızcığazın hicabsız olmasına görə atasına ciddi şəkildə irad bildirib. Heç bir etiraz, bəraət də onu razı salmayıb: nə uşağın hələ yetkinlik yaşına çatmaması, nə də digər şəri dəlillər. İradlarla kifayətlənməyən “qoçaq” bir qədər də irəli gedərək, atasından bir də uşağı məscidə gətirməməsini tələb edib. Maraqlıdır ki, bu “dindar” nə məscid icmasının nümayəndəsidir, nə də rəhbərliyində təmsil olunan şəxs. Amma siz bunun hikkəsinə, zorbalığına bir baxın! İnsan nə qədər savadsız, qaragüruhçu, nəhayət özü haqqında nə dərəcədə ücbə və təkəbbürə qapılmalıdır ki, belə bir əmələ yol versin! Beləsinə deyən lazımdır ki, ay bədbəxt, sən hələ İslamın əsaslarını düz-əməlli öyrənməmisən, bu dinin ruhunu uzaqdan da olsa hiss etməmisən, sən hələ bir get əlifbanı mükəmməl mənimsə, sonra gəl ətrafdakılarda qüsur ara. Axı nə üçün İslamı insanlara bu cür tanıdırsan?

Çox acınacaqlıdır ki, qeyd etdiyim hadisə yeganə hal deyil. Hansını deyəsən, hansından danışasan? Məsələn, bir müddət öncə digər məsciddə camaat namazında təsbehini möhürdən öndə qoyduğuna görə başqa şəxsə çox sərt şəkildə etiraz edilmişdi, bir başqasına isə salavat dediyi zaman əlini üzünə çəkməməsinə görə namazının batil olduğu söylənilmişdi. Hələ bu harasıdır?! Məsciddə başqa məzhəbin nümayəndəsinin yanında namaz qıldığını görən bir “ağıllı” ona “ə, get namazını o yanda qıl, namazımı batil edərsən” deyib (Allaha şükür ki, orada olan digər dindarlar bu zavallını susdura biliblər)... İstər-istəməz adamda belə sual yaranır: İlahi, bunlar axı İslamı kimdən və harada öyrəniblər?

Maraqlıdır ki, adətən belə “əmr bil-məruf” astadan, ibrətverici tərzdə deyil, uca səslə, nümayişkaranə edilir. Sanki məqsəd kiminsə səhvini düzəltmək yox, özünü publikaya nümayiş etdirməkdir.  Təəssüf ki, bəzən 5-6 kitab oxuyan, telefonunda 3-4 musiqi fonlu moizə dinləyən insan özünü az qala övliya hesab edir. Bəziləri bu düşüncə ilə onun-bunun bostanına daş atmaqla kifayətlənir, bəziləri isə bir qədər də irəli gedir: əsrlər boyu yaşayıb yaratmış bütün alimləri inkar edir, Quranı öz bildiyi kimi təfsir edir, Allahın kəlamlarını məhz özünün mütləq surətdə tam anladığına dair qəlbində yəqinlik yaradır. Belələri öz “dinlərini” sakitcə yaşasalar, rus demiş, “çort s nim”. Amma yox, sakit dayana bilmirlər, düşdükləri çamura daha çox adam bulaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Nəticədə həm özləri bu bataqlıqda daha dərinə batır, həm də başqalarını çaş-baş salır.

Sonda isə Allahdan diləyək ki, bizi ücbdən, təkəbbürdən, cahillikdən qorusun, Öz yolunda sabit-qədəm etsin, lazım olan yerdə danışmağı, lazım olan yerdə isə susmağı bizə anlatsın.

Vüsal Əliyev



Yerləşdirilib:27 Dekabr, 2018  13:21, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com