POPULYARXƏBƏRLƏR

Zifaf gecəsi canlı yayında! Niyə də yox?!

Sərlövhə şok edir, eləmi? Demək istəyirsiniz ki, “bu lap ağ oldu!”, hə?..

Azərbaycanda bu da baş verdi. Camaata canlı yayında uşağın dünyaya gəlməsini göstərdilər. Aparıcı da az qalırdı ortasından bölünsün. Həqiqətən də, şişirtmirik. Bilmirdi “aman Allah!” hayqırıb Tanrını mədh etməklə reytinqini yüksəltsin, ya “ilk dəfə!” ifadəsi ilə tamaşaçıların beynini dəlsin, yəni “bunu ilk dəfə mən elədim aaa”. Canlı yayında doğuş: pisdir ya yaxşı?..

Biz mövqeyimizi əvvəlcədən ortaya qoyub onu izah etməyə çalışacağıq. Bizə görə, bu, mənəvi deqradasiya səmtində atılmış növbəti inamlı addımdır.

Ola bilsin ki, bəziləri “yenə bu dindarlar başladı” söyləsinlər. Amma, əziz həmvətənlər, dindarlığın bu məsələyə əsla bir qarışacağı yoxdur. Bax, fikir verin, indi “abır”, “həya”, “ismət” sözləri arxaizmə çevrilməkdədir, bəlkə də artıq elə arxaizmin özüdür ki var. İndi abırlı olmaq trenddə deyil. İndi hər vasitə ilə abırsızlıq, həyasızlıq, ismətsizlik təbliğ olunur. Abırsız və ismətsizlərin də sıraları sürətlə artır. Dindara, insanın Allah tərəfindən yaradıldığına iman gətirən şəxs abır və ismətini gözləməlidir: “Həqiqətən,.. ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar... üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır.” (“Əhzab”, 35). Bu öz yerində.

Amma hətta ateistlərə görə abır və həya qorunmalıdır. Çünki əcdadları hesab etdikləri meymun indi də cəngəllikdə budaqdan budağa lüt atlanır. Amma insan, təkamül nəzəriyyəsinə əsasən, elə bu proses zamanı guya inkişaf edərək tədricən abırlanıb, həya nə olduğunu anlayıb və özünə əyin-baş düzəldib. Bir sözlə, abır, həya və ismət insanı heyvandan fərqləndirən xüsusiyyətlərdən biridir.

Yaxşı, bəs nədir abır, həya və ismət? Bu gün belə sual çoxları üçün ritorikdir. Bəlkə də artıq əhəmiyyətsizdir. Onlar üçün “Marsda həyat varmı?” sualı ilə “Həya nədir?” sualı eyni çəkilidir. Marsda həyatın olub-olmamağı onlarda bəlkə də zərrə qədər maraq oyada bilər. Fəqət, ikinci suala elə sualla da cavab verəcək: “Nəyimə lazım?” Təəssüf ki, reallığımız budur.

Bir məsələyə də toxunmaq istərdik. Azərbaycan televiziyası 1956-cı ildən fəaliyyət göstərir. 1960-cı il dekabrın 31-də isə ilk dəfə 2 saatdan artıq davam edən canlı efir olub. 58 il əvvəl. Sizcə bu zaman kəsiyində heç bir bəni-Adəmin ağlına canlı yayında doğuş anlarını nümayiş etdirmək nə üçün gəlməyib? Yəni bu 58 il ərzində televiziyamızda çalışanların hamısı geridə qalmış, süst və meşşan olublar? Ya insanın dünyaya gəlməsi dünən-bu günün söhbətidir, əvvəllər belə şey olmayıb? Xeyr! Məsələ burasındadır ki, əvvəllər TV-də çalışanların ABIR, HƏYA və İSMƏTİ olub, indi isə, bəzi istisnalarla, təəssüf ki, bunlar yoxdur. Bu xüsusiyyətlər itincə də, insan insanlıqdan çıxır, heyvanlaşır. “...Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar...” (Əraf, 179).

Heyvandan isə nə tələb edəsən? Yəqin hamımız həyatımızda heç olmasa bir dəfə hər hansı növ heyvanların cütləşmə prosesinə qeyri-ixtiyari şahidlik etmişik. “Heyvandı da” söyləyib nəzərlərimizi kənara fırlatmışıq. Amma heyvanın heç vecinə də olmayıb. Çünki heyvandır... Deməli, proses davam edəcək. Canlı yayında doğuş son deyil.

P.S. Hələ də sərlövhəyə şəkk edirsiniz? Deyirsiniz, yəni belə şey heç vaxt ola bilməz?

V.Əliyev


Yerləşdirilib:16 Oktyabr, 2018  13:38, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com