POPULYARXƏBƏRLƏR

Milləti bəyənmirsənsə, ona necə vəkil ola bilərsən?

Millətə, xalqa, azərbaycanlılara vəkillik etməklə vəzifələndirilən şəxs – millət vəkili. O, hansı xüsusuiyyətlərə malik olmalıdır, hansı sifətləri özündə ehtiva etməlidir? Yəqin ki, hər kəsin çoxsaylı cavab variantları var. Amma bir variant danılmaz, inkaredilməz, hətta deyərdik ki, aksiom hökmündədir. Millətə vəkillik etmək istəyən bu milləti sevməlidir, ona, milli-mənəvi dəyərlərinə hörmət etməlidir. İndi təsəvvür edin ki, azərbaycanlıların bir millət vəkili belə fikir söyləyir: "Bu da azərbaycanlıların ənənəvi dini. 500 il, 300 il, 100 il öncə yaşananlarla bu gün yaşananların fərqini görməzsiniz. Bu dinin adına Azərbaycanda İslam deyirlər”. Bu fikrə istehza da deyə bilərik, rişxənd də, kinayə də. Amma mətləb dəyişməyəcək. Millətin vəkili özündə ehtiva etməli artıq qeyd etdiyimiz xüsusiyyətə nəinki malik deyil, hətta özündə onun tam əksini, ona tərs mütənasib olanını cəmləyib.

Millətimizin vəkili deyir ki, "Bu da azərbaycanlıların ənənəvi dini”. Sual vermir – “ənənəvi dindirmi bu?”. İddia edir ki, bu – elə bizim ənənəvi dinimizdir. Dolayısı ilə elə onun da dinidir. Çünki adam iddia edir ki, AZƏRBAYCANLIDIR. Əgər əksi olsaydı, bizə hansı əsasla vəkillik edir? Yəni adam tam əmindir ki, “bu azərbaycanlıların ənənəvi dinidir”. Və... buna da rişxənd edir!? Yaxşı. O zaman artıq verdiyimiz sual növbəti dəfə çıxır meydana: əgər sən bu milləti bəyənmirsənsə, hələ durub rişxənd edirsənsə, sən bu millətə necə vəkillik edə bilərsən? Millət budur. Sən seçkilərdə namizədliyini irəli sürəndə də elə belə idi, heç dəyişməyib. Yaxşı, bəs bəyənmədiyin millətə vəkillik etmək hansı məntiqə, hansı ağıla, hansı vicdana uyğundur? Gedib başqa, bəyəndiyin millətə, xalqa vəkillik etmək üçün çalışmaq daha düzgün olmazdımı? Məsələn, Afrikanın hansısa qəbiləsinin etimadını qazanmağa çalışardın və yaxud... O qədər variant var ki! Banqladeş, Surinam, Madaqaskar, Cibuti... İmkan verərdin bu milləti sevən, onu bəyənən, ona kinayə ilə yanaşmayan bir başqası alardı da o mandatı! Axı bu xalqa onun daha çox xeyri dəyərdi!..

Sonra bu millətə vəkillik iddiasında olan yazır ki, “500 il, 300 il, 100 il öncə yaşananlarla bu gün yaşananların fərqini görməzsiniz”. Əcəb! Cınqırığını çıxarmağa məəttəlsən ki, “din polisləri” tökülür: “Bidət!”, “Şirk!”. Bəs, yaxşı, neyləməliyik? Əcəba, millətin vəkili nə fərqi axtarır? Bəli, 500 il əvvəl də belə olub, hələ ona qədər dünyanın sonu gəlməsə, 500 il sonra da belə olacaq. Nə yenilik görmək istəyir millətin vəkili? (Hərçənd, belə istəklərə bəraət qazandırmasaq da, anlayırıq: adamın dindən anlayışı yoxdur. Özü də anlamır ki, bu “dini novatorluqları” qaynaqçının “onsuz da orda da kəsib calayırlar da” iddiası ilə özünü tibbə, orqan köçürülməsi əməliyyatlarına sırıması kimi bir şeydir). Bəlkə namaz qılanda əlimizi cibimizə qoyaq? Hə? Niyə də yox?! Adam deyir məzhəbim yoxdur, bəlkə elə özü əli cibində namaz qılır, bəyənmədiyi “cahil” azərbaycanlıları da buna səsləyir? Ya bəlkə Ramazan orucunu günaşırı tutaq? Nə qədər olar e? Bu hətta 500 il deyil, 1400 ildir davam edir! Ya da ki, vəhhabilərin Suriyada, İraqda “icad” etdikləri edam növlərini praktikada tətbiq edək. Məsələn, əsirləri elektrik mişarla doğrayaq, turşu vannasında əridək, boğazlarına qumbara bağlayıb partladaq, qumbaraatanla vuraq (yeri gəlmişkən, millətin vəkilinin şəxsi FB səhifəsində onun paylaşmalarını bəyənənlər və rəy yazanlar arasında belə təfəkkürdə olan radikallar da var. Millətin vəkilinə dəstək verir, imkanları olacağı təqdirdə onun da düşmən gördüyü bu xalqın böyük hissəsinin “kökünü kəsəcəkləri” ilə hədələyirlər).

Sonda isə millətin vəkilinin “Bu dinin adına Azərbaycanda İslam deyirlər” iddiası. Bəli. Bura Azərbaycandır. Biz buyuq, bu da bizik. Amma bu günə qədər heç kimi bizim kimi olmağa məcbur etməmişik. 500 il, 300 il, 100 il öncə də, dünən də hər kəs öz dinini istədiyi kimi yaşayıb bu yurdda. Heç kim də gəlib burnunu onun işinə soxmayıb. Bu gün də belədir. Bəli, bəzi qüvvələr çox çalışır ki, sabah belə olmasın. Fitnə salır, təfriqə yaradır, məzhəb söhbətini atır ortaya. Özünü ağıllı və aydın, millətini isə axmaq və cahil sanır. Daha anlamır ki, hər şey tərsinədir. Onun kimilərini bu xalq 500 il, 300 il, 100 il öncə də, dünən də tarixin zibilliyinə müvəffəqiyyətlə göndərib. Bu gün də elə olacaq. Sabah da. 500 il sonra da.

P.S. Sonda bir zəruri qeydə ehtiyac duyuruq. Millətə vəkillik etmək istəyən, millətinin böyük hissəsini xurafatçı görən adam ona etiraz edənləri təhqir etməkdən qətiyyən çəkinmir. Kimə “gerizəkalı” deyir, kimə “həpənd”... Həzi Aslanova həsr edilmiş gözəl filmimizdə belə bir epizod var: alman əsiri Ramiz Novruzun canlandırdığı qəhrəman generalı alman dilində söyür. Cavab isə Azərbaycan dilində gəlir: “Öz üstünə, alə...!”



Yerləşdirilib:12 İyun, 2018  14:24, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com