POPULYARXƏBƏRLƏR

Bu gün imam Həsən Əskərinin (ə) mövlud günüdür

İmam hicri-qəməri tarixi ilə 232-ci ildə Mədinədə dünyaya göz açıb.

İslam.az-ın verdiyi məlumata görə, imam Həsən Əskərinin (ə) atası, imam Əliyyən Nəqi (ə) şəhadətə yetişəndən sonra, hicrətin 254-cü ilindən etibarən onun imamlıq dövrü başlayıb və 6 il davam edib.

İmam Həsən Əsgəri (ə) hicrətin 260-cı ili Rəbiyül-əvvəl ayının 8-də 28 yaşında Abbasilərin 14-cü xəlifəsi Mötəməd tərəfindən şəhid edilib.

İmamın mübarək məzarı İraqın Samirra şəhərindədir.

Bu əlamətdar İmam Həsən Əskərinin (ə) mövlud günündə, bütün dünya müsəlmanlarını təbrik edirik, onlara Əhli-beyt (ə) əxlaqına uyğun həyat sürmələrini diləyirik.

Əbulqasim Kufi «ət-Təbdil» kitabında deyir:«öz əsrinin filosofu olan İshaq Kindi Quranda olan təzadları bir yerə toplamaq qərarına gəldi və bu məqsədlə evində oturub bu işlə məşğul olmağa başladı. Bir gün onun şagirdlərindən biri imam Həsən Əskərinin (ə) hüzuruna getdi. İmam ona dedi:«Sizin aranızda ağıllı-kamallı bir adam tapılmır ki, ustadınız Kindini başladığı və Qurana girişdiyi işdən saxlasın?» Kindinin şagirdi dedi:«Biz onun şagirdlərindənik. Bu və ya digər məsələlərdə ona necə e‘tiraz edə bilərik?» İmam Əskəri (ə) buyurdu:«Dediyim işi görə bilərsən?» O dedi:«Bəli.» Həzrət buyurdu:«Onun yanına get, onunla isti münasibətlər qur və özünü gördüyü işdə ona kömək etmək istəyən şəxs kimi göstər. Onunla ünsiyyət yaratdıqdan sonra de ki, qarşıma bir sual çıxıb və onu səndən soruşmaq istəyirəm. O da deyəcək ki, soruş. Onda ona de:«Əgər bu Quranı buyuran sənin yanına gəlsə, ola bilərmi ki, onun dediklərindən məqsədi sənin öz zənnin ilə ondan başa düşdüyün mənalardan fərqli olsun? Onda Kindi cavab verəcək ki:«Bəli, ola bilər.» Çünki o (yəni Kindi) çox düşüncəli və başadüşən adamdır. Həmin şəxs Kindinin yanına getdi və mehribançılıqla ona yaxınlaşdı və sonra həmin sualı ondan soruşdu. Kindi dedi:«Sualını bir də təkrar et. Həmin şəxs sualını bir də təkrar etdi. Kindi özü-özlüyündə fikrə daldı və bu işi həm dilçilik və həm də ağıl baxımından mümkün saydı. Sonra şagirdinə dedi:« Səni and verirəm, de görüm bu sualı hardan öyrənmisən?» Şagirdi dedi:«Zehnimdən keçdi və səndən soruşdum.» Kindi dedi:«Belə sual heç vaxt sənin kimilərinin zehnindən keçə bilməz və sən və sənin kimilər belə bir məqama çata bilməzsiniz? De görüm bu sualı haradan götürmüsən?» Şagird dedi:«əbu Məhəmməd mənə buyurdu ki, səndən bu sualı soruşum.» Kindi dedi:«İndi həqiqəti dedin. Belə sual yalnız bu ailədən çıxar.» O sonra od istədi və topladıqlarının hamısını yandırdı.»



Yerləşdirilib:19 Yanvar, 2016  14:33, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: Nazim | 19 Yanvar, 2016  13:54
# Ответить
+1


]]>]]>

Mubarekdir.Cemi muselmanlari semimi qelbden tebrik edirem.Ucadan salavat!
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com