POPULYARXƏBƏRLƏR

“Qurşaqdan aşağı əmr-bi-məruf”: bizə yaraşarmı?

Yaxşılığa dəvət və pisliklərdən çəkindirmək Füruiddinin tərkib hissəsidir və hər bir müsəlman da buna bacardığı qədər əməl etməlidir. “Bacardığı qədər”i təsadüfən qeyd etməmişik. Çünki bəzən müsəlman əmr-bi-mərufu və nəhy-əz-münkəri bacarmır. Amma ona elə gəlir ki, bu işin öhdəsindən ustalıqla gəlir. Nəticədə isə qaş düzəltdiyi yerdə gözü çıxarır. Bəs hansı dəvət və hansı çəkindirmə məqbuldur?

2011-ci ilin sonlarında Edinburqda hərrac keçirildi və 1838-ci ildə taxt-taca sahib olmuş Böyük Britaniya kraliçası Viktoriyanın alt paltarı 9375 funt sterlinqə satıldı. Əldə edilən vəsait, deyilənə görə, xeyriyyə məqsədləri üçün xərcləndi. Əslində, bu da əmr-bi-mərufun bir növüdür. Fantaziyanızdan asılı olaraq buna müxtəlif adlar verə bilərsiniz - “qurşaqdan aşağı əmr-bi-məruf”, “balağaltı əmr-bi-məruf” və s. Amma mahiyyət dəyişmir. Bu addımı atmaqla nəinki britaniyalılar, faktiki olaraq bütün sivil dünya xeyrəyyəçiliyə dəvət edildi. Amma... Bu yol bizim üçün məqbuldurmu? Şəriətimiz bunu alqışlayarmı? Hətta məramımız ən ali olsa belə? Təbii ki, yox. Bizim öz yolumuz olmalıdır və var da. Necə ki, öz dinimiz var. Və bu dinimizlə də həmişə fəxr etmişik. Onun bir özəlliyini də daim vurğulamağı xoşlayırıq: İslam hər zaman, bütün dövrlər üçün müasir dindir, zamanla heç vaxt ziddiyyət təşkil etmir. Bu müasirlik yükü bir qədər də hər müsəlmanın üzərinə düşür - əmr-bi-məruf və nəhy-əz-münkər qədər. Bu yükü daşıya bilirikmi?..

Uşaq vaxtı bir namaz qılan nənə ilə o zamanın müasir gənci arasında baş verən dialoqdan sizi də agah etmək istərdim (Allah hər ikisinə rəhmət eləsin). Deməli ki, namaz qılmayan gənc israrla dindar nənəni əmr-bi-məruf edirdi:

- Ay arvad, yenə dediyindən əl çəkmirsən? Ay oğlan-zad deyil e, gedib düşüblər üstünə, baxıblar. Torpaqdı e, torpaq!

Nənə də öz növbəsində gənci “haqqa” dəvət edirdi:

- Adə, bəsdi! Ağzın əyiləcək, onda ağlın gələcək başına. Bəsdi!

Sözügedən nənə Ayın oğlan olması haqqında “açıqlamaları” yatıb yuxusunda görməmişdi. Onu da zamanında kimsə “maarifləndirmişdi”, öz aləmində əmr-bi-məruf etmişdi, bacardığı qədər. Əlbəttə, indi heç kim Ayın oğlan olmasını demir və düşünmür də. İnternet, televiziya, sosial şəbəkələr nə qədər fəsad törətsələr də, hər halda müsbətləri də var. Camaat heç olmasa azacıq da olsa dünyadan xəbər tutur. Ancaq müasir zəmanəmizdə də “Ay oğlandı”ya bənzər  cəfəngləri söyləyib bunu isbat etməyə çalışanlar var. Onlara boyun əyməyənləri az qala kafir, azğın kimi damğalamağa hazırdılar: “Filankəsi deyib e!”, “Adə sən heç ərəbi bilmirsən, hələ fikir söyləyirsən?”, “Məgər Allah istəsə belə şey ola bilməz?”. Belə “üləmaları” görənlər də, təbii ki, dinə tərəf dönməkdənsə əks tərəfə istiqamətlənirlər…

Bir haşiyə: Bəzən eşidirik: “Əşi, guya mən belə edirəm deyə filankəs gedib vəhabi olub? Allah istəsəydi o da düz yolda olardı da”. Çox səhv yanaşmadır. Eyni ilə ateistlərin “Allah istəsəydi mən də dindar olardım” absurd bəhanəsinə bənzəyir.

…Camaata dini sevdirməyin bəzən qəribə vasitələrinə rast gəlirik. Kobudluq, namaz qılmayana yuxarıdan aşağı baxmaq, hər imkan düşəndə özünün daha yüksək mövqeyə malik olduğunu xatırlamaq və sair. Bəzən hətta qeyri-dindarların təharət məsələləri ilə “yaxşılığa dəvətinin” şahidi oluruq. Qətiyyən mübaliğyə yol vermirəm. Özüm şahidi olmuşam. Bir dəfə xırda biznes məsələsi üçün avtomobildə yol gedən qeyri-dindar “hörmətli” həcidən ayaqyolu yaxınlığında 2-3 dəqiqəlik dayanmasını rica etdi. Həci də onu belə “dəvət” etdi: “Əşi, sən ayaqyolunu neynirsən e? Ala sən “lyuboy” ağacın yanında rahatlana bilərsən. Vay bizim halımıza! Su gətir, ləyən gətir! Adə zülm çəkirik e! İnşallah, sən də namaza başlayarsan!”…

P.S. Yaxşılığa dəvət və pislikdən çəkindirmə hər müsəlmanın vəzifəsidir, sözsüz. Amma bu vəzifəni yerinə yetirərkən real imkanlarımızı dəqiq müəyyənləşdirməli, tibbin əsas prinsipi heç vaxt unutmamalı və ona riayyət etməliyik – ZİYAN VURMA!

islam.az


Yerləşdirilib:6 Aprel, 2015  21:19, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com