POPULYARXƏBƏRLƏR

“Sən o gözəl qızın canı!”

İslama görə sədəqə vermək böyük savabdır. Bunu həm Quranda Allah bəndələrinə buyurur, həm də bu barədə kifayət qədər hədislər mövcuddur.

Sədəqəyə ehtiyacı olan insanlar hər zaman və hər bir ictimai quruluşda olublar. Bu gün də cəmiyyətimizdə ağır maddi durumda olanlar az deyil. Yəni insan sədəqə vermək niyyətində olsa, əslində “bəs bu pulu kimə verim?” sualı onu narahat etməməlidir. Yetər ki, istəyəsən. Ancaq digər məsələlərdə olduğu kimi, bu sahədə də müftəxorlar yetərincədir. Və bu da Azərbaycanda yaşayanlar üçün sirr deyil. İctimai nəqliyyatda, camaatın daha sıx olduğu ərazilərdə hər zaman adamı “divara dirəyən” “məzluma” rast gəlmək mümkündür. Yaş, cinsi mənsubiyyət, pul qoparmaq taktikası fərqli ola bilər. Amma məram və saxtakarlıq eynidir.

Bəzən belələrinə pul verib verməmək ətrafında ətrafdakılar arasında qızğın mübahisə başlayır. Verməyənlər verənləri qınayır, sonuncular isə özlərini müdafiə etmək üçün adətən “sən o gözəl qızın canı” andını verənlərdən canlarını qurtardıqdan sonra “əşi, mən Allaha xatir verirəm!” ifadəsi ilə bəraət almağa çalışırlar. Bəraətlə yanaşı bu həm də sanki Yaradana bir minnət qoymaqdır, yəni, “ancaq Sənə görə verdim ha, Sən dedin, mən etdim, gerisi ilə işim yox!”

Bunu da mütləq qeyd etmək lazımdır ki, fırıldaqçıların sayı çoxaldıqca onsuz da həyatlarının müxtəlif sahələrində sünilik və bayağılığa adət edən insanlarımızda “inamsızlıq sindromu” daha da qabarıq şəkildə özünü biruzə verir. Bəzən hətta zahiri görünüşündən əlil, biçarə olması aşkar sezilən məzlum da “fırıldaqçı” damğası ilə damğalanır, kobudluqla yola salınır. Bəs yaxşı, “qızıl orta” hardadır? Sədəqə verək ya yox? Əgər vermək qərarına gəlsək o zaman bu sədəqənin ünvanını hansı üsulla düzgün müəyyənləşdirək?

Əlbəttə, sədəqə vermək, artıq qeyd etdiyimiz kimi, böyük savabdır. Və İslamda da hər bir sual konkret cavablandırılıb. Sədəqə məsələsində də Allah Quranın “Bəqərə” surəsində bir çoxlarının gündəlik həyatda, konkret vəziyyətdə axtardıqları suala cavab verir: “(Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!” (ayə 273).

Vəssalam. Deməli, hər ətəyimizdən yapışıb, yolumuzu kəsib müxtəlif versiyalarda “dil tökənlərə” verdiyimiz pullar, əslində, sədəqə də deyil. Çünki sədəqənin konkret ünvanı var, o ünvana da çatdırılmalıdır. Bu şərt pozulursa, deməli...

Bir sözlə, 20 qəpiyi başımıza fırladıb “əşi, qoy Allah Özü yerbəyer etsin” deməklə məsuliyyətdən boyun qaçıra bilmərik. Əgər bilməyən varsa, zəhmət çəkib öyrənsin, oxusun, bilənlərdən xəbər alsın. Əlbəttə ki, əgər əməlində heç bir riya yoxdursa, niyyəti də yolunu kəsən həyasızdan canını qurtarmaq yox, məhz ehtiyaclılara yardım etməklə Allahın rizasını qazanmaqdırsa.

Islam.az



Yerləşdirilib:27 Fevral, 2015  19:11, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com