POPULYARXƏBƏRLƏR

613: faciə ya statistika?

“Bir ölüm – faciədir, milyon ölüm – artıq statistikadır”. Dəhşətli sözlərdir. Bəziləri bu ifadənin müəllifliyini İosif Stalinə aid etsələr də, əslində bunu Remark 1956-cı ildə yazdığı “Qara abidə” əsərində qeyd edib.

Bunu təsadüfən xatırlatmadım. Xocalı soyqırımının növbəti ildönümüdür. Ağrılı, acılı, faciəvi tarix. Qisas hələ də alınmayıb. Amma hətta nə vaxtsa alınsa belə, məgər 613 qurbanın ağrısı bu millətin qəlbindən silinməlidir? 613. Faciə? Ya statistika? Ümid etmək istərdim ki, statistika deyil. Ümid etmək istərdim ki, FB profillərində yazılan statuslar, dəyişdirilən profil şəkilləri günün nəbzini tutmaq, vətənpərvərlik nümayiş etdirmək naminə deyil. Ümumiyyətlə, ümid etmək istərdim ki, bu faciəni heç bir azərbaycanlı nəyəsə bünövrə, nərdivan vermək fikrində deyil. Ümid etmək istərdim ki, heç bir məqalə, heç bir süjet, heç bir əsər şəxsi maraqlardan irəli gəlməyib və gəlməyəcək də. Çünki əks təqdirdə “613” faciə statusundan xaric olub keçəcək statistika bölümünə.

613 nəfər üçün necə ağlayaq bu gün? Ümumiyyətlə, mümkündürmü belə bir şey? Övladını itirən ananın hayqırtısını 613-ə vurmaq olarmı? Axı vurmaq istədiyimiz elə ən son göstərici, zirvə nöqtəsidir. Amma mümkündür. Mümkün deyilsə də, mümkün etməliyik ki, sabah statistik rəqəmləri avtomatik olaraq səsləndirməyək: “613 qurban”.

Biz bayağılıqdan qorunub səmimi göz yaşları axıtmalıyıq. Dəbə çevirmək olmaz bunu. Yoxsa statistika yazanlardan olarıq. 23 il ötdü. Nə olsun, yaralar sağalıbmı? Çox keçib? Əvvəlki tək yandırmır, yaxmır? Hə, 1992-ci ildə hələ dünyada olmayanlar bu gün yanımızdadı. Amma onlar da əllərindən gələni etməlidilər ki, beyinlərdə, qəlblərdə faciə statistikaya çevrilməsin. 613 nəfərin hər birinə ağlayaq. Hətta tanımasaq, adlarını bilməsək belə. Süngüyə taxılan südəmər körpəyə də, qarnı parçalanan hamilə qadına da, gözü önündə ailəsinə, namusuna təcavüz edilən əli-qolu bağlı kişiyə də, vücudu tankın tırtılları altında palçığa qarışan naməlum əsgərimizə də. Hər birinin ruhuna “Fatihə” oxuyaq. Mərhum Çingizin lentə aldığı kadrlara baxaq, yumruqlarımızı dırnaq ətə girənə qədər sıxaq... Və ağlayaq. Biz ki bilirik: bu ağlamaq o ağlamaqdan deyil. Bu zəiflikdən axan göz yaşı deyil. Biz ki Aşura məktəbinin, Kərbəla çölünün məzunlarıyıq. Qanımızda, DNT-mizdə xüsusi, bizə bəlli olmayan, ancaq Allahın bildiyi hüceyrələrmi, ya başqa şeylər var. Bir gün onlar cuşa gələcək. O torpaqlara, o yerlərə dönəcəyik. Qisasımızı alacağıq, almalıyıq. Düşmən qan ağlayacaq. Artıq bu olacaq statistika, statistik göstəricilər. Amma hətta onda belə faciəmizi unutmamalıyıq, faciəmizin statistikaya keçməsinə imkan verməməliyik. 613-ü 613 yerə bölüb 613 yas qurmalıyıq. Bir xalq, bir millət olaraq tarixin dəyirmanında üyüdülmək, statistik məlumata çevrilmək istəmiriksə.



Yerləşdirilib:26 Fevral, 2015  20:32, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com