POPULYARXƏBƏRLƏR

“Daş yuxular”a haqq qazandıran daşlaşmış beyinlər

Son günlər istər sosial şəbəkələrdə, istərsə də elektron KİV-də ən çox müzakirə edilən məsələ Babəklə Şah İsmayıl Xətainin kimliyi və bu tarixi şəxsiyyətləri yenidən dəyərləndirmək fikrinə düşən Fazil Mustafadır. İş o yerə gəlib çatıb ki, artıq ermənilər də millət vəkilinin bəyanatlarını diqqətlə izləməyə başlayıblar. Bu da anlaşılandı. Fazil bəyin “1918-ci ilə qədər Azərbaycan adlı dövlət olmayıb” deməsi düşmənlərimizin ürəyinə yağ kimi yayılıb. Bunu dərhal bir çox erməni saytı tirajlayıb. Bu da bəzi vətəndaşlarımıza “Fazil düşmənin dəyirmanına su tökür” ifadəsini dilə gətirməyə əsas verib. Bəziləri isə hətta “Fazil ermənilərə işləyir” söyləməkdən də çəkinməyiblər. Bu hadisələrin qısa xülasəsi. İndi isə keçək əsas məsələyə.

Bir suala cavab arayaq: Babəkin kafir, Şah İsmayıl Xətainin məzhəbçi, 1918-ci ilə qədər Azərbaycan adlı dövlətin olmaması sübuta yetsə bundan biz millət və ümmət olaraq nə qazanacağıq? Subyektiv fikrimdir, əlbəttə, amma məncə böyük hesabla heç nə qazanmayacağıq. Əksinə, göründüyü kimi, düşmən kiminsə tarixi yenidən vərəqləmək istəyindən çox mahircəsinə yararlanır. Bəs neyləsin indi “dahi tarixçi”, “haqq carçısı”, Babəki Afşindən daha yaxşı tanıyan “araşdırmaçı”? Bu “haqsızlıqlara” göz yumsunmu? 5-10 dığaya görə tarixi zülmətlərə “nur səpələmək” şakərindən əl çəksinmi? Yox, əlbəttə! Madam ki tarixçi “fenomenal” araşdırmalarsız nəfəs ala bilmir, o zaman davam etsin. Tədqiqatlarını və müzakirələrini aparsın, amma hal əhli ilə, tarixçilərlə, dar çərçivədə. Hər imkan düşdükdə çıxıb mediada hay salmasın ki, bəs Vaqif əslində plagiatla məşğul olub və şerlərini Qacarın hərəmindən oğurlayıb, Nəsiminin acınacaqlı edamı isə bəşər övladının sosiskanı icad etməsinə rəvac verib. Yəni belə “tapıntılarını”  hələlik konservləşdirsin, səbir eləsin. Bu ermənilərlə məsələni çürüdək, sonra yenə də “düşünən insan” imici qazanmağı istiqamətində fəaliyyətini bərpa edər. Hələ onda Andronikin əslində türk xalqlarının qəhrəman övladı olması versiyasını da nəzərdən keçirər. Səbir edək!

Bir məsələyə də toxunmaq istərdim. Bəzi “ağıllılar” haqqında bir-iki kəlmə deyim. Bu “ağıllılar” da əslində “düşünən insan” imicini formalaşdırmaq üçün çalışırlar. Məsələn, deyirlər ki, Fazil Mustafa səhv edir, amma onu ermənilərə işləməkdə ittiham edənlər də səhvdir və faktiki olaraq elə Fazilin tayıdırlar. Oxucuların böyük əksəriyyətindən üzr istəyirəm, bir az səbir etsinlər, bu “ağıllılara” çox bəsit bir məsələni izah edim. “Filankəs ermənilərə işləyir”, “filankəs ermənilərin dəyirmanına su tökür” dedikdə heç kim kiminsə ermənilərdən 1000 və yaxud 100.000 dram və ya dollar aldığını iddia etmir. Ruslar demiş, “tutulmayan oğru deyil”. Məsələn, bir neçə il əvvəl Azərbaycan telekanalları bir “vətəndaşın” ermənilərlə dost süfrəsində əyləşib konyak içdiyini bütün xalqa nümayiş etdirdilər. Hamı da anladı ki, bu adam ermənilərə satılıb, yəni vətənini, ailəsini, dostlarını atıb ermənilərin altına. Bu faktlarla isbat olunan bir həqiqət idi. Və məntiqlə də biz tam məsuliyyətlə deyə bilərik ki, o adamabənzər – satqındır. İndi onun bu gün durub nəsə deməsinin, nəsə yazmasının heç bir əhəmiyyəti yoxdur. Zatən, hamı onu tanıyır, adı üstündədir, damğası da alnında və münasibət də müvafiqdir, karvan keçir. Amma Fazil bəy haqqında bunu demək olmaz. Sadəcə olaraq onun bəzi hərəkətləri ermənilərin işinə yarayır. Bundan istifadə edirlər. Göründüyü kimi, çox bəsit. Ümid edək ki, “ağıllılar” da anlayar nəhayət.

Və daha bir xatırlatma. Bir neçə il öncə ermənilərin hazırladıqları təbliğat xarakterli bir videosüjetə baxdım. Əsas məqsəd nəinki Qarabağın, hələ Naxçıvanın da əzəli erməni torpaq olmasını sübuta yetirmək idi. Ən maraqlısı isə, müəlliflər məhz Azərbaycan mənbələrinə istinad edirdilər. Məsələn, iddia edirdilər ki, düşmənləri hələ kim olduqlarını özləri də anlamırlar. Filan alim filan əsərində iddia edir ki, “biz azərbaycanlıyıq”. Onun opponenti sübuta yetirməyə çalışır ki, “yox, biz türkük”. Üçüncüsü deyir ki, “ay bisavadlar, biz azəriyik”. Dördüncüsü onun ağzından vurur ki, “biz azəri türküyük”. Beşincisi deyir ki, “biz oğuzuq”. Altıncısı... Sonda da belə bir nəticə hasil olurdu: əlifbasını itirən kütlə artıq xalq olaraq da milli mənsubiyyətini itirib. İndi, əzizlər, durub o hörmətli alimlərimizə nə deməliyik? Onlar bu mübahisələri ilə Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə xidmət etdilər, yoxsa tariximizin bu olduqca məsuliyyətli və acınacaqlı çağında düşmən dəyirmanına su tökdülər?

Bir sözlə, bütün bu Babək, Şah İsmayıl, Azərbaycanın 1918-ci ilə qədərki müqəddəratı söhbətlərini dar çərçivədə, mütəxəssislər aparsa daha yaxşı olar. Əlbəttə ki, məqsəd həqiqətən elmi araşdırmadırsa, ucuz populyarlıq qazanmaq deyilsə.

P.S. Təəssüf ki, bu gün Azərbaycanın çörəyini yeyib, suyunu içərək böyüyüb boya-başa çatan, bu məmləkətin hesabına adam olanlar vətənlərinin 20 faizini işğal edən düşmənlərlə əlbir olurlar. Əkrəm Əylisli “Daş yuxuları”nı yazanda düşünürdük ki, daha beləsi aramızda olmaz, inşallah, bu bir təsadüfi virusdu. Amma heyiflər olsun ki, “Daş yuxular”a haqq qazandıran, bəzən isə hətta “Daş yuxuları” kölgədə qoyan daşlaşmış beyinlər hələ də söz sahibidirlər.



Yerləşdirilib:19 Yanvar, 2015  20:41, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com