POPULYARXƏBƏRLƏR

“Hacı tapançası”

İŞİD İraqda, İsrail isə Qəzzada müsəlmanların qanına susadığı bir zamanda Azərbaycanın media məkanında müsəlmanlar arasında qızğın mübahisə yarandı.

Yox, müzakirə olunan nə biçarə terror qurbanları idi, nə də ümmətin letorgik yuxuya getmə səbəbləri. Camaat “hacı pivəsi”nin halal-haramlğı məsələsinə aydınlıq gətirirdi. Bu yazıda belə “taleyüklü” suala “halal” və ya “haram” fətvası vermək fikrindən uzağıq. Dərd başqa dərddi.

Söhbət “hacı pivəsi” söz birləşməsindən gedir. Bəzi ilahiyyatçılar bu barədə dəfələrlə söz açsalar da, “hacı pivəsi” ifadəsinin absurd olduğunu söyləsələr də, əksər media təmsilçiləri kor tutduğunu buraxmadığı kimi ikiəlli yapışıblar bu söz birləşməsindən. Axı niyə, hardan yaranıb bu ”hacı pivəsi”? İndi dəqiq heç kim deyə bilməz, amma çox guman nə vaxtsa bir müsəlman ya qeyri inanc sahibi ilk dəfə bu iki sözü ard-arda elə belə, zarafat məqsədi ilə düzüb. Gəl ki, yumor hissi olmayan bir başqaları bunu tam ciddiyyətə alıblar. Nəticə isə göz qabağındadır: bu gün “hacı pivəsi” damğası vurulan arpa şirəsi hətta media məkanında təlatümlər yaradır. Amma nədənsə özlərinə sual vermirlər ki, “ay balam, pivəyə hacı yaraşır? Ya hacıya pivə yaraşır?”

Pivənin adı üstündədi. Bu, azalkoqollu içkilər sırasına daxil olan, islami terminlərlə desək, haram mayedir. Əgər mayenin tərkibində spirti yoxdursa, artıq bu pivə statusundan çıxıb olur bir başqa şey. Nə deyirsiniz deyin, məsələn, kompot, şirə, lap həftəbecər, amma daha pivə yox. Çünki hətta alkoqolsuz hesab edilən pivələrin tərkibində 0,2-1% spirt var. Yəni, pivəni pivə edən spirtdi. Spirt yoxdu – pivə də yoxdu! Necə ki, tapançanı tapança edən onun atəş açmaq xüsusiyyətidir, daxilindəki güllələrdi. Əgər tapança formasında olan bir əşya güllə atmaq əvəzinə su çiləyirsə, onda bu əşyanı tapança adlandırmaq olmaz. Ya da, “hacı pivəsi” vurğunlarının məntiqi ilə gərək ona deyək “hacı tapançası”. Bir qədər də düşünüb-daşınsaq “hacı lomu” (insan başı yarmayan lom), “hacı avtomobili” (yol hərəkəti qaydalarını pozmayan avtomobil), “hacı kompüteri” (əxlaqsız fotoları monitorda peyda olmayan kompüter) və s. “yeniliklər” ixtira edə bilərik. Yaxud, əksinə, “şeytan avtomobili”, “şeytan kompüteri” və s. Amma nəyimizə lazımdı? Halal və haramı müəyyən etmək üçün dəqiq göstəricilər var. İxtiralara ehtiyac yoxdu. Bu, İslama heç yaraşmır da. Pivə hacıya, hacı isə pivəyə yaraşmayan kimi.



Yerləşdirilib:16 İyul, 2014  15:34, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com