Fələstin torpaqlarında məskunlaşan yəhudilərin fələstinlilərdən torpaq alması ilə əlaqədar hazırlana gizli çəkiliş maraqlı parodiya və təəccüblü bir sonluqla nəticələnib. Qəzzalı 60 yaşlı Əbu Əymənin yəhudi cildinə girən şəxslərin təklifləri və basqılarına qarşı sərgilədiyi mövqe, israillilərə torpaq satan fələstinlilərə dərs olub. Əymən əmi, yəhudi cildinə girən iki qəzzalı televiziya işçisinin torpağını satması üçün ona təklif etdiyi 3 milyon dollardan imtina edib.
İslam.az-ın azadxeber.net-ə istinadla verdiyi xəbərə görə, şirnikləşdirici və təhdid dolu sözlər müqabilində 60 yaşlı qəzzalı qocanın sərgilədiyi mövqe, yəhudi cildinə girən televiziya işçilərini sonda Əbu Əymənin əlini və alnını öpməsinə məcbur edib.
Video çarx yayımlandıqdan sonra onu izləyən yəhudilər qəzzalı Əymən əmi haqqında həqarət dolu sözlər yazaraq onu ölümlə təhdid ediblər.