Bu ilin aprel ayında Səudiyyə Ərəbistanında bir qrup şiə edam edildi. Onların sıralarında Əli Qərib adlı gənc də var idi. “Günahı” isə “Bizə, Əhli beyti (ə) sevdiyimiz üçün zülm etdilər...” sözləri olan rövzəni oxumaq idi.
Şəhidlər sərvəri imam Hüseyn (ə) məclisləri keçirilən Məhərrəm ayında haqqı dediyinə görə qətl edilən bu gənci də rəhmətlə anırıq və edamına səbəb olan rövzəni İslam.az izləyicilərinə təqdim edirik.