POPULYARXƏBƏRLƏR

Mərifətli olmalıyıq ki,..

Müasir zamanda insanların daha çox virtual aləmə aludə olmasından, virtual ünsiyyəti canlı ünsiyyətdən daha üstün tutmasından narazı qalanlar çoxdur.

Xüsusən də yaşlı və orta nəslin nümayəndələri. Müəyyən mənada bu iradlarla razılaşmaq olar. Amma müasir dövrün özəl imkanlarını da unutmamalıyıq. Məsələn, cəmi 20 il əvvəl fəhlə, sağınçı, müəllim, çilingər və s. bu kimi sıravi peşə sahibləri ağıllarına belə gətirməzdilər ki, kifayət qədər geniş auditoriya qarşısında ciddi siyasi proseslərə dair fikirlərini bölüşə, hətta mübahisəyə girişə bilərlər. Amma XXI əsrin insanı üçün burda qeyri-adi heç nə yoxdur. Bir neçə dəqiqəyə sosial şəbəkədə profil açırsan və - buyur! Artıq sən söz sahibisən və öz dinləyici auditoriyan var. Bu, bir reallıqdır. Və o da reallıqdır ki, hər ötən gün bu virtual dünyaya təşrif buyuran dindarların sayı da çoxalır. Sevinmək olardı. Axı əmr br məruf imkanları genişlənir. Əgər bir üzücü hal müşahidə olunmasaydı.

Məsələ burasındadır ki, sosial şəbəkələrdə müxtəlif mövzular ətrafında aparılan müzakirələr zamanı bir də görürsən ki, ara qarışdı, məzhəb itdi. Söhbətin əvvəlində bir-birinə “qardaş” deyənlər cəmi bir neçə dəqiqədən sonra qarşılıqlı qarğışa keçirlər. Özü də bu qarğışların qəlblərinin ən gizli qatlarından gəldiyi aşkar sezilir. Çünki kiməsə xoş dua edəndə bu insanların leksikonu qarğış zamanı olduğu kimi zənginlik və orijinallıqla seçilmir. Bir anın içində Allah, Quran təlimləri, oxunan hədislər, Əhli-beyt əxlaqı, nəhayət elementar etik normalar unudulur. Unudulur ki, kənardan baxıb “qırın bir-birinizi, ay...” deyənlər də var. Bir sözlə, təəssüflə qeyd etmək lazımdır ki, İmam Əlinin (ə) “ən yaxşı dostum qüsurlarımı üzümə deyəndir” hədisini tez-tez şəxsi virtual profillərində bölüşməyi xoşlayan inanclılar, iş reallığa yetişdikdə tam başqa cür davranırlar. Kimə “sionistlərin nökəri”, kimə “cahil ərəbdən betər varlıq”, kimə də “münafiq” damğası vurulur. Və çox az insan qəzəb atına mindikdən sonra bu davranışlara görə cavab veriləcəyi günü xatırlamaq iqtidarındadır. Amma gərək unutmayaq. Hətta ən kritik durumda qarşımızdakının, opponentimizin sahibini, onu Yaradanı unutmayaq. Unutmayaq ki, hamımız Allahın bəndələriyik. Və bəndə olaraq hansımızın Allah dərgahında hansı dəyərə malik olduğumuzu bilmirik. Odur ki, bilməyərəkdən Allahın əziz bəndəsinin qəlbini qırmaqdan ehtiyat etməli, bu davranışımızla Rəbbimizin qəzəbinə tuş gəlməkdən qorxmalıyıq. Bunun üçünsə ünsiyyət zamanı, istər canlı, istərsə də virtual, sadəcə elementar etik normalara riayyət etmək, el dili ilə desək, mərifətli olmaq kifayətdir.

 

Vüsal Əliyev

Islam.az



Yerləşdirilib:17 İyun, 2014  14:48, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com