Allahın Peyğəmbəri (s): «Həqiqətən Allahın öz bəndəsinin tövbə etməsindən sevinci uşağı olmayanın uşağı olduqda, bir şey itirən kəsin itirdiyini tapdıqda və susuz şəxsin su tapan zaman duyduğu sevincdən çoxdur.» - "Kənzul-Ummal", hədis 10165
Xristian dininin əksər qolları, eləcə də əksər islam alimləri İsa peyğəmbərin (ə) miladdan əvvəl 6-4-cü illərdə dekabrın 25-də Fələstinin Beyt-Ləhm şəhərində dünyaya gəldiyini deyirlər.