Bu gün, əhalinin bir çox hissəsinin axşam İmamın 3 məclisinə hazırlaşdığı bir ərəfədə Sumqayıtda küçələr arası səyyar konsert məni sevindirdi. Dedim yəqin Qarabağı almışıq. Çünki bu cür çal-çağır ancaq qalib məmləkətin qalib şəhərlərində vaqe ola bilər. Amma dərhal barmağımı dişlədim. Dedim ki, yox, Qasım kişi, nə isə bu başqa dərdə oxşayır. Məhərrəm ayında cahamat (camaat) toy-düyün eləmir, kütləvi dambadurum olmur. Özü də bu ayda nəinki təriqətindən asılı olmayaraq heç bir müsəlmanın, heç digər din nümayəndələrinin də toy-nişan etməsi müşahidə olunmur. Burda nəsə var…